Məhkəmə qərarları › İş №2-1(118)-3925/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3925/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3925/2025 05.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin və cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev adına südçülük-maldarlıq sovxozu müəssisənin balansında olmuş və Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev adına südçülük-maldarlıq sovxozu müəssisənin balansında olmuş və Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin və cizgisinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev adına südçülük-maldarlıq sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alması üçün müraciət etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2nin 1 saylı Bakı Ərazi İdarəsi ünvanına, torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlərinin olmaması səbəbindən müvafiq qeydiyyat hərəkətlərinin mümkünsüzlüyü barədə xx.xx.2023-cü il tarixli məktub göndərmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev adına südçülük-maldarlıq sovxozu müəssisənin balansında olmuş və Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh "Yerqruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"yə və "Dövlət torpaq Kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" AR Qanununa əsaslanmış və iddiaçının AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. Hesab edirik ki, cavabdeh orqanın qanunsuz və əsassız imtinası nəticəsində iddiaçının qanunla qorunan mülkiyyyət hüquqlarım kobud surətdə pozulmuşdur. Bununla bağlı qeyd edir ki, iddiaçı qanunla tələb edilən sənədləri təqdim etsə də, lakin cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə plan və ölçünün verilməsindən əsassız və qanunsuz olaraq imtina etmişdir. Məktubun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim etdiyi sənədlərə etinasız yanaşaraq kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron Rayon İHB-nın qeyd olunan sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmamışdır. İddiaçı tərəfindən məhkəməyə Abşeron rayonu keçmiş S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmri təqdim edilmişdir ki, həmin əmrdə iddiaçıya torpaq sahəsi ayrılması öz əksini tapmışdır. İddia tələbi ümumiyyətlə yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir. Belə ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Eyni zamanda Abşeron Rayon XDS İcraiyyə Komitəsinin qərarları ilə vaxtilə Abşeron Rayonuna təhkim edilmiş sovxozların ərazilərindən həmin sovxozlarda çalışmış qulluqçulara fərdi ev tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. O cümlədən iddiaçının istifadəsində olan torpaq sahəsi də hazırda Bakı şəhərinin (Sabunçu rayonu) idarəçiliyindədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X2 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-5928/2025 nömrəli məktubda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən 0,10 ha torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonunun inzibati sərhədləri hüdudları daxilində yerləşir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin və cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar