Məhkəmə qərarları › İş №2-1(118)-3963/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3963/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3963/2025 29.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, övladları İddiaçı təvəllüdünün “xx.xx.2010-cu il”dən “xx.xx.2007-ci il”ə dəyişiklik edilməsi barədə qərar çıxarılmasını və bu öhdəliyin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların əsl İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında şəhadətnamədə İddiaçı təvəllüdü xx.xx.2007-ci il əvəzinə səhvən xx.xx.2010-cu il yazılmışdır. AZ-İİ № 463716 saylı, 01 iyun 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.2010-cu il yazılmışdır. Onun atası Qanuni nümayəndə1, anası isə Qanuni nümayəndə2dır. AZ-İ № 460680 saylı, 25 dekabr 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Qanuni nümayəndə1 və X8 rəsmi nikaha daxil olmuş və bu nikah 20 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İndiyədək İddiaçı doğum haqqında şəhadətnaməsində onun doğum tarixinin xx.xx.2007-ci il əvəzinə, xx.xx.2010-cu il yazılması diqqətini cəlb etməyib. xx.xx.2007-cü ildə İddiaçı 17 yaşı tamam olanda şəkilli şəxsiyyət vəsiqəsi lazım olacaq. Vətəndaşın 18 yaşı tamam olduqda ona şəkilli şəxsiyyət vəsiqəsi verilir və hərbi xidmətə göndərilir. İddiaçı həqiqətən də xx.xx.2007-ci il təvəllüdlüdür, buna dair çoxsaylı şahidləri və həmçinin sənədləri vardır. X1 AZ-İİİ № 985500 nömrəli, xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 10 dekabr 2010-cu il təvəllüdlüdür. Bu sənədlərdən görünür ki, guya 2010-cu ilin martın 02-sində bir övladı, həmin ilin 10 dekabrında isə digər övladə dünyaya gəlmişdir. Lakin həqiqətdə belə olmamışdır. Aydındır ki, eyni nikahdan 2010-cu ilin mart və dekabr aylarında uşaqların doğulması rast gəlinməyən hadisədir. Odur ki, İddiaçı doğum tarixindəki yanlışlığın, yəni onun doğum günü, ayı və ilinin xx xxxx 2010-cu il deyil, 04 oktyabr 2007-ci il olmasını düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmiş və bildirilib ki, doğum tarixi bütün sənədlərdə xx.xx.2010-cu il kimi yazılmışdır və bu zaman texniki yanlışlığın olmasını onlar şifahi qaydada təsdiq etsələr də, rəsmi qaydada heç bir düzəliş etməmişlər.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “doğum tarixində dəyişiklik edilməsi ilə əlaqədar təsdiqedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti oranının müəyyən etdiyi orqanın (qurumun) akt qeydinə dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bildiririk ki, Şamaxı rayon Dağ Bağırlı KİN tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 11 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin “xx.xx.2010-cu il”dən “xx.xx.2007-ci il”ə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Cavabdeh Sizə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

8. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

12. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı doğum tarixi xx.xx.2010-cu il qeyd edilmişdir.

14. İddiaçıya məxsus AZ-İİ 463716 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuşdur.

15. AZ-İ 460580 nöməli nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə1 və X10 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.

16. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir.

17. X13 Təhsil idarəsi Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli məktubdan görünür ki, Şamaxı rayon Dağ-Bağırlı kənd sakini İddiaçı Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbindən 2020-2021-ci tədris ilində 5-ci sinifi bitirib, ailəsinin başqa yerə köçməsi ilə əlaqədar məktəb şagird kontingentiliyindən çıxarılıb, təhsilini davam etdirməmişdir.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətənaşlıq Vəziyyəti Aktlarının arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qüvvədə olan “Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturasına əsasən, doğumun qeydə alınmasına əsas olan tibbi şəhadətnamələrin, ərizə və ona əlavə edilən digər sənədlərin qeydiyyat şöbəsində saxlanma müddəti 1 (bir) ildir. Bununla yanaşı bildirilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına əsas olan ərizələr və sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının arxivində ümumiyyətlə mühafizə olunmur.

IV. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. IV. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının adına xx.xx.2010-cu il tarixli, 1 nömrəli doğum akt qeydi tərtib olunmuş və doğum tarixi xx.xx.2010-cu il kimi göstərilmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində də doğum tarixi “xx.xx.2010” qeyd olunmuşdur.

24. X13 Təhsil idarəsi Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli məktuba əsasən Şamaxı rayon Dağ-Bağırlı kənd sakini X2 rayon Dağ-Bağırlı kənd tam orta məktəbindən 2020-2021-ci tədris ilində 5-ci sinifi bitirib, ailəsinin başqa yerə köçməsi ilə əlaqədar məktəb şagird kontingentiliyindən çıxarılıb, təhsilini davam etdirməmişdir. Göründüyü kimi, iddiaçı şəxsiyyət vəsiqəsinə uyğun olaraq, 1-ci sinifə 2015-ci ildə, yəni 5 yaşı tamam olduğu ildə daxil olmuşdur.

25. Eyni zamanda, doğum haqqında akt qeydində düzəliş edilərək, “xx.xx.2007-ci il” tarixinin qeyd olunması şəxsin 18 yaşını tamamlamış olmasını özündə ehtiva edəcəkdir ki, bu da öz növbəsində qanunvericilikdə nəzərdə tutulan bir sıra hüquq və vəzifələrinin yaranması ilə nəticələnəcəkdir (nikah hüququ, seçki hüququ və s.).

26. Məhkəmənin qənaətinə görə, iddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırki məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz.

27. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. 28.Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı “təvəllüdünün “xx.xx.2010-cu il”dən “xx.xx.2007ci il”ə dəyişiklik edilməsi” tələbinə dair iddiası tələbinə dair iddiası rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

29. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X11-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar