Məhkəmə qərarları › İş №2-1(118)-3920/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3920/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3920/2025 25.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X18-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 51 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a, adına “Sadaqat”dan “Sədaqət”ə, doğulduğu vaxta “02.10”dan “xx.xx.1954-cü ilə, ata adına “Famil”, doğulduğu yerə “Qubadlı rayon, Əliquluuşağı kəndi”, ata bəndində ata haqqında məlumatlara “X17”, ana haqqında məlumatlara “X5”dan “X2”na dəyişikliklər edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 xx.xx.1954-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. xx.xx.2024-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Qeyd edir ki, həyat yoldaşına məxsus A3B №050725 saylı doğum haqqında şəhadətnaməsində soyadı “Zilfiqarov”, adı “Sədaqət", ata adı “Famil”, doğulduğu tarix “xx.xx.1954-cü il”, doğulduğu yer “Qubadlı rayon, Əliquluuşağı kəndi”, ata haqqında məlumatda atasının adı “Famil”, ana haqqında məlumatda isə “X3” kimi qeyd olunmuşdur. Sənədlər arasında ziddiyyət yarandığından iddiaçı doğum haqqında şəhadətnamədə soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a dəyişiklik etmək üçün Cavabdehnə müraciət etmişdir. Araşdırma zamanı Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 51 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Zilfiqarov”, adı “Sədaqət", doğulduğu vaxt “02.10” kimi qeyd edilmiş, ata adı və doğulduğu yer qeyd edilməmiş, ata bəndində ata haqqında məlumatlar qeyd edilməmiş, ana haqqında məlumatda isə “X6” kimi qeyd edildiyi aşkar edilmişdir. Həyat yoldaşının ölümü haqqında AZ-İİ №428981 saylı şəhadətnaməsində soyadı “Zülfüqarov”, adı "Sədaqət”, ata adı “Famil” kimi qeyd olunmuşdur. Eyni zamanda, həyat yoldaşımın atasının ölümü haqqında Qubadlı rayon Teymur Müskanlı İ.N tərəfindən xx.xx.1982-ci ildə qeydə alınmış aktın qeydinə əsasən ölənin soyadı, adı, atasının adı “X17” kimi, anasının ölümü haqqında Cavabdeh tərəfindən tərtib edilmiş 76 saylı, xx.xx.2002-ci il tarixli akt qeydində ölənin soyadı, adı, ata adı “X10” kimi qeyd olunmuşdur. Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 51 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a, adına “Sadaqat”dən “Sədaqət”ə, doğulduğu vaxta “02.10”dan “xx.xx.1954-cü ilə dəyişiklik, ata adına “Famil”, doğulduğu yerə “Qubadlı rayon, Əliquluuşağı kəndi” əlavə, ata bəndində ata haqqında məlumatlara "X17” əlavə, ana haqqında məlumatlara “X1 “X2”na dəyişikliklər edilməsinə dair ərizə müraciət etmiş və imtina cavabı verilmişdir.

3. Cavabdeh 25 dekabr 2024-cü il tarixli, 3-16-/8-Z-15-137/2024 məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 51 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Zilfiqarov”, adı “Sadaqat”, doğulduğu vaxt “02.10” kimi qəyd edilməsi, ata adı və doğulduğu yer qeyd edilməməsi, ata bəndində ata haqqıhda məlumatlar qeyd edilməməsi, ana haqqında məlumatlar “X6” kimi qeyd edilməsinə baxmayaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 700 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydində ölənin soyadı “Zülfüqarov”, adı “Sədaqət”, ata adı “Fazil”, doğulduğu vaxt “02 10.1954-cü il”, doğulduğu yer “Qubadlı rayon, Əliquluuşağı kəndi” kimi, Cavabdeh tərəfindən tərtib edilmiş 76 saylı, xx.xx.2002-ci il tarixli ölüm haqqında akt qeydində ölənin soyadı, adı, ata adı “X14” kimi, Qubadlı rayon Teymur Müskanlı İ.N tərəfindən tərtib edilmiş 08 saylı, xx.xx.1982-ci il tarixli ölüm haqqında aktq qeydində ölən şəxs haqqında məlumatda “X17” kimi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, təqdim etdiyiniz sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a, adına “Sadaqa”dən “Sədaqət”ə, doğulduğu vaxta “02.10”dan “xx.xx.1954-cü il”ə dəyişiklik, ata adına “Famil”, doğulduğu yerə “Qubadlı rayon, Əliquluuşağı kəndi” əlavə, ata bəndində ata haqqında məlumatlara “X17” əlavə, ana haqqında məlumatlara “X6”ndan "X2”na dəyişiklik edilməsi imkanımız xaricindədir. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilərsiniz.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

IV. Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

17. İş materiallarında olan sənədlərə əsasən, iddiaçının həyat yoldaşı X8 xx.xx.1954-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur. xx.xx.2024-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Qeyd edir ki, həyat yoldaşına məxsus A3B №050725 saylı doğum haqqında şəhadətnaməsində soyadı “Zilfiqarov”, adı “Sədaqət”, ata adı “Famil”, doğulduğu tarix “xx.xx.1954-cü il”, doğulduğu yer “Qubadlı rayon, Əliquluuşağı kəndi”, ata haqqında məlumatda atasının adı “Famil”, ana haqqında məlumatda isə “X3” kimi qeyd olunmuşdur.

18. AЭЪ 050725 nömrəli doğum haqqında şəhadətnamədə X9 xx.xx.1954-cü il tarixdə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuşdur.

19. AZ-İİ 428981 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

20. Cavabdeh tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli, 3-16-5/8-1xx-xx/2024 nömrəli arayışa əsasən, X8 və X7 nikahı haqqında 25 noyabr 1979-cu il tarixdə 1404 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. Nikaha S.F.Zülfüqarovun xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir və ölüm xx.xx.2024-cü il 700 №-li akt qeydi ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

21. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, X8 xx.xx.1954-cü il tarixdə Qubadlı rayonu, Əliquluuşağı kəndində anadan olmuşdur.

22. Belə olan halda, məhkəmə iddiaçının doğum akt qeydində soyadının “Zilfiqarov”dan, adının “Sadaqat”, doğulduğu vaxtın “02.10” kimi yazılmasını texniki yanlışlıq olaraq qiymətləndirir.

23. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

24. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə X4 Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyində tərtib edilmiş 51 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a, adına “Sadaqat”dan “Sədaqət”ə, doğulduğu vaxta “02.10”dan “xx.xx.1954-cü il”ə dəyişiklik, ata adına “Famil”, doğulduğu yerə “Qubadlı rayon, Əliquluuşağı kəndi” əlavə, ata bəndində ata haqqında məlumatlara “X17” əlavə, ana haqqında məlumatlara “X6”ndan “X2”na dəyişiklik edilməsi öhdəliyi kimi göstərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

25. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı:

İddia təmin edilsin. X4 Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyində tərtib edilmiş 51 saylı, xx.xx.1954cü il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Zilfiqarov”dan “Zülfüqarov”a, adına “Sadaqat”dan “Sədaqət”ə, doğulduğu vaxta “02.10”dan “xx.xx.1954-cü il”ə dəyişiklik, ata adına “Famil”, doğulduğu yerə “Qubadlı rayon, Əliquluuşağı kəndi”, ata bəndində ata haqqında məlumatlara “X17” əlavə edilməklə, ana haqqında məlumatlara “X6”ndan “X2”na dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X18-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar