Məhkəmə qərarları › İş №2-1(118)-3929/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3929/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3929/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Sı̇ yəzən şəhər İnteqrası̇ ya Təlı̇ mli İnternat Tı̇ pli Gı̇ mnazı̇ yası və Cavabdeh2 Sahı̇ b qızına qarşı “məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Sı̇ yəzən şəhər İnteqrası̇ ya Təlı̇ mli İnternat Tı̇ pli Gı̇ mnazı̇ yası və Cavabdeh2 Sahı̇ b qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Siyəzən şəhər X6 Tipli Gimnaziyası rəhbərliyi və Cavabdeh2 üzərinə oğlu X3 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Siyəzən şəhər X6 Tipli Gimnaziyaya daxil olduğu tarix barədə həmin gimnaziyanın rəhbərliyinin üzərinə Məmmədov Röyalın atası İddiaçı dəqiq məlumat verilməsi öhdəliyinin qoyulması və X3 Siyəzən şəhər X6 Tipli Gimnaziyaya yerləşdirildiyi tarixdən bu günədək Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)- 50/2018 saylı qətnaməsi əsasında əmək haqqından bu günədək hər ay 110 manat məbləğində maliyyə vəsaitinin ümumi məbləğinin Cavabdeh2 hesabından tutularaq İddiaçı hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2012-ci il tarixli 274 saylı nigah ləğv edilmiş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə hər ay atası İddiaçı aylıq qazancından 110 manat maliyyə vəsaitinin tutularaq Cavabdeh2 hesabına ödənilməsi qət edilmişdir. Onun növbəti müraciəti əsasında “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru X2 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X14 Xaçmaz Regional Təhsil İdarəsinə ünvanladığı sorğusuna göndərilən xx.xx.2024-cü il tarixli, 3-29-32/2-927/2024 saylı cavab məktubunda azyaşlı oğlu Röyalın maddi təminatını ödəmək məqsədilə hazırkı iş üzrə Cavabdeh2 iddia ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin qəbul etdiyi yuxarıda qeyd etdiyi qətnamə əsasında onun əmək haqqından təqribənxx.xx.2019-cu ildən bu günədək hər ay 110 manat tutularaq iddiaçının hesabına ödənildiyi halda, oğlu Məmmədov Röyal Cavabdeh2 həmin məhkəmənin qətnaməsi qəbul edildikdən təqribən 1 il sonra 2019-cu il tarixdə Siyəzən şəhər X6 Tipli Gimnaziyasına yerləşdirilmiş və hazırda onun həmin gimnaziyada 7-ci sinifdə oxumaqla yataqxanada gecələyir, gimnaziyanın bütün şagirdləri kimi mövsümə uyğun olaraq geyim və məktəb ləvazimatları ilə təmin edilir və sosial təminatının dövlət tərəfindən həyata keçirilir, heç bir valideyndən bu və ya digər məqsədlə maddiyyat tələb edilmədiyi təsdiqlənir. Göründüyü kimi Cavabdeh2 oğlu X1 5 ildə (təqribən xx.xx.2019-cu ildən 2024-cü ilin noyabr ayına qədər) X6 Tipli Gimnaziyaya yerləşdirilməsini həm Şabran Rayon Məhkəməsindən, həm də ondan gizlətməklə oğlu Röyalın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında hər ay tutulan 110 manat maliyyə vəsaitini mənimsəyərək ümumilikdə ona 6820 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin faktı dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Siyəzən şəhər X6 Tipli Gimnaziyasının direktoru Rəbiyə xanım Hacıyevaya xx.xx.2024-cü il tarixdə müraciət etdi. Onun tərəfindən müraciəti ilə əlaqədar ünvanına daxil olan xx.xx.2024-cü il tarixli, 45 saylı cavab məktubunda X7 Siyəzən Rayon Məhkəməsinin müvafiq qətnaməsinə uygun olaraq anasının qəyyumluğuna verildiyi və bu səbəbdən də gimnaziyanın 7-ci sinif şagirdi X8 haqqında şəxsi məlumatları Məmmədov Röyalın atasına təqdim edə bilmədiyi qeyd edilmişdir. Həmin cavabı aldıqdan sonra hazırkı iş üzrə Cavabdeh2 Məmmədov Röyalın onun qəyyumluğuna verilib-verilməməsinə, bu faktın həqiqət olduğuna aydınlıq gətirmək məqsədi ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruzov Novruza etdiyi müraciətinə əsasən onun müavini qəyyumluq və himayəçilik komissiyasının sədri Natəvan xanım Mustafayevanın imzası ilə xx.xx.2024-cü il tarixli, 5-74/2-M-24-667/2024 savlı cavab məktubunda bildirilir ki, oğlu X7 üzərində qəyyum təyin olunması ilə bağlı Şabran Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamış və bu məsələ ilə bağlı hər hansı bir rəsmi sənəd yoxdur. Natəvan xanım Mustafayevanın ünvanına göndərdiyi bu cavabı ilə Elm və Təhsil Nazirliyinin Siyəzən şəhər X6 Tipli Gimnaziyayanm direktoru Rəbiyyə xanım Hacıyevanın yuxanda qeyd etdiyi xx.xx.2024-cü il tarixli cavabında X9 Siyəzən Rayon Məhkəməsinin müvafiq qətnaməsinə uyğun olaraq anasının qəyyumluğuna verilməsi faktının həqiqət olmadığını təsdiqləyir. Siyəzən şəhər X5 Tipli Gimnaziyayanın direktoru Rəbiyyə xanım Hacıyevanın ünvanına göndərdiyi həmin cavabı Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında oğlu Məmmədov Röyalın maddi təminatı olaraq əmək haqqından hər ay tutulan 110 manat maliyyə vəsaitinin Röyalın həmin internata yerləşdirildiyi tarixdən bu günədək cavabdehlər Cavabdeh2 və həmin internatın direktoru Rəbiyyə Hacıyeva tərəfindən mənimsənildiyinə əsaslı şübhələr yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır (3.2-ci bənd). İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ilə cavabdehlər arasındakı mübahisə aliment məbləğinin geri qaytarılmasından yaranmış hüquq münasibətlərindən irəli gəlir. Hazırkı cavabdehlər həm inzibati orqan deyil, həm də tərəflər arasında olan hüquq münasibəti xüsusi hüququn nizamasalma predmetinə aiddir. İddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar