Məhkəmə qərarları › İş №2-1(118)-395/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-395/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-395/2024 18.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı5 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə ərizə təqdim edərək, “Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-395/2024 saylı Qərardadı ilə X38, X44 (adi cəlbetmə) və Quliyeva İlhamə Tofiq qızı zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-395/2024 saylı Qərardadı ilə X29 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən binada yaşayırlar. Yaşadıqları binanın qarşısında yerləşən parkda cavabdeh qeyri-qanuni tikinti işləri aparır. Həmin park binada yaşayan qocaların uşaqların istirahəti üçün nəzərdə tutulmuşdur. Lakin cavabdeh xəbərdarlıqlara əhəmiyyət vermədən orada tikinti işləri aparır. Mənzillərdən istifadə etməyə maneçiliklər yaradılır. Quliyeva İlhamə Tofiq qızı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-ci il tarixli, 2(85)-1033/3012-in saylı qərarı ilə iddia təmin edilmişdir. İlhamə Quliyeva Məhkəmənin qərarı əsasında Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən 45 nömrəli, 01 avqust 2012- cil tarixli sərəncamla Abşeron rayonu, Xırdalan şəhəri 30-cu məhəlləə yerləşən 156 kvadrat sahəsi olan torpaq sahəsi satılmış daha sonra isə həmin sənədlər əsasında göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ İlhamə Quliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra isə iddiaçılar və digər qonşular Sumqayıt İnzibati- İqtisad Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və işə iştirakları ilə baxılmasını xahiş etmişdirlər. Ərizələri Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, məhkəmənin 29 iyun 2012-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçılar işə üçüncü şəxslər kimi işə cəlb edilmişdir. Daha sonra isə məhkəmənin 13 noyabr 2019-cu il tarixli qərardadı ilə X38 üçüncü şəxs kimi cəlb edilmişdir. Onun cəlb edilməsinin səbəbi isə İlhamə Quliyevanın torpaq sahəsinin bir hissəsini Elkin Məmmədova satması olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı qərarı ilə İlhamə Quliyevanın iddiası rədd edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İlhamə Quliyeva Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin hazırda ləğv edilmiş 29 iyun 2012-ci il tarixli qərarı əsasında mülkiyyət hüququnu qeydə aldırdığı 0.0156 ha torpaq sahəsini X6, sonuncu çıxarış (reyestr nömrəsi: **********60) əsasında 0.0156 ha sahəsi olan torpaq sahəsini X9, X25 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********60 nömrəsi ilə qeydə alınmış, sonuncu isə həmin torpaq sahəsini X3. İddiaçılar Abşeron rayonu Xırdalan bələdiyyəsinə həmin qərarın ləğv edilməsi üçün müraciət etmişdir. Lakin Xırdalan bələdiyyəsi ərizəni təmin etməmişdir. Heç bir mötəbər əsas gətirmədən ərizənin təmin edilməsindən imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X29 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X25 nümayəndəsi X45 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Quliyeva İlhamə Tofiq qızının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddia tələbinə qarşı münasibət bildirilməmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, İddiaçı1 və digərləri iddia ərizəsində yaşadıqları, yəni ünvan 1 ünvanının qarşısında yerləşən parkda cavabdeh tərəfindən qeyri-qanuni tikinti işlərinin aparıldığını, həmin parkın binada yaşayan yaşlıların, uşaqların istirahəti üçün nəzərdə tutulduğunu, lakin cavabdeh tərəfin onların xəbərdarlıqlarına baxmayaraq orada tikinti işlərini apardığını qeyd etmişlər. Bildirmişlər ki, Quliyeva İlhamə Tofiq qızı cavabdeh Abşeron rayonunun Xırdalan Bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30-cu məhəllədə yerləşən 250 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Sumqayıt İnzibati Məhkəməsindən (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin qərarına əsasən Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızma 0,0156 ha torpaq sahəsi satılmış, həmin sənədlər əsasında çıxarış alınmışdır. Daha sonra onlar Sumqayıt İnzibati Məhkəməsinə (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) müraciət edərk həmin qərarın ləğv edilməsini və işə onların iştirakilə baxılmasını xahiş etmişlər. Onların ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, Məhkəmənin xx.xx.2012ci İl tarixli qərarı ləğv edilmiş və üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Daha sonra Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X38 üçüncü şəxs kimi işə cəlb edilmişdir. X19 məhkəmə işinə cəlb edilməsinə səbəb, sözügedən torpaq sahəsinin bir hissəsinin Quliyeva İlhamə Tofiq qızı tərəfindən ona satılması olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 1(085)-1553/2019 nömrəli qərarı ilə Quliyeva İlhamə Tofiq qızının iddiası rədd edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Quliyeva İlhamə Tofiq qızı Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) hazırda ləğv edilmiş xx.xx.2012-ci il tarixli qərarı əsasında mülkiyyət hüququnu qeydə aldırdığı 0,0156 ha torpaq sahəsini X7, sonuncu çıxarış (reyestr nömrəsi: **********60) əasında həmin torpaq sahəsini X9 və mülkiyyət hüququ sonuncunun adına **********60 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış, daha sonra həmin torpaq sahəsinin X1 bildirmişlər. Ona görə də Abşeron rayonunun Xırdalan Bələdiyyəsinin qərarını qanunsuz hesab edirlər. Bildirirlər ki, ümumiyyətlə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi cavabdeh olaraq xüsusi mülkiyyətdə olan torpaq sahəsində heç bir tikinti işi aparmır. O cümlədən iddiaçılar İddiaçı1 və digərlərinin iddiası tamamilə əsassızdır. Ona görə ki, iddiaçı Quliyeva llhamə Tofiq qızı cavabdeh Abşeron rayonunun Xırdalan Bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 30-cu məhəllədə yerləşən 250 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Sumqayıt İnzibati Məhkəməsindən (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)- 1033/2012 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Daha sonra İddiaçı1 və digərlərinin vəsatəti əsasında Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2(85)- 1553/2019 nömrəli qərardadı ilə İddiaçı1 və digərlərinin vəsatəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Lakin Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilməmişdir. Onu da qeyd edirlər ki, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)-1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən müvcud qanunvericiliyə riayət olunmuş, aidiyyəti qurumlardan rəylər alınmış və alqı-satqı prosesi tam qanunauyğu həyata keçirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci abzasına əsasən torpaq bazarında qiymətlər əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Həmin Qanunun 16-cı maddəsinin 3-cü abzasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi İlə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24~cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçıların iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Quliyeva İlhamə Tofiq qızının iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, zəruri cəlbetmə qaydasında prosesin iştirakçısına çevrilmiş üçüncü şəxslər mövqelərinin adi cəlb etmə qaydasında cəlb edilmiş üçüncü şəxslərə nisbətən daha güclü olması ilə fərqlənirlər. Adi cəlbetmə qaydasında cəlb edilmiş şəxslər ancaq qaldırılmış iddia çərçivəsində özlərinin lehinə və ya əleyhinə ərizə və vəsatətlərini irəli sürə bildikləri halda, zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslərə əsas iştrakçıların irəli sürdükləri iddiadan tamamilə fərqlənən tələblərlə çıxış edə bilərlər. Bununla bağlı qeyd etmək lazımdır ki, zəruri cəlbetmə adi cəlbetmədən fərqli olaraq üçüncü şəxslərin prosesin əsas iştirakçılarının mövqeyi ilə müqayisədə eyni həcimli mövqedə dayandıqlarını təsbit edir. Həmin iddia ərizəsi ilə tanış olarkən iddianın qanunsuz, əsassız və mümkünsüz olduğunu müəyyən etmişdir. Belə ki, mübahisəli 156 kv.metr torpaq sahəsi 30 il ərzində mərhum atasının istifadəsində olmuş və təqdim etdiyi ərizə əsasında Xırdalan Bələdiyyəsinin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarı əsasında fərdi yaşayış evi tikintisi məqsədi ilə satılmışdır. Həmin 156 kv.metr torpaq sahəsinin alqı-satqısına dair Xırdalan Bələdiyyəsi ilə aralarında AKT bağlanmış, tərəfindən Bələdiyyənin bank hesabına 546 manat vəsait ödənilmiş və həmin AKT Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində xx.xx.2015-ci il tarixdə "68/15" nömrə ilə qeydiyyata alınmışdır(torpaq sahəsinin istifadədə olmasını subut edən foto şəkil, Bələdiyyə qərarının və alqı-satqı aktının surətləri əlavə edilir). Bundan sonra, həmin 156 kv.metr torpaq sahəsinin sənədlərini təqdim edib "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən Seriya RX , ******* nömrəli Çıxarış almışdır(çıxarışın surəti əlavə edilir). Sonda isə, 05.10.201 8-ci il tarixdə mülkiyyətində olan 156 kv.metr torpaq sahəsini notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsinə əsasən X4 (alqı-satqı müqaviləsinin surəti əlavə edilir). Xırdalan Bələdiyyəsi ilə aralarında olan məhkəmə mübahisəsi 250 kv.metr torpaq sahəsi barədə olmuş və həmin qərarın icra olunması barədə icra sənədi heç-bir zaman verilməmiş, buna görə də həmin işə baxan birinci instansiya məhkəməsi 2019-cu il tarixdə qərarının icra olunmadığını görmüş və buna görə də, qərarı ləğv edib iddianı da rədd etmişdir. Digər tərəfdən, bu iş üzrə iddiaçılar həmin ərazini ümumən zəbt etmək istəyirlər. Onların hamısının həmin ərazidə obyektləri və torpaqları vardır. Məsələn İddiaçı5 həmin ərazidə torpaq sahəsini zəbt edib və satıb, orada inşa olunan qeyriqanuni xeyir-şər evinə bugün də şərikdir. İddiaçılar qeyri-yaşayış sahəsini (xeyr- şər evinin) gündəlik icarəyə verib pullarını bölürlər. Mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə stol-stul düzərək şər mərasimi təşkil edirlər. Digər İddiaçı4 tofıq oğlu mərhum anasının yas mərasimini şəxsən həmin ərazidə təşkil etmişdir. Digər tərəfdən, İddiaçı4 həmin yaşayış binasının mühafizə zolağında 80 kv.metrlik balkon tikib evinə qatıb, iki maşınlıq qaraj tikdirib və maşın yuma adı altında qeyri-yaşayış binası inşa etdirmişdir. Ona qarşı haqsızlıqların başında İddiaçı4 dayanıb. Ona məxsus torpaq sahəsini qonşu Ədilə xanımın mərhum ərinə 13 il bundan qabaq satmışdır. Hələ atasının sağlığında Bağı ilə atasının mübahisəsinə Abşeron polisində baxılmış və bu mübahisəni dayandırmağı barədə Bağı xəbərdarlıq almışdır (Abşeron rayon Polisinin məktubunun surəti əlavə edilir), lakin bugünədək çirkin əməllərindən əl çəkməmişdir. Həmçinin də, İddiaçı4, İddiaçı5 və digərləri(cəmi 6 nəfər) eyni iddia tələbi ilə Abşeron məhkəməsinə müraciət etmişlər və Abşeron rayon Məhkəməsinin (hakim Cəmilə xanım Səfıyeva) 16 iyun 2021-ci il tarixli 2(012)-3933/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı4, X8, X10, X13, X2 və İddiaçı5 cavabdehlər Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə, Quliyeva İlhamə Tofiq qızına və X24 qarşı “Torpaq sahəsinə dair Qərarın, Alqı-satqı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan apellyasiya şikayəti vermişlər, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Onu da qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. Çünki, həmin 156 kv.metr torpaq sahəsi yaşadıqları 11 nömrəli binanın mühafizə zolağından xeyli kənardadır. Həmçinin də, Xırdalan Bələdiyyəsi ilə aralarında olan sözügedən qərar ərizə əsasında ayrılmış və qanuni olmuşdur. Məhkəmə qərarına (2012-ci il tarixli) əsasən ayrılması nəzərdə tutulan 250 kv.metr torpaq sahəsi bu günədək ayrılmamış və iddiaçılar tərəfindən zəbt olunmuş, oturacaqlar qoyulmuş və mərasim evinə yığışanlar orda istirahət edirlər. Həmin 250 kv.metr torpaq sahəsi heç vaxt adına sənədləşməmişdir. Əlavə olunmuş fotoşəkillərdən də görünür ki, mülkiyyətində olmuş 156 kv.metr torpaq sahəsində dəmir qaraj olmuş, torpaq sahəsinin kənarları yüngül konstruksiya ilə bağlanmış və uzun illər (40 il) istifadəsində olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən hal-hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Çünki, iddiaçıların iddia tələbi əsassızdır, onların heç birinin mübahisə predmeti üzrə subyektiv hüquqları yoxdur, digər tərəfdən iddia müddəti tədbiq olunmalıdır. Yəni, mübahisə predmeti üzrə iddiaçıların subyektiv hüquqlarının olmamaları və iddia müddəti ötürüldüyü üçün iddia tələbi mümkün hesab edilməməlidir. Üçüncü şəxs X25 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. Çünki, həmin 156 kv.metr torpaq sahəsi yaşadıqları 11 nömrəli binanın mühafizə zolağından xeyli kənardadır. Həmçinin də, cavabdeh Xırdalan Bələdiyyəsi ilə 3-cü şəxs Quliyeva İlhamənin arasında olan məhkəmə mübahisəsi 250 kv.metr torpaq sahəsi barədə olmuş və həmin qərarın icra olunması barədə icra sənədi heç-bir zaman verilməmiş və qərar icra olunmamışdır. Buna görə də həmin işə baxan birinci instansiya məhkəməsi 2019-cu il tarixdə qərarının icra olunmadığını görmüş və buna görə də, 2012-ci il tarixli qərarı ləğv edərək iddianı da rədd etmişdir. Bu iş üzrə iddiaçılar mübahisəli Xırdalan Bələdiyyəsinin qərarı barədə 2019-cu il tarixdən məlumatlı olmuşlar və 4 ildən sonra mübahisələndirmişlər. Bununla da iddiaçılar iddia müddətini ötürmüşlər) bax. A R İ. İ. H. Qanun maddə 68.4). Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən hal-hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Çünki, iddiaçıların iddia tələbi əsassızdır, onların heç birinin mübahisə predmeti üzrə subyektiv hüquqları yoxdur, digər tərəfdən iddia müddəti tədbiq olunmalıdır. Yəni, mübahisə predmeti üzrə iddiaçıların subyektiv hüquqlarının olmamaları və iddia müddəti ötürüldüyü üçün iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə hər iki hal barədə araşdırma aparmalı və iddia tələbinin mümkünsüz hesab olunması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 68.4-cü maddəsində qeyd olunmuşdur ki, Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Üçüncü şəxs X19 iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı4, İddiaçı5 və digərləri(cəmi 6 nəfər) oxşar iddia tələbi ilə Abşeron məhkəməsinə müraciət etmişlər və Abşeron rayon Məhkəməsinin (hakim Cəmilə xanım Səfiyeva) 16 iyun 2021ci il tarixli 2(012)-3933/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı4, X8, X10, X13, X2 və İddiaçı5 cavabdehlər Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə, Quliyeva İlhamə Tofiq qızına və X24 qarşı "Torpaq sahəsinə dair Qərarın, Alqı-satqı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi geri qaytarılmışdır. Bu qərardaddan apellyasiya şikayəti vermişlər, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair heç-bir subyektiv hüquqları yoxdur. Çünki, həmin 156 kv.metr torpaq sahəsi yaşadıqları 11 nömrəli binanın mühafizə zolağından xeyli kənardadır. Həmçinin də, cavabdeh Xırdalan Bələdiyyəsi ilə 3-cü şəxs Quliyeva İlhamə və onun arasında olan məhkəmə mübahisəsi 250 kv.metr torpaq sahəsi barədə olmuş və həmin qərarın icra olunması barədə icra sənədi heç-bir zaman verilməmiş və qərar icra olunmamışdır. Buna görə də həmin işə baxan birinci instansiya məhkəməsi 2019- cu il tarixdə qərarının icra olunmadığını görmüş və buna görə də, 2012-ci il tarixli qərarı ləğv edərək iddianı da rədd etmişdir. Bu iş üzrə iddiaçılar mübahisəli Xırdalan Bələdiyyəsinin qərarı barədə 2019-cu il tarixdən məlumatlı olmuşlar və 4 ildən sonra mübahisələndirmişlər. Bununla da iddiaçılar iddia müddətini ötürmüşlər) bax. A R İ. İ. H. Qanun maddə 68.4). Hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən hal-hazırkı iddia tələbi mümkünsüz hesab edilməlidir. Çünki, iddiaçıların iddia tələbi əsassızdır, onların heç birinin mübahisə predmeti üzrə subyektiv hüquqları yoxdur, digər tərəfdən iddia müddəti tədbiq olunmalıdır. Yəni, mübahisə predmeti üzrə iddiaçıların subyektiv hüquqlarının olmamaları və iddia müddəti ötürüldüyü üçün iddia tələbi mümkün hesab edilməməlidir. İşə baxan Məhkəmə hər iki hal barədə araşdırma aparmalı və iddia tələbinin mümkünsüz hesab olunması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 68.4-cü maddəsində qeyd olunmuşdur ki, Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Üçüncü şəxs X29 əvvəlki məhkəmə iclasında iddiaya qarşı yazılı etiraz təqdim edəcəyini bildirsə də, etiraz təqdim edilməmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, qeyd etmişdir ki: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan Bələdiyyəsinə və 3-cü şəxslər Quliyeva İlhamə Tofiq qızına, X24 və X30 qarşı “qərarin ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işin məhkəmə iclası 01 avqust 2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Nəzərinizə çatdırıram ki, iş materiallarında olan başqa məhkəmə tərəfindən keçirilmiş 5754 saylı, 03 iyun 2019-cu il tarixli ekspert rəyində qeyd olunan 0.0298 ha torpaq sahəsinin mənim mülkiyyətimdə olan 0.0156 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, həmin 0.0298 ha torpaq sahəsi boşdur və iddiaçılar tərəfindən istifadə olunur. Sadəcə olaraq mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşən mərasim evinin sahibi bir qrup şəxs başına toplayaraq onun mülkiyyətinə göz dikib, əlindən almaq istəyirlər. Həmin şəxslərin çoxunun həmin ərazidə torpaqları olmuş, bəziləri satmış, bəziləri isə hələ də istifadə edirlər(məsələn: Guya ki, ərazi parkdır, halbuki, ərazinin bir tərəfi qanunsuz tikilmiş fərdi yaşayış evidir, ərazisi də 0.03 ha torpaq sahəsidir. Digər tərəfi iddiaçılara məxsus qanunsuz tikilmiş mərasim evidir, ərazisi də 0.04 ha torpaq sahəsidir. Ortasının bir kənarında onun mülkiyyətində olan 0.0156 ha qanuni torpaq sahəsidir. Onun sahəsinin üç tərəfi isə boşdur, bu boş ərazidə təxminən 0.035 ha torpaq sahəsindən ibarətdir. Yəni ekspert rəyində göstərilən həmin 0.0298 ha torpaq sahəsi boşdur və iddiaçılar tərəfindən hal-hazırda istifadə olunur. Həmin 0.0298 ha torpaq sahəsində bisetkalar quraşdırılıb yas mərasiminə toplaşanlar isti günlərdə orda oturullar. Heç bir bağdan söhbət gedə bilməz, bu halları müəyyən etmək üçün iş araşdırılmalı və iş üzrə ekspertiza keçirilməlidir. Həmin ərazidə heç bir dövlət orqanı hər hansısa bağ salınması barədə məktub verməmişdir. İş materiallarında olan yeganə məktub yerli icra hakimiyəli tərəfindən 2018-ci il tarixli məktubdur ki, sakinlərə verilmiş, həmin məktubda söhbət 11-ci binanın mühafizə zolağından gedir və ölçüsünə dair heç bir göstərişdə yoxdur. Həmin məktub tərəfimdən mübahisələndirilmişdir və bu barədə məhkəməyə əlavə məlumat veriləcəkdir. Xahiş edir ki, İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan Bələdiyyəsinə və 3-cü şəxslər: Quliyeva İlhamə Tofiq qızına, X24 və X30 qarşı “qərarın ləğv edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi”nə dair 2-1(118)-395/2024 saylı inzibati iş üzrə torpaqşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edəsəniz(Sual: 1. Mübahisəli 0.0156 ha torpaq sahəsi iddiaçıların yaşadıqları Xırdalan şəhəri, 30 məh., 11 saylı binanın mühafizə zonasında yerləşirmi?. Sual: 2. Mübahisəli 0.0156 ha torpaq sahəsinin qonşuluğunda (sağ və sol tərəfində) yerləşən iddiaçılara məxsus mərasim evi və fərdi yaşayış evi Xırdalan şəhəri, 30 məh., 11 saylı binanın mühafizə zonasında yerləşirmi?).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 2(85)-1033/2012 saylı, 29 iyun 2012-ci il tarixli qərarı; AN-İN ******* saylı, xx.xx.2018-ci il tarixli alqı-satq müqaviləsi; ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış; notarial qaydada təsdiq edilmiş razılıq ərizələri; Abşeron rayon Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış; 02 avqust 2012-ci il tarixli, 45 saylı Abşeron rayon Xırdalan bələdiyyəsinin sərəncamı; Abşeron rayon, Xırdalan bələdiyyəsinin 01 avqust 2012-ci il tarixli 08 saylı qərarından çıxarış; 23 yanvar 2013-cü il tarixli, 68/15 nömrəli torpaqların alqı-satqı aktı; AN 313627 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü”; 2(012)-5916/2018 saylı, xx.xx.2018-ci il tarixli Abşeron Rayon Məhkəməsinin Qətnaməsi və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazır ki iş üzrə iddiaçıların mübahisələndirdiyi Sumqayıt bələdiyyəsi tərəfindən qəbul edilmiş qərardan, məhkəmə sorğusu əsasında sənədlər məhkəməyə təqdim edildikdən sonra məlumatı olmuşdur. Göründüyü kimi iddiaçılar hal-hazırda mübahisələndirdikləri qərarı rəsmi qaydada əldə edə bilməmişdir. Bununla da hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki iş materilları ilə müəyyən olunur ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən binada yaşayırlar. Hərbirinin mülkiyyət sənədləri iş materiallarına əlavə edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012-in saylı 29 iyun 2012-cü il tarixli Qərarına əsasən, Quliyeva İlhamə Tofiq qızının uzun müddət istifadəsində olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2012-ci il tarixli, 054 saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikintisinə icazə verilmiş və Abşeron rayon, Xırdalan şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 250 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılması öhdəliyi Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmuşdur. İş materillarında olan Abşeron rayon Xırdalan bələdiyyə Başçısının 02 avqust 2012-ci il tarixli 45 saylı Sərəncamından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2012-cil tarixli, 2(85)-1033/2012 saylı qətnaməsinin icra olunması məqsədilə bələdiyyənin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarına əsasən Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən, üzərində fərdi yaşayış evi tikiləcək 156 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılmasına dair protokoldan çıxarış verilmişdir. Həmin protokol qərar ilə Quliyeva İlhamə Tofiq qızına 156 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019cu il tarixli Qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012-in saylı 29 iyun 2012-cü il tarixli Qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair inzibati iş üzrə X27, X5, İddiaçı1, Əşrəfov Xanımzər israfil qızı, X14, X39, İddiaçı2, ilyasova Səfıyyət Məhəmmədrəsul qızı, X20, X16, X31, X32, X40, X47, X41, X21, X22, İddiaçı4, X48, X28, X33, X34, X52, X15, X53, X17 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılmasına” dair iddia tələbi təmin edilməmişdir. İddiaçılar hazırda Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsini istəyir. Cavabdeh orqan imtinanın əsası olaraq, Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncam ləğv edilmədiyini, Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi) xx.xx.2012-ci il tarixli, 2(85)- 1033/2012 nömrəli qərarı ilə Abşeron rayonunun Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamla Quliyeva İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsi satılarkən müvcud qanunvericiliyə riayət olunmuş, aidiyyəti qurumlardan rəylər alınmış və alqı-satqı prosesi tam qanunauyğun həyata keçirildiyini qeyd etmişdir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə ləğv edilmiş - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012-in saylı 29 iyun 2012-cü il tarixli Qərarı əsasında qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2012-cil tarixli, 2(85)- 1033/2012 saylı qərarının icra olunması məqsədilə bələdiyyənin 01 avqust 2012-ci il tarixli iclasının 08 saylı Qərarına əsasən Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən, üzərində fərdi yaşayış evi tikiləcək 156 kv.m torpaq sahəsinin Quliyeva İlhamə Tofiq qızına satılmasına dair protokoldan çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılmasına dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarında aşağıdakılar qeyd edilmişdir: “Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 16 yanvar 2012-ci il tarixli, 054 saylı Sərəncamı ilə iddiaçıya Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,025 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında bir mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı torpaq sahəsinin ona satılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə bina sakinləri üçün istirahət guşəsi yaradılmışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin izahatlarından, iş materiallarında olan fotoşəkillərdən və Abşeron Rayon İcra Hakimiyyətinin 19 dekabr 2018-ci il tarixli 2581 saylı məktubundan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi, onun ətrafında yerləşən binaların sakinləri üçün nəzərdə tutulmuş istirahət guşəsi olmaqla bina sakinlərinin ümumi istifadəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.” Məhkəmə həmçinin qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarı mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1553/2019 saylı Qərarı preyudisial əhəmiyyət daşıyır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)- 1553/2019 saylı Qərarı ilə iddiaçı Quliyeva İlhamə Tofiq qızının cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 250 kv.metr torpaq sahəsinin iddiaçıya satılmasına dair iddiası təmin edilmədiyinə görə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardadı ilə ləğv edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1033/2012-in saylı 29 iyun 2012-cü il tarixli Qərarı əsasında verilmiş Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarıda bələdiyyə tərəfindən ləğv edilməli idi. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 68.2.3-ci maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda qanuni inzibati akt ləğv edilə bilər. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt məhkəmə qərarı əsasında qəbul edildiyi üçün qəbul edildiyi dövrdə qanuni hesab edilir. Lakin həmin məhkəmə qərarı ləğv edildiyi və məhkəmə qərarları ilə hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün əsasların qanuni olmadığı müəyyən edildiyinə görə, hazırkı iş üzrə iddiaçıların müraciəti zamanı cavabdeh inzibati orqan İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 68.2.3-ci maddəsini əsas götürərək Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarını ləğv etməli idi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 02 avqust 2012-ci il tarixli qərar iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsinin sözügedən qərarı vətəndaşların hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Azərbaycan Respublikası “İnzibati İcraat Haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu X11 İlhamə Tofiq qızına 0,0156 ha torpaq sahəsinin satılması barədə 02 avqust 2012-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar