Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3945/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin Nərimanov rayon X6 Hissəsində böyük yanğınsöndürən işləmiş, daxili xidmət baş çavuşu İddiaçı əmək qabiliyyətinin itirilməsinə görə birdəfəlik müavinət formasında 30000 ( otuz min) manat və peşə xəstəliyi nəticəsində sağlamlığına görə aylıq əmək haqqı məbləğində müavinət təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin Nərimanov rayon X6 Hissəsində bövük yanğınsöndürən işləmişdir. Hərbi rütbəsi daxili xidmət baş çavuşudur. Xidmət etdiyi vaxtdan iş şəraiti zamanı yanğının söndürülməsi ilə əlaqədar ağır psixoloji sarsıntı keçirmişdir. Xidmətə qəbul edildiyi zaman və xidmət etdiyi müddət ərzində sağlamlığında hər hansı problem olmamış, xidmət etdiyi vaxtlarda da daim həkim müayinələrindən keçirilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə işlədiyi Cavabdeh X6 Xidmətinin Nərimanov rayon X6 Hissəsində işdə olduğu zaman qəflətən səhhəti pozulmuş və yerə yıxılmışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək "Kəskin beyin qan dövranı pozğunluğu" diaqnozu ilə X7 stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə tempraturu yüksək olduğundan ona "Covid 19’’ dizqnozu qoyulmuş və xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X4 stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək akademik M.A.Mirqasımov adma Respublika Kiniki Xəstəxanasında müalicədə olmuşdur. Bununla bağlı ona "Dağmlq skleroz" sağtərəfli hemiparez, ataksiya, yerişin və hərəkətin pozulması diaqnozu ilə Respublika Klinik Xəstəxanasında stasionar müalicə və müayinədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh Tibb Mərkəzində şəhadətləndirmə məqsədilə ambulator müayinədə olmuşdur. Xəstəliyi ilə əlaqədar xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasında tibbi şəhadətləndirməyə yönəldilmişdir. Həmin Komissiyanın xx.xx.2022-ci il tarixli rəyinə əsasən ona dağınıq skleroz, funksiyaların (yerişin və nitqin, kişik çanaq orqanlarının funksiyalarının pozulması, mühüm dərəcədə pozulması ilə.) OU-Görmə sinirinin hissəvi atrofiyası nəticəsində görmə itiliyinin 0.1- ə qədər azalması, korreksiya ilə 0. olmaqla. Xəstəlikdir, xidmət dövründə alınmışdır. XHEK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə yararlılıq haqqında qəran. Xəstəliklər cədvəlinin 22a, 30 B, 35 b maddəsinin 3-cü qrafasma əsasən "Həm dinc, həm də müharibə dövründə hər xidmətə yararsız" olmağı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2008-ci il tarixli 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edimiş "Hərbi Həkim Ekspert haqqında Əsasnamənin 5.6- cı maddəsinə əsasən şəxsi heyətin siyahısından çıxarılanadək hərbi xidmət vəzifələrinin icrasından azad edilmişdir. Ekspert Komissiyasının rəyi ilə onun sağlamlığında, yaranmış xəstəliklərin "Xəstəlikdir, xidmət dövründə alınmışdır" müəyyən edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən ona xidmət zamanı sağlamlığının pozulması ilə əlaqədar hər hansı məbləğdə kompensasiya ödənilməmiş, sağlamlığında yaranmış problemnlərin aradan qaldırılması üçün hər hansı maddi dəstək göstərilməmişdir. Eyni zamanda, həm müharibə dövründə, həm də dinc zamanı hərbi xidmətə yararsız hesab edildiyindən, əmək qabiliyyətini faktiki olaraq itimişdir. Xəstəliklərin yaranma səbəbi isə uzun müddət ağır psixoloji gərginikdə işləməyidir. İş prosesi zamanı mənəvi cəhətdən mənfi təsir göstərən hadisələrlə üzləşməyi olmuşdur. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya edilsin ki, əldə etmədiyi nəticəyə uyğun olaraq iddianın uğurluluq ehtimalı baxımından cavab verməli orqana qanunvericilikdə nəzərdə tutulmuş tələblərlə müraciət etməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3945/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3945/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver