Məhkəmə qərarları › İş №2-1(118)-3934/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3934/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3934/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakı̇ mı̇ yyətinə qarşı "mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam qəbul edilməsi" tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakı̇ mı̇ yyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam qəbul ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil binanın 1-ci mərtəbəsində yerləşir və uzun illərdir ki, ticarət obyekti kimi fəaliyyət göstərir. Qeyd olunan mənzil əvvəllər onun anası X1 xüsusi mülkiyyətində olmuş, xx.xx.2022-ci ildə mənzil 1 saylı Sumqayıt Regional “Asan” xidmət mərkəzində bağışlanma müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Mənzilin bütün kommunal ödənişləri müvafiq texniki şərtlər və müqavilələr əsasında kommersiya obyektlərinə aid tariflərlə ödənilir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixli 161 saylı məktubu və razılaşdırılmış eskiz layihəsi ilə kommersiya məqsədi ilə istifadə etmək üçün mənzilin pəncərəsinin qapı ilə əvəz olunmasına, qarşı hissəsində şüşə vitraj quraşdırılmasına və həyət hissəsində köməkçi sahənin artırılmasına razılıq verilmişdir. Hazırda mənzili yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirdərək qeyri-yaşayış sahəsi kimi hüquqmüəyyənedici sənədlər almaq istədiyini qeyd etmişdir.Bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, qarşı tərəf əsassız və qanunsuz cavab göndərərək, qeyri-yaşayış sahəsinin qarşısındakı vitrajın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim olunduqdan sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anasının ağır xəstə olması, həmçinin ailə həyatı qurmağı ilə əlaqədar olaraq qayğılarının çoxluğu səbəbindən qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.2-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, istifadəsində olan qeyri-yaşayış sahəsinin qarşısındakı vitrajın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər təqdim olunduqdan sonra müraciətinə yenidən baxılacaqdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmamış, müraciətə baxılması üçün tələb edilən sənədlərin təqdim edildiyi təqdirdə baxılacağı barədə məlumat verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatı çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozuldması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının imtina məktubu qismində istinad etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmış, iddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilən nişan və toy mərasimlərinin fotoşəkillərindən görünür ki, həmin həmin mərasimlər xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş, iddiaçının anasının həkim müayinələri isə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə baş tutmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi müddətin ötürülməsinin əsasını təşkil edən hallar üzrlü hesab edildiyi təqdirdə belə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar