Məhkəmə qərarları › İş №2-1(118)-3915/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3915/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3915/2025 28.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı Əhmədov Yusı̇ fəli Əlı̇ ağa oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin "Azərikimya" İstehsalat Bı̇ rliyinə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əhmədov Yusı̇ fəli Əlı̇ ağa oğlu cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin "Azərikimya" İstehsalat Bı̇ rliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli, 57/06-19a saylı əmrinə əsasən birdəfəlik işdənçıxma müavinətinin (orta aylıq əmək haqqının 5 misli) cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən iddiaçı Əhmədov Yusı̇ fəli Əlı̇ ağa oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin "Azərikimya" İstehsalat Bı̇ rliyinə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Əhmədov Yusı̇ fəli Əlı̇ ağa oğlunun iddiadan imtina etməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Əhmədov Yusı̇ fəli Əlı̇ ağa oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin "Azərikimya" İstehsalat Bı̇ rliyinə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar