Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-393/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “22 noyabr 1971-ci il təvəllüdlü X4, 09 yanvar 1976-cı il təvəllüdlü X5, 21 iyun 2000-ci il təvəllüdlü X6, 17 dekabr 1993-cü il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq “22 noyabr 1971-ci il təvəllüdlü X4, 09 yanvar 1976-cı il təvəllüdlü X5, 21 iyun 2000-ci il təvəllüdlü X6, 17 dekabr 1993-cü il təvəllüdlü X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən daimi qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi 05.05.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28- 05101-093011 reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Onun ərizəsi əsasında üçüncü şəxslər X8, X9, X7 ona məxsus, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata düşmüşlər, hazırda həmin ünvanda yaşamırlar. Həmçinin ünvan 1 ünvanında qeydiyyatda olan oğlanları X10 və X11 vəfat etmişlər. O, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X10, X11, X8, X9 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsindən verilmiş 14.10.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Bildiririk ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlisiniz”. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X9 izahatında bildirdi ki, həmin evdə doğulub, orada qeydiyyatda olub. Əmisi həmin evdən onları çıxarıb. Əmisi ona demişdir ki, ev onun adına olduğundan evdən çıxmalıdır. Hazırda qeydiyyata düşməyə yeri yoxdur. Buna görə də qeydiyyatdan çıxmaq istəmir. Üçüncü şəxs X7 məhkəmə iclasında izahatında bildirdi ki, qeydiyyata düşməyə evi yoxdur. Buna görə də həmin evdən qeydiyyatdan çıxarılmasına etiraz edir. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxslər X9 və X7 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. - Abşeron Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 14.10.2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 04.10.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 22 noyabr 1971-ci il təvəllüdlü X10, 09 yanvar 1976-cı il təvəllüdlü X11, 21 iyun 2000-ci il təvəllüdlü X8, 17 dekabr 1993-cü il təvəllüdlü X9, 01 aprel 1971-ci il təvəllüdlü X7 qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə X10, X11, X8, X7 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 04.10.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə vəfat edən üçüncü şəxslər X4 və X1 mənzildən qeydiyyatdan çıxarılmaları məsələsinə münasibətdə qeyd edir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki işdə də işə əlavə olunmuş Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 742735 saylı, 02 aprel 2015-ci il tarixli və AZ-İ 372246 saylı, 19 avqust 2009cu il tarixli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X11 05 fevral 2008-ci il tarixdə, X10 19 avqust 2009-cu il tarixdə vəfat etmişdir. Beləliklə qeyd olunan ölüm haqqnda şəhadətnamələr X4 və X5 ölümünü təsdiq edən sənədlərdir və qanunvericilikdə həmin sənədlər təqdim edildikdə vəfat etmiş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imperativ olaraq müəyyən edilmişdir. Məhkəmə bundan başqa qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 22 noyabr 1971-ci il təvəllüdlü X4, 09 yanvar 1976-cı il təvəllüdlü X5, 21 iyun 2000-ci il təvəllüdlü X6, 17 dekabr 1993-cü il təvəllüdlü X3, 01 aprel 1971-ci il təvəllüdlü X2 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatından çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 22 noyabr 1971-ci il təvəllüdlü X4, 09 yanvar 1976-cı il təvəllüdlü X5, 21 iyun 2000-ci il təvəllüdlü X6, 17 dekabr 1993-cü il təvəllüdlü X3, 01 aprel 1971-ci il təvəllüdlü X2 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-393/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-393/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver