Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-393/2023 19.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisi və "xxxx" ASC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ‘‘Bank of Baku” MMC xx.xx.2021-ci il tarixdə Sumqayıt ş. 4 saylı notariat ofisindən icra qeydi alaraq, həmin icra qeydini icra etmək üçün Cavabdehnə göndərmişdir ki, bunun da əsasında 08 oktyabr 2021-ci ildə İcra İdarəsinin icra məmuru Gündüz Aslanov “İcraata başlamaq haqqında Qərar” qəbul etmişdir. İddiaçı "xxxx" cavabdeh İddiaçı adına 23 may 2015-ci il tarixli saxta kredit müqaviləsi tərtib etmişdir. "xxxx" həmin saxta kredit müqaviləsində göstərdiyi məbləği və həmin məbləğə hesabladığı faizləri cavabdehdən almaq üçün “əmr icraatı qaydasında” xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və iddiaçının tələbi ilə Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov 02 fevral 2017-ci il tarixdə, təbii ki, cavabdehin xəbəri və ən əsası iştirakı olmadan məhkəmə iclası keçirmiş və iddaçı "xxxx"nun xeyrinə məhkəmə Əmri qəbul etmişdir və Əmri icra etmək üçün Cavabdehnə göndərmişdir. Məhkəmə Əmrindən Cavabdehndə xəbər tutan cavabdeh məhkəmə Əmrini Sumqayıt şəhər Məhkəməsindən Ərizə ilə tələb etmiş, məhkəmə Əmrini rəsmən aldıqdan sonra Əmrdən Sumqayıt şəhər Məhkəməsinə şikayət etmiş və cavabdehin şikayətindən sonra məhkəmə Əmri ləğv edilmişdir. Lakin Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov bu dəfə də banka vəkillik etmək şakərindən əl çəkməmiş və yenə də cavabdehdən gizlin, bu dəfə 04 may 2018-ci il tarixdə məhkəmə iclası keçirmiş və iddiaçı "xxxx"un xeyrinə Qətnamə qəbul etmiş, üstəlik həmin tarixdə də Cavabdehnə “icraata başlamaq haqqında” məktub ünvanlamışdır. Maraqlısı odur ki, cavabdeh həmin Qətnamənin varlığından da Cavabdehndə xəbər tutmuş, Sumqayıt şəhər Məhkəməsindən həmin Qətnaməni ərizə ilə rəsmən tələb etmiş və Qətnaməni aldıqdan sonra Qətnamədən Apellyasiya şikayəti vermişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılmış və Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli Qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli Qərardadı ilə ləğv edilmişdir. Ümumiyyətlə isə iddiaçı ilə cavabdeh arasındakı məhkəmə çəkişmələri 2 il 5 ay 2 gün çəkmiş və bu müddət ərzində "xxxx" cavabdehin ona borclu olmasını heç cürə sübuta yetirə bilməmişdir. İddiaçı "xxxx" məhkəmələrdə uduzacağını çox gözəl anladığı üçün daima saxta yollara əl atmaqdan çəkinmir, belə ki, "xxxx" Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv etdiyi 04 may 2018-ci il tarixli məhkəmə Qətnaməsi əsasında cavabdehdən pul tutulmalarını tələb etmiş, İcra İdarəsinin böyük icra məmuru Siyavuş Beydullayev isə heç bir araşdırma aparmadan və ən əsası bütün bu qanunsuz hərəkətləri hər vəchlə cavabdehdən gizlətməklə 10 iyun 2020-ci ildə “icra ödənişinin alınması haqqında” Qərar qəbul etmiş və həmin Qərarı rəhbər tutan Sumqayıt şəhəri üzrə İcra müşaviri Fuad Nəbiyev 09 iyun 2020-ci ildə (verilmiş Qərardan bir yerinə məktubla müraciət edərək, onun əməkhaqqından iddiaçının xeyrinə tutmalar tutulmasını tələb etmiş, təsadüfən bu məktubdan xəbər tutan cavabdeh icra məmuru Siyavuş Beydullayev ilə görüşmüş, ona Sumqayıt Apellyasiya Məhkəməsinin məlum Qərardadını təqdim etmiş və nəticədə Cavabdehin iş yerinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə özünün 09 iyun 2020-ci il tarixli məktubunu geri çağırmışdır. "xxxx" Qanundakı müvafiq boşluqlardan məharətlə yararlanaraq, xx.xx.2021-ci il tarixdə Sumqayıt ş. 4 saylı notariat ofisindən, təbii ki, cavabdehdən xəbərsiz və ən əsası gizlin, müvafiq icra qeydi alaraq, həmin icra qeydini Cavabdehnə təqdim etmişdir. "xxxx" cavabdehin yaşayış yerini dəqiq bildiyi halda, bunu icra məmurundan bilərəkdən gizlətmiş, icra məmuru da öz növbəsində, çox guman ki, işinə məsuliyyətsiz yanaşdığı üçün cavabdehi tapmaq istiqamətində heç bir addım atmamışdır ki, nəticədə cavabdeh İddiaçı Qanunla qorunan hüquqlarından istifadədən məhrum edilmişdir. Cavbdehlə bilərəkdən kontakt yaratmayan Cavabdehin əmək haqqından tutmalar tutulması tələbi ilə xx.xx.2022-ci il tarixli məktubla cavabdehin iş yerinə müraciət etmişdir. Bütün bu özbaşınalıqlardan və Qanım pozuntularından təsadüfən xəbər tutan cavabdeh 16 iyun 2022-ci ildə Cavabdehnə rəsmi məktubla müraciət edərək, icra məmurunun Qərarını və digər sənədləri tələb etmiş və həmin sənədlər cavabdehin nümayəndəsinə 28 iyun 2022-ci ildə rəsmi qaydada təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, notariusun ixtiyarı olmamışdır, mübahisəli pul olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Qeyri-qanuni olaraq bank icra qeydi almışdır. İcra şöbəsinə müraciət etmişdir. Özləri ləğv etmişdirlər. Notariusun qeydi qüvvədə qalmışdır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)-1102/2018 saylı, qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 2815.54 ABŞ dolları əsas borcun, 925.68 ABŞ dolları faiz borcunun, cəmi 3741.22 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, dövlət rüsumunun kəsr məbləği 10 manatın İddiaçı Mircəzbala qızından tutulub dövlət büdcəsinə ödənilməsi, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-642/2019 saylı, 04 iyl 2019-cu il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)-1102/2018 saylı, qətnaməsi ləğv edilmişdir. Cavabdeh icra məmuru Gündüz Aslanovun 08 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8i-13978 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İddiaçı hazırda “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv edilməsini istəyir. Cavabdeh inzibati orqan qeyd edir ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8İ- 13978 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 2048.28 (iki min qırx səkkiz dollar, iyirmi səkkiz sent) ABŞ dolları əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə "İcraata başlamaq haqqında" qərar qəbul olunaraq bildirişlə birlikdə borcluya, məlumat üçün tələbkara göndərilmişdir. Tələbin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə məcburi icra tədbiri olaraq əmlak və gəlirlərinin müəyyən olunması üçün elektron icra informasiya sistemindən istifadə edilərkən borclunun iş yeri aşkar edilmiş və icra sənədi icra edilməsi üçün müvafiq quruma göndərilmişdir. Borclu şəxs İddiaçı icra sənədində göstərilən ünvanda yaşamadığı müəyyən edildiyindən, barəsində axtarış elan olunması haqqında qərar qəbul olunaraq icra olunması üçün xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə polis orqanına göndərilmişdir. Keçən müddət ərzində borclu şəxs icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən, borclunun əmək haqqından tutulmalar aparılması məqsədilə xx.xx.2022-ci il tarixdə icra sənədi müvafiq quruma göndərilmişdir. Daha sonra zərurət aradan qalxdığı üçün icra sənədinin icra edilmədən geri qaytarılmasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə borclunun iş yerinə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1102/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ləğv edildiyindən, xx.xx.2022-ci il tarixdə icra işi üzrə icraata xitam verilmişdir. (Cavabdeh 19992/42 saylı, xx.xx.2022-ci il tarixli məktubu) Beləliklə məhkəmə araşdırma ilə müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-642/2019 saylı, 04 iyl 2019-cu il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(060)-1102/2018 saylı, qətnaməsi ləğv edilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi borcla bağlı mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı ilə üçüncü şəxs arasında olan mülki mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilə bilər. Bu halda “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarı da ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-393/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-393/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver