Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-397/2020 06.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına (Azərbaycan Respublikası Dövlət X3 Sumqayıt şəhər şöbəsinə) qarşı “Təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh AR ƏƏSMN Dövlət X3 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması”nı inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına(Azərbaycan Respublikası Dövlət X3 Sumqayıt şəhər şöbəsinə) qarşı iddia qaldıraraq, pensiyanın yenidən hesablanması ziyan tələbini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(118)-397/2020 saylı qərardadı ilə iddia “ziyan tələbi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablandığını qeyd edərək aralarında hər hansı bir mübahisə qalmadığını və artıq iddiaya baxılmasına hər hansı bir zərurət olmadığını bildirdi. İddiaçı bildirdiki, pensiyanı indi yox o müraciət edən zaman yenidən heablamalı idilər. Ona görədə onun hüquqlarını pozublar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya 438,87 manat məbləğində yenidən pensiya hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iddianın “Təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh AR ƏƏSMN Dövlət X3 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması” barədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-397/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-397/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver