Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3960/2025 23.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zəfəran sovxozunda yerləşən, iddiaçının istifadəsində olan, mərhum atasına məxsus olmuş 0,1120 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X1 rayonu Zəfəran sovxozunda işləyərkən fərdi ev tikmək məqsədi ilə torpaq ayrılması üçün Sovxoz rəhbərliyinə müraciət etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-cı il tarixli, 263 nömrəli qərarı ilə Maştağa Zəfəran sovxozunun fəhlə və qulluqçularına , o cümlədən, X3 fərdi ev tikmək üçün 0,12 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Müvafiq olaraq, Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin 03 oktyabr 1988-ci il tarixli, 08 saylı birgə qərarı ilə 58 nəfərə, o cümlədən, iddiaçının atası Telman Hüseynova torpaq sahəsi ayrılmışdır. Həmin faktlar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş f-795 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışında öz əksini tapmış və X2 adının həmin siyahıda qeyd olunması göstərilmişdir (arayış əlavə olunur). Memarlıq Şöbəsindən verilmiş cizgini əlavə etməklə ayrılmış torpaq sahəsinin ümumi görünüşü, yeri və kordinatları məhkəmənin diqqətinə çatdırılır. (cizgi əlavə olunur). Yuxarıda göstərilən qərara uyğun olaraq ərazidə müəyyən tikinti işləri aparmışdır. Ötən müddət ərzində həmin torpaq sahəsi və üzərindəki tikili daim iddiaçının ailəsinin istifadəsində olmuşdur. İddiaçının atası X5 xx.xx.2021-ci ildə vəfat etmiş, 6 saylı notariat ofisində iddiaçının adına vərəsəlik açılmışdır. Yerində yoxlama zamanı məlum olmuşdur ki, ayrılan sahə ilə faktiki istifadədə olan sahə arasında azacıq uyğunsuzluq vardır. Belə ki, ayrılan sahənin 0,0080 kv.m iddiaçının istifadəsində olmadığı məlum olmuşdur. İddiaçının atası, notarial qaydada həmin ərazidən imtina etmişdir. Göstərilən xüsusatlara əsasən hesab edilir ki, qanunun tələb etdiyi bütün sənədlər qaydasında olduğu üçün iddiaçıya məxsus olan torpaq sahəsinə olan mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalı və iddiaçıya müvafiq çıxarış verilməlidir. İddiaçı göstərilənlərə əsaslanaraq, ona məxsus olan torpaq sahəsinə olan mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Həmin idarədən ona verilən xx.xx.2021 -ci il tarixli cavab məktubunda qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən həmin torpaq sahəsinin bir hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmək məqsədəmüvafiqdir. Göstərilən tövsiyəni nəzərə alaraq iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin torpağa Çıxarış verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 4 saylı Abşeron Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli cavabla iddiaçının qanuni tələbinə imtina məktubu verilmişdir. İddiaçı qeyd edir ki, imtina tamamilə əsassızdır və şablon cavablardan biri kimi iddiaçıya ünvanlanmışdır. Belə ki, imtinanın əsasında iki məsələ dayanır: sözügedən torpaq sahəsinin ayrılması barədə qərarın, ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması əsassız və qərəzli arqumentdir. Çünki, arxiv çıxarışı ərizəyə əlavə edilmiş, çıxarışda torpaq ayrılmasına dair Abşeron Rayon Xalq Deputatları Sovetinin 204 saylı, 26 noyabr 1988-ci il tarixli qərarına, qərarda isə Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-cı il tarixli. 263 nömrəli qərarına istinad edilmişdir. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir;-əvvəla, qeyd edildiyi kimi, torpağın bir hissəsinin zolağa düşdüyü aşkar edilmişdir. Zolağa düşməyən hissəyə sənəd veriməsinə maneə olmadığı halda, imtina bütün sahəyə verilmişdir;-ikincisi, 6 kvt xəttin mühafizə zolağı, xəttin izolyasiya keyfiyyəti, istifadə məhdudiyyətinin hədləri mütəxəssislər tərəfindən müəyyən edilməli olduğu halda, cavabdeh (mühəndis) vizual görüntüyə əsaslanıb imtina vermişdir. Bundan başqa, həmin qərarın 2-ci bəndində fərdi evin tikintisinə icazə verilmişdir. İddiaçıya verilən imtina onun sərəncamdan irəli gələn hüquq və vəzifələrimi pozur. İddiaçı bildirir ki, onun müraciəti Sabunçu rayonu, Mağtağa qəsəbəsi, Zəfəran sovxozu ərazisinə dair olsa da, cavabdehin imtina məktubunda Abşeron rayonu, Masazır kəndində olan hansısa torpaq sahəsindən bəhs edilir. İlk baxışda texniki yanlışlıq kimi görünən bu səhv, cavabdehin iddiaçının müracinə səhlənkar, qeyri-peşəkar və başdansovdu baxmasının aşkar göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 439 saylı Sərəncamına əsasən həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmalı və DƏDRX-də qeydiyyata alınmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, çizgi-plan, çizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “torpaq sahəsinin yerquruluşu planı” adlanır. Yerquruluşu işləri ƏMDX həyata keçirir və tələbdə qeyd olunanlar müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Əlavə olaraq iddiaçının iddia etdiyi yerləşmə sxeminin (yerquruluşu planından çıxarış) hazırlanması üçün Rayon İcra Hakimiyyətində texniki vasitələr, bu sahə üzrə mütəxəssis və torpaqların elektron kadastr bazası mövcud deyildir. Eyni zamanda Abşeron rayon XDS İK və eləcə də Abşeron rayonunun idarəçiliyində olan keçmiş sovxozlar tərəfindən verilmiş əmr, qərar və sərəncamlarla Bakı şəhərinin inzibati ərazisində yerləşməklə Abşeron rayonunun idarəçiliyində olan sovxozlara məxsus torpaq sahələrindən həmin sovxozlarda çalışan şəxslərə fərdi yaşayış evlərinin tiklintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerləşdiyi ərazilər, eləcə də iddia tələbində qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X11 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-10658/2025 nömrəli məktubda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, keçmiş X9 hüdudları daxilində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X11 "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3970/2025 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim olunmuş koordinatlarda qeyd edilən torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi vahidliyində yerləşir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdeh X2nə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3960/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3960/2025
23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver