Məhkəmə qərarları › İş №2-1(118)-3932/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3932/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3932/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı iş üzrə (Açar sözlər: hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə ikitərəfli əyripəncəlik xəstəliyindən və ikinci dərəcəli skoliozdan əziyyət çəkir. 2017-ci ildə ilkin hərbi qeydiyyata düşəndə Sabunçu hərbi komissarlığın hərbi həkim komissiyası iddiaçını bu xəstəliyinə görə 66-68b maddələri ilə sülh dövründə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edib, lakin cavabdeh Abşeron hərbi komissarlığının hərbi həkim komissiyası iddiaçının anadangəlmə xəstəliyini düzgün qeyd etməyiblər və əyripəncəliyin yerinə iddiaçıya yastıayaq diaqnozunu qoyub hərbi xidmətə yararlı hesab ediblər. Skoliozu da düzgün qeyd olunmayıb. İkinci dərəcəli skoliozu adi skolioz kimi yazılmışdır. Anadangəlmə əyripəncəlik və yastıayaq xəstəliyi adi həyatda iddiaçıya əziyyət verir. İddiaçı daimi yumşaq idman ayaggabıları gəzdirir. Bir müddət ayaq üstdə duranda ayaqları ve ayaq biləyi yükə düşüb ağrıyır. İkinci dərəcəli skolioza göre iddiaçı çox ayaqüste dura bilmir. Belində ağrılar yaranır. Ağır məşqlər ayaqlarının və belinin vəziyyətini daha da ağırlaşdıracaq.

3. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, 18 yaşı tamam olduğuna görə çağırışçı 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə çağırılmışdır. Həkim komissiyasından keçərkən səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün 3 nömrəli Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmiş və müayinə olunduqdan sonra “Onurğanın sol tərəfli birinci dərəcəli bel tipli skoliozu. İkitərəfli ikinci dərəcəli yastıayaqlıq. Funksiya pozğunluğu qeyd olunmur.” diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixli, 2643 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66ç və 68ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır- A3” hesab edilmişdir. Çağırışçı İddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verdiyi üçün 2019-cu ilin oktyabr çağırışına cəlb edilmiş, Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı daimi qeydiyyat ünvanını Abşeron rayonuna dəyişdiyi üçün şəxsi işi xx.xx.2022-ci il tarixli 1061 nömrəli məktubla SHXÇDX-nin Sabunçu rayon idarəsindən SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndərilmişdir. Möhlət müddəti bitdikdən sonra çağırışçı İddiaçı 2023-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, Bakı Slavyan Universitetinin bakalavr pilləsində təhsil başa vurma bilməməsi səbəbindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət müddəti bitdikdən sonra çağırışçı İddiaçı 2024- cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, həkim komissiyasından keçmiş, həkim-mütəxəssilər tərəfindən yoxlanılmış, səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün X6 ikitərəfli yastıpəncəliyinə görə əlavə müayinəyə göndərilmiş, X4 müayinə olunduqdan sonra “Hər iki ayağın İİ (ikinci) dərəcəli yatıpəncəliyi.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli, N2/5183 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Sol qolunda döymələr və sağ qolunda çapıq izləri aşkar olunduğuna görə, xx.xx.2024-cü il tarixli, 629 nömrəli göndəriş ilə Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmiş, müayinə olunduqdan sonra “Hal-hazırda psixi xəstəlik aşkar olunmur. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli, 3951 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Çağırışçı İddiaçı anası Nümayəndə Xidmətin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək, oğlunun skoliozu olduğunu bildirmişdir. Çağırışçı İddiaçı Xidmətin Abşeron rayon şöbəsinə dəvət olunmuş və xx.xx.2024-cü il tarixli 704 nömrəli göndəriş ilə skoliozu müayinə olunması üçün X6 əlavə müayinəyə göndərilmişdir. X4 müayinə olunduqdan sonra “Onurğanın skoliozu İ (birinci) dərəcə.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5614 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç, 61ç və 16ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A4” hesab edilmişdir. Çağırışçı 2024-cü ilin oktyabr çağırışına cəlb olunmuş və xx.xx.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə getməsi üçün xx.xx.2024-cü il tarixdə şəxsən özü imza etməklə çağırış vərəqəsi almışdır. Çağırışçının valideyini oğlunun təhsilini başa vurmadığını və Bakı Slavyan Universitetində təhsilini davam etdirdiyini bildirsə də, İddiaçı oxuması barədə təhsil arayışı təqdim etməmişdir. Bu səbəbdən, tərəfimizdən xx.xx.2024-cü il tarixdə Bakı Slavyan Univeristetinə İddiaçı təhsil alıb-almaması barədə rəsmi sorğu edilsə də, sorğuya cavab verilməmiş və xx.xx.2025-ci il tarixdə Bakı Slavyan Univeristetinə yenidən sorğu edilmişdir. Yekun olaraq, nəzərinizə çatdırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə Bakı Slavyan Universitetindən daxil olan xx.xx.2025-ci il tarixli məktubda xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 5-ci tədris ilinin tələbəsidir, 17 fəndən (76 kredit) akademik borcu mövcuddur və tədris planına uyğun dərslərdə iştirak edir. Məktuba əsasən, rayon çağırış komissiyası tərəfindən Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında qanunun 21.1.4-cü maddəsini rəhbər tutaraq, “əyani təhsilalma formasında bakalavriatda təhsil alanlar-müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla” xx.xx.2025-ci il tarixədək çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı qanuna müvafiq olaraq, bakalavr pilləsində təhsil almasına görə verilən möhlət hüququ 2025-ci ilin iyun ayının 11-də bitdiyinə görə 2025-ci ilin iyul çağırışına cəlb ediləcək, mütləq müayinələrdən və zəruriyyət yaranacağı təqdirdə əlavə müayinələrdən keçdikdən sonra barəsində yekun qərar veriləcəkdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyularaq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertlərinə həvalə edilmişdir: 1. Əyripəncəlik və ya yastıpəncəlik xəstəliklərindən hansı aşkar olunur? 2. Skolioz xəstəliyi hansı dərəcədə (formada) aşkar olunur?

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Əvəzzadə Fərhad Elman oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T336/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 2643 saylı Sağlamlıq Vəziyyətinin müayinə edilməsi aktına əsasən “3 saylı Sabunçu şəhər klinik xəstəxanası”nda xəstənin 30.05-xx.xx.2019-cu il tarixlərdə müayinəsi zamanı ona “Onurğanın soltərəfli İ dərəcəli bel tipli skoliozu, ikitərəfli ikinci dərəcəli yastıayaqlılıq, funksiya pozğunluğu qeyd olunmur” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X7”nə müayinələrə göndərildi. “X7”nə rentgen müayinəsinə göndərilərkən onun hər iki ayaq pəncəsinin ön və yan proyeksiyalı rentgenoqrammasında sağ ayaq tağı h=23mm, L-148dər; sol ayaq tağı h=19mm, L-152dəı*, hər iki ayağın İİ dərəcəli yastıayaqlılığı, yan proyeksiyada döş fəqərəsində 56 dərəcəyə uyğun kifoz qeyd edilir. Həmin rentgen şəkillər Birliyin radioloquna təqdim olundu və xx.xx.2025-ci il tarixli sağ ayaq pəncəsinin yük altında yan proyeksiyalı rentgenoqrafık göstəricilərində hər iki ayağın İ barmağında Hallux Valqus deformasiyası, hər iki ayaqda 2-ci dərəcəli yastıpəncəlilik, xx.xx.2025-ci il tarixli onurğanın döş-bel şöbəsinin 2 proyeksiyalı rentgenoqrammasında isə 56 dərəcə altında fəqərə cisimlərində pazvari sıxılma, kifoz təyin edilmişdir. İddiaçı “Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutu”nda xx.xx.2025-ci il tarixdə spiroqrafık müayinəsində ventilyasiya pozğunluğu, onurğanın döş-bel 56 dərəcə altında fəqərə cisimlərinin pazvari sıxılma lcifozu, ventilyasiya pozğunluğu qeyd olunmur. O, ikitərəfli ikinci dərəcəli yastıayaqlılıq, funksiya pozğunluğu” xəstəlikləri ilə hərbi xidmətə yararlıdır.

6. Məhkəmənın iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

8. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulmuşdur.

10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.

11. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq, müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

12. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsidir. Odur ki, iddia məcburetmə növündə iddiadır.

13. İddia mümkündür.

III.Tətbiq edilən hüquq

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. 12.3. vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. 14.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 16.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır. 17.1-ci maddəsinə görə Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. 20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. 2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. 2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən: 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı «Xəstəliklər cədvəli»nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;

İV. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

18. İş materiallarından müəyyən edildi ki, xx.xx.2001-cü il təvəllüdlü çağırışçı İddiaçı xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsində ilkin hərbi qeydiyyata alınıb. 18 yaşı tamam olduğuna görən çağırışçı 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə çağırılmışdır. Həkim komissiyasından keçərkən səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün 3 nömrəli Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmiş və müayinə olunduqdan sonra “Onurğanın sol tərəfli birinci dərəcəli bel tipli skoliozu. İkitərəfli ikinci dərəcəli yastıayaqlıq. Funksiya pozğunluğu qeyd olunmur.” diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixli, 2643 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66ç və 68ç maddəsinin İ qrafasına əsasən, rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır- A3” hesab edilmişdir. Çağırışçı İddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd verdiyi üçün 2019-cu ilin oktyabr çağırışına cəlb edilmiş, Bakı Slavyan Universitetinin bakalavr pilləsinə qəbul olduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Çağırışçı İddiaçı daimi qeydiyyat ünvanını Abşeron rayonuna dəyişdiyi üçün şəxsi işi xx.xx.2022-ci il tarixli 1061 nömrəli məktubla SHXÇDX-nin Sabunçu rayon idarəsindən SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndərilmişdir. Möhlət müddəti bitdikdən sonra, çağırışçı İddiaçı 2023-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, Bakı Slavyan Universitetinin bakalavr pilləsində təhsil başa vurma bilməməsi səbəbindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Möhlət müddəti bitdikdən sonra çağırışçı İddiaçı 2024-cü ilin iyul çağırışına hazırlıq ilə əlaqədar olaraq SHXÇDX-nin Abşeron rayon şöbəsinə çağırılmış, həkim komissiyasından keçmiş, həkim-mütəxəssilər tərəfindən yoxlanılmış, səhhətindən şikayəti olduğuna görə, əlavə müayinə olunması üçün X6 ikitərəfli yastıpəncəliyinə görə əlavə müayinəyə göndərilmiş, X4 müayinə olunduqdan sonra “Hər iki ayağın İİ (ikinci) dərəcəli yatıpəncəliyi.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5183 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Sol qolunda döymələr və sağ qolunda çapıq izləri aşkar olunduğuna görə, xx.xx.2024-cü il tarixli, 629 nömrəli göndəriş ilə Respublika Psixiatriya Xəstəxanasına əlavə müayinəyə göndərilmiş, müayinə olunduqdan sonra “Hal-hazırda psixi xəstəlik aşkar olunmur. Anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli 3951 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Çağırışçı İddiaçı anası Nümayəndə Xidmətin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət edərək, oğlunun skoliozu olduğunu bildirmişdir. Çağırışçı İddiaçı Xidmətin Abşeron rayon şöbəsinə dəvət olunmuş və xx.xx.2024-cü il tarixli, 704 nömrəli göndəriş ilə skoliozu müayinə olunması üçün X6 əlavə müayinəyə göndərilmişdir. X4 müayinə olunduqdan sonra, “Onurğanın skoliozu İ (birinci) dərəcə.” diaqnozu qoyulmuş və xx.xx.2024-cü il tarixli N2/5614 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç, 61 ç və 16ç maddəsinin İ qrafasına əsasən rayon çağırış komissiyasının qərarı ilə “Hərbi xidmətə yararlıdır-A4” hesab edilmişdir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Əvəzzadə Fərhad Elman oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T336/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 2643 saylı Sağlamlıq Vəziyyətinin müayinə edilməsi aktına əsasən “3 saylı Sabunçu şəhər klinik xəstəxanası”nda xəstənin 30.05-xx.xx.2019-cu il tarixlərdə müayinəsi zamanı ona “Onurğanın soltərəfli İ dərəcəli bel tipli skoliozu, ikitərəfli ikinci dərəcəli yastıayaqlılıq, funksiya pozğunluğu qeyd olunmur” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X7”nə müayinələrə göndərildi. “X7”nə rentgen müayinəsinə göndərilərkən onun hər iki ayaq pəncəsinin ön və yan proyeksiyalı rentgenoqrammasında sağ ayaq tağı h=23mm, L-148dər; sol ayaq tağı h=19mm, L-152dər, hər iki ayağın İİ dərəcəli yastıayaqlılığı, yan proyeksiyada döş fəqərəsində 56 dərəcəyə uyğun kifoz qeyd edilir. Həmin rentgen şəkillər Birliyin radioloquna təqdim olundu və xx.xx.2025-ci il tarixli sağ ayaq pəncəsinin yük altında yan proyeksiyalı rentgenoqrafık göstəricilərində hər iki ayağın İ barmağında Hallux Valqus deformasiyası, hər iki ayaqda 2-ci dərəcəli yastıpəncəlilik, xx.xx.2025-ci il tarixli onurğanın döş-bel şöbəsinin 2 proyeksiyalı rentgenoqrammasında isə 56 dərəcə altında fəqərə cisimlərində pazvari sıxılma, kifoz təyin edilmişdir. İddiaçı “Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutu”nda xx.xx.2025-ci il tarixdə spiroqrafık müayinəsində ventilyasiya pozğunluğu, onurğanın döş-bel 56 dərəcə altında fəqərə cisimlərinin pazvari sıxılma lcifozu, ventilyasiya pozğunluğu qeyd olunmur. O, ikitərəfli ikinci dərəcəli yastıayaqlılıq, funksiya pozğunluğu xəstəlikləri ilə hərbi xidmətə yararlıdır.

20. Göründüyü kimi, təqdim edilmiş rəydə ikitərəfli ikinci dərəcəli yastıayaqlılıq, funksiya pozğunluğu xəstəlikləri ilə hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir.

21. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

22. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

23. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.

24. Baxılan işdə cavabdehin öz diskression səlahiyyətlərini həyata keçirərkən qanunvericliyin tələblərinə zidd davranaması müəyyən edilmir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. İPM-in: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar