Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-393/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli **********962200 saylı, 11 mart 2022-ci il tarixli **********965300 saylı və 05 aprel 2022-ci il tarixli **********097000 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işin materiallarını araşdıraraq açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1429/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, barəsində əsassız olaraq hesablanmış vergi borcu və faizləri ilə bağlı öhdəliklərin götürülməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə inzibati akt qəbul edilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X2 Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilməsi və “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli **********962200 saylı , 11 mart 2022-ci il tarixli **********965300 saylı və 05 aprel 2022-ci il tarixli **********097000 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10 yanvar 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavabdeh qismində prossesual iştirakına xitam verilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş idarəsi iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iddia tələbi “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli **********962200 saylı, 11 mart 2022-ci il tarixli **********965300 saylı və 05 aprel 2022-ci il tarixli **********097000 saylı qərarlarının ləğv edilməsi“ kimi qəbul edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digr hallarda (8.1.1-8.3.1-1-ci maddələrdə göstərilənlərdən başqa) iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəindən baxılır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri X4 üzrə Baş İdarəsinin ərazi yurisdiksiyası inzibati işlər üzə yalnız bir məhkəməni, yəni Bakı İnzibati Məhkəməsini əhatə edir. Bununla bağlı məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli **********962200 saylı, 11 mart 2022-ci il tarixli **********965300 saylı və 05 aprel 2022-ci il tarixli **********097000 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddiası üzrə 2-1(118)- 393/2024 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-393/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-393/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver