Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3934/2024 25.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2010-xx.xx.2012-ci illərə görə pensiyasının sonrakı indeksləşmələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. xx.xx.1979-cu ildə Sumqayıt "Üzvü Sintez" İB-də işə qəbul edilmiş və həmin müəssisədə (sonradan müəssisənin adı dəyişdirilmiş və Sumqayıt “Etilen-Propilen” zavodu adlanmışdır) 43 ildən artıq işləmişdir. İşlədiyi istehsal sahəsi zərərli istehsala aid olduğundan 50 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanmışdır. Lakin iddiaçıya 50 yaşdan deyil, 52 yaşım tamam olan tarixdə, yəni xx.xx.2012-ci ildə əmək pensiyası təyin edilmişdir. 50 yaşı tamam olan tarixdə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyini üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(1 12)-2335/2022 saylı qərarı ilə iddia tələbi təmin olunmuş və ona xx.xx.2010-cu ildən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması qət edilmişdir. Qərar qanuni qüvvə almış və xx.xx.2010-xx.xx.2012-ci illərə görə 3154 manat məbləğində pensiyanın ödənilməsi barədə sərəncam verilmişdir. İddiaçı cavabdehin hesablaması ilə razılaşmır. Beləki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial özünün xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək artırılıb. İddiaçı cavabdehin hesablamasını aşağıda qeyd edilənlərə əsasən düzgün hesab etmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına görə “X1" qanunun 9.8-ci maddəsinə görə, qanunun qüvvəyə mindiyi gündən günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanuna yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilə qədər qazanmış olsunlar. 2017-ci ilin iyul ayının 1-dək qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün xx.xx.2017-ci ildən sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə şəxsin xx.xx.2006-cı ilə qədər olan dövrə aid ümumi iş stajımın hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixinə qeyd edilir. xx.xx.2006-cı il tarixində iddiaçının ümumi iş stajı 30 il 23 gün olmuşdur. Qaydaların 4.2.1-ci yarımbəndinə əsasən SH=PSK/T düsturuna müvafiq olaraq 30 il 23 gün x 306 : 144 = 9180 : 144 = 63.7 manat. xx.xx.2017-ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabına sığorta hissəsində qeyd edilən illik artım tempinə uyğun olaraq, 2006-2023-cü il üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. AR-sı DSK tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq. 2006-2023-cü il üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd edilənlərə əsaslanaraq hesab edir ki, pensiyasının sığorta hissəsi 35.49 manat deyil 63,7 manat olmaqla hesablaşma aparılmalı, həmin məbləğ indeksləşməklə pensiyası yenidən hesablanaraq ödənilməlidir. Hesab edir ki, pensiyasının sığorta hissəsi 63.7 manat olmaqla xx.xx.2010xx.xx.2012-ci illərə görə pensiya sonrakı indeksləşmələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müxtəlif tələblər ilə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən həmin müraciət ərizələri aidiyyəti üzrə cavablandırılmışdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti ilə əlaqədar ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-219916/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-219916/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, 15 yanvar 2012-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı tərəfindən onun əmək pensiyasının 50 yaşının tamam olduğu 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsinə dair məhkəmədə iddia qaldırılmışdır.. Məhkəmə icraatı nəticəsində iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 2-1(102)-904/2023 qərarı ilə təmin edilərək əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi Mərkəzi Filiala həvalə olunmuşdur. Sözügüdən məhkəmə qərarına uyğun olaraq İddiaçı əmək pensiyası 11 iyul 2023-cü il tarixdə yenidən hesablanlanaraq 574,07 manatdan 579,30 manata artırılmış və keçmiş müddət üçün ona ödənilməli olan 3153,67 manat pensiya məbləği hesablanmışdır. Həmin 3153,67 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hər ay 31,53 manat olmaqla onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti ilə əlaqədar ona xx.xx.2023-cü il tarixli 3-17- 1/2-A-308833/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-308833/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 15 yanvar 2012-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən “X1” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bununla bağlı artıq mövcud olan məhkəmə təcrübəsinə əsasən bir sıra məhkəmə qərarları vardır. Belə ki, Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2218/2023 nömrəli qərarında da aşağıdakılar qeyd olunmuşdur: İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qanunvericiliyin tələblərinə əsasən müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmış, hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği ödənilir. Qeyd etmək lazımdır ki, iddiaçı 1 iyul 2017-ci il tarixədək ona pensiya təyin edilməsi ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, həmin qurumun 21 avqust 2015-ci il tarixli məsələnin həllindən imtinası barədə məktubunu 2 dekabr 2021-ci il tarixədək, yəni növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olmamüddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilmişdir. Hazırkı, qərarın 16-cı bəndində istinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “X1” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “X1” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. 2007-ci il 6 noyabr tarixli 474-1İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “X1” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. “X1” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «X1» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən «X1» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “X1” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, "X1” Qanunun 32.1-1- ci maddəsinin birinci cümləsində nəzərdə tutulan ‘‘müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarix inədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-213/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, ‘‘keçmiş müddət üçün alınmamış əmək pensiyası” anlayışı daha geniş olmaqla, təkcə pensiyanın təyin olunması və pensiyanın yenidən hesablanması kimi başa düşülmür. Məhz buna görə Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan ‘‘müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya ödənişinin dayandırıldığı iddia etdiyi dövrdə qüvvədə olan ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun keçmiş müddət üçün pensiyaların ödənilməsini tənzimləyən 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Eyni zamanda hazırda qüvvədə olan «X1» Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “X1” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir.. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olm laqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarında da qeyd olunmuşdur ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “X1” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “X1” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. 2007-ci il 6 noyabr tarixli 474-1İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmam aqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “X1” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Beləliklə həmin qərardadla “X1” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olması qərara alınmışdır. Odur ki, “X1” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməli, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiyasının ödənişi cavabdeh tərəfindən aparıldığından, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, pensiya məbləğinin 25 iyul 2017-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi əsassız sayılmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 30 il 23 gün təşkil edir. Bununla əlaqədar 01.01,2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,49 manat (30,06 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixiə indeksləşdirilib 55,00 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1717,92 manat sığorta kapitalına uyğun 11,93 manat (1717,92:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2010-cu il tarixə ona 141,93 manat (75,00+55,00+11,93 (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 579,30 manat)) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 3153,67 manat fərq məbləği hesablanmışdır. Həmin 3153,67 manat fərq məbləği cari ilin iyul ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 31,53 manat) əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildirirlər ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası həmin tarixdən 579,30 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə əlaqədar ona xx.xx.2023-cü il tarixli 3-17- 1/2-A-55339/2024 nömrəli cavab məktubu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-55339/2024 nömrəli eyniməzmunlu cavab məktubunda əlavə olaraq qeyd olunmuşdur ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İddiaçı pensiya məbləği 644,18 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-3667/2024 nömrəli qərar ilə İddiaçı pensiya məbləği Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 644,18 manatdan 1001,65 manata artırılmışdır. “X1" Azərbaycan Respublikası Qanununun 01 yanvar 2023-cü il tarixə kimi qüvvədə olmuş 29-cu maddəsinin 29.2 bəndinə görə qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu qanunun 29-cu maddəsinin 29.1 bəndinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına verilən əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmalıdır. "X1" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 29.1 bəndində göstərilir ki,əmək pensiyasının sığorta hissəsi, bıı Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1 bəndində isə göstərilir ki, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi həmin normalar əmək pensiyalarına əlavələrin və sığortaolunanların fərdi hesabında qeydə alınan pensiya kapitalının ildə bir dəfə indeksləşdirilməsinə aiddir və bu normaların, işləyən pensiyaçıların pensiyalarının onların fərdi sığorta hesabına toplanmış pensiya kapitalına görə yenidən hesablanmasına heç bir aidiyyəti yoxdur. “X1” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Hazırki “xx.xx.2010-xx.xx.2012-ci illərə görə pensiyanın sonrakı indeksləşmələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi ilə bağlı qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi(publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “X1” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi tələbin qeyd edilən hissəsi məhz qanunun pensiyanın hesablanması qaydasından irəli gəlir və qərarın icrası mexanizmini tənzimləyir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarına əsasən Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı “əmək pensiyasının xx.xx.2010-xx.xx.2012-ci illər üzrə sonrakı indeksləşmələr nəzərə alınmaqla hesablanaraq ödənilməsi” nə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddia tələbi “01.01,2006-cı ilədək olan dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat olmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Müvafiq iddia tələbinə münasibətdə bildirirlər ki, 15 yanvar 2012-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı tərəfindən onun əmək pensiyasının 50 yaşının tamam olduğu 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsinə dair məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə icraatı nəticəsində iddia tələbi təmin edilərək əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi Mərkəzi Filiala həvalə olunmuşdur. Sözügüdən məhkəmə qərarına uyğun olaraq İddiaçı əmək pensiyası 11 iyul 2023-cü il tarixdə yenidən hesablanlanaraq 574,07 manatdan 579,30 manata artırılmış və keçmiş müddət üçün ona ödənilməli olan 3153,67 manat pensiya məbləği hesablanmışdır. Həmin 3153,67 manat pul vəsaiti Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə hissə (hər ay 31,53 manat) onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 30 il 23 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,49 manat (30,06 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixiə indeksləşdirilib 55,00 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1717,92 manat sığorta kapitalına uyğun 11,93 manat (1717,92:144) və 75,00 manat baza hissə əlavə edilərək xx.xx.2010-cu il tarixə ona 141,93 manat (75,00+55,00+11,93 (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 579,30 manat)) artırılmışdır. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçıya pensiya təyin edilməsi barədə məhkəmə qərarına əsasən onun 50 yaşının tamam olduğu xx.xx.2010-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir. Məlum olduğu kimi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olduğu dövrdə güvvədə olan ganunvericilik xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının hər tam ilinin 170-ə vurmagla hesablanması qaydasını müəyyən etmişdir. İddiaçının istinad etdiyi iş stajının hər tam ilinin 306-ya vurmaqla hesablanması qaydası “Əmək pensiyaları haggında” Qanuna xx.xx.2017-ci ildən etibarən qüvvəyə minən dəyişikliklə əlavə edilmişdir və yanız həmin tarixdən sonra hügugu yaranan şəxslərə pensiya təyin olunması zamanı tətbiq olunur. Göründüyü kimi iddia tələbinin əsasını təşkil edən məsələnin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddia tələbinə uyğun olaraq məhkəmə tərəfindən İddiaçı hüququ yarandığı xx.xx.2010-cu il tarixdən pensiyanın təyin edilməsi qərara alınmış və həmin dövrün qanunvericiliyinə uyğun olaraq əmək pensiyası hesablanaraq təyin edilmişdir. İddiaçının iddia tələbinə əsasən xx.xx.2010-cu il tarixdən hüququ yaranan şəxsə xx.xx.2017-ci ildən sonra qüvvədə olan qanunvericiliyin tətbiqi mümkün deyildir. Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İddiaçı pensiya məbləği 644,18 manat təşkil edir. Eyni zamanda 11,03.2024-cü il tarixli 3-17-1/3-3-3667/2024 nömrəli qərar ilə İddiaçı pensiya məbləği Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq 644,18 manatdan 1001,65 manata artırılmışdır. “X1” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minən) xx.xx.2017-ci il tarixli № 543-VQD nömrəli Qanuna əsasən 27.1 -ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin. “X1” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu; 2-1(112)-2335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-904/2023 saylı xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı və digər sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra iddiaçı ona 50 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən təyin edilərək hesablanması üçün Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, məhkəmənin 2-1(112)- 2335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-904/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2914/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəticədə iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra iddiaçı ona xx.xx.2010-cu il tarixdən pensiya təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanmasını cavabdeh orqandan xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdən pensiya təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə pensiyanın yenidən hesablanmasını istəyir. “X1” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “X1” Qanunun 27.1-ci maddəsində olmamış, xx.xx.2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 01.01. 2006-cı ildən xx.xx.2017-ci ilə qədər (təbii ki, həm də 01 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda x xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra xx.xx.2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya yuxarıda sadalanan məhkəmə qərarları əsasında xx.xx.2010-cu il tarixdən 50 yaşında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Həmin dövrün qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajının hər tam ilinin 170-ə vurulmaqla hesablanması qaydasını müəyyən etmişdir. İddiaçının iddia etdiyi xx.xx.2006cı il tarixədək olan ümumi iş stajının hər tam ilinin 306-ya vurulmaqla hesablanması qaydası isə qanunvericiliyə xx.xx.2017-ci il tarixdən etibarən qüvvəyə minən dəyişikliklə əlavə edilmişdir. Qanunun tələbinə əsasən pensiya hüququ xx.xx.2017-ci il tarixindən tarixdən sonra yaranmış şəxslərə münasibətdə həmin norma tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə pensiya təyin edildikdən sonra onun əmək pensiyası yenidən hesablanaraq, 574,07 manatdan 579.30 manata artırılmış və cavabdeh orqan tərəfindən keçmiş dövr üzrə ona ödənilməli olan 3153,67 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən pul vəsaiti hissə-hissə iddiaçının kartına köçürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. “X1” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minən) xx.xx.2017-ci il tarixli № 543-VQD nömrəli Qanunda qeyd edilmişdir ki, “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndində “X1” Qanunun üçüncü cümləsinin tətbiqi ilə bağlı Misal 45-də 2017-ci ilin martında, yəni 01 iyul 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxsə münasibətdə yeni normanın hansı qaydada tətbiq edilməsi izah edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-904/2023 saylı qərarı ilə əmək pensiyasının 15 yanvar 2010-cu il tarixdən təyin edildiyi üçün 2006-cı ilin yanvar ayının 1-dək olan dövrün ümumi iş stajının hər ili üçün 306 manat götürməklə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva