Məhkəmə qərarları › İş №2-1(118)-3982/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3982/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3982/2025 05.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Misirxanova Ayşən Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarış verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovzoxu ərazisində öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Zirə Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon RİH başçısının xx.xx.2011ci il tarixli, 2580 nömrəli sərəncamı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan 1,0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında ayrılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli, 200 nömrəli rəy verilmişdir. Həmin rəyə əsasən həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X7 fonduna aid olmaqla X3 Sovxozu ərazisində yerləşir, uqodiyasına görə yararsız kimi uçota alınmışdır. Həmin ərazidən iddiaçıya 99 il müddətinə 1,0 hektar icarə müqaviləsi yolu ilə torpaq verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi etiraz etməmişdir. X6 saxlanılmış torpaq sahəsindən torpaq sahəsi seçilməsi haqqında aktdan görünür ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X7 fonduna aid olmaqla X3 Sovxozu ərazisində yerləşir, uqodiyasına görə yararsız kimi uçota almmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Bunlara əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 99 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmasına komissiya etiraz etməmişdir. Abşeron RİH başçısı Zakir Fərəcovun iştirakı ilə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 2580 nömrəli müqaviləyə əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Dövlət Torpıq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan ayrılmış 1,0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. Abşeron RİH başçısı Zakir Fərəcovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 2105 nömrəli məktubdan göründüyü kimi Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan 1,0 hektar torpaq sahəsi 99 il müddətinə İcarə qaydasında ayrılmışdır. Torpaqdan müvəqqəti istifadə hüququna dair hüquqi sənəd olan dövlət reyestrindən çıxarış alınması üçün torpaqayırma sənədləri həmin quruma göndərilmişdir. Yuxarıda qeyd olunan sənədlər əsasında icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-17770/24 nömrəli cavab məktubunda bildirilir ki, aparılan araşdırma sahəsinin bir hissəsinin Bakı şəhərinin ərazi hüdudları daxilində yerləşdiyi aşkar edilınişdir. Bundan əaşqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (daşlıq) torpaqlara aid edildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saytı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixii,3 2/332/2-17770/24 nömrəli cavab məktubunu iddiaçı 17 dekabr 2024-cü il tarixdə İdarədən jurnala imza etməklə almışdır. Qeyd olunanlardan göründüyü kimi Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan 1,0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında ayrılmışdır. Abşeron RİH başçısı Zakir Fərəcovun iştirakı ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli, 2580 nömrəli müqaviləyə əsasən X3 Sovxozu ərazisindəki X6 saxlanılmış torpaqdan 1,0 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmçinin, X6 saxlanılmış torpaq sahəsindən torpaq sahəsi seçilməsi haqqında aktdan görünür ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X7 fonduna aid olmaqla X3 Sovxozu ərazisində yerləşir, uqodiyasına görə yararsız kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Bunlarla yanaşı Dövlət Torpaq və Xəritoçəkmə Komitəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan ayrılmış 1,0 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin kordinatları göstərilmişdir. xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə dair sənəd əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının icarə hüququnu dövlət reyestrində qeydə almaqla müvafiq çıxarış verməlidir. Bunlara əsasən iddiaçı belə qənaətə gəlib ki, Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 Sovxozu ərazisində X6 saxlanılmış torpaqdan 1,0 hektar torpaq sahəsinin 99 il müddətinə iddiaçının icarəsinə verilməsinə dair xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları dəqiq göstərilmişdir və həmin sənəd əsasında əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının icarə hüququnu dövlət reyestrində qeydə almaqla müvafiq çıxarış verməlidir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 148.2, 141.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 8.1.1, 33.1-ci maddələrinə əsaslanmışdır.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi və həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında öz səlahiyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamına əsasən Abşeron rayonu X3 sovxozunun ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır.

10. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli, 2580 nömrəli müvavilədən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçı arasında müqavilə bağlanmışdır.

11. Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Abşeron rayon ərazisində yerləşən Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində icarə yolu ilə 99 (doxsan doqquz) il müddətinə X1 təsərrüfatı məqsədi ilə 1,0 hektar torpaq sahəsi ayrılmışdır.

12. Abşeron rayonu Keçmış X3 Təsərrüfatının yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 1,0 ha torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyəti göstərilmişdir

13. A ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Abşeron Rayon İHB-nın xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı və xx.xx.2011-ci il tarixli, 2580 nömrəli icarə müqaviləsi əsasında 10000 m2 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə toroaq sahəsi ilə bağlı tərtib edilmişdir.

14. Azərbaycan Respublikası Dövlət Toraq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 200 nömrəli rəyində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə baxış keçirilərkən məlum omuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonunas təhkim edilmiş X7 Fonduna aid olmaqla X3 sovxozunun ərazisində yerləşir. Həmin ərazidən İddiaçı 99 il müddətinə 1.0 hektar icarə müqaviləsi yolu ilı torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.200-ci il tarixli, 42 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrini geri alınması Dövlət İctimai ehtiyaclar üçün ayrıması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları” ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılması və hüququn tam şəkildə rəsmiləşdirildiyi təqdirdə etiraz etmir.

15. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (daşlıq) torpaqlara aid edildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, X3 sovxozu ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində xx.xx.2005-ci il tarixdən 99 il müddətinə İddiaçı icarə hüquqları qeydə alınmışdır.

17. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 1,0 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Vətəndaşın istifadəsində olan torpaq sahəsi DT və XK koordinatlarına uyğun gəlir.

18. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin 0,63 ha hissəsi Bakı şəhərinə verilmiş torpaq sahəsinin hüdudları daxilində 0,37 ha torpaq sahəsi isə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla, keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun daxilində yerləşir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin 0,624 ha hissəsi Bakı şəhərinin inzibati ərazisinin,0,376 ha torpaq sahəsi isə Abşeron rayonunun inzibati ərazsinin hüdudları daxilində yerləşir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

21. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

30. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

31. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamına əsasən Abşeron rayonu X3 sovxozunun ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır. Daha sonra torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli, 2580 nömrəli müvavilə bağlanmışdır. Sözügedən torpaq sahəsinə dair A ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (daşlıq) torpaqlara aid edildiyi müəyyən edilmişdir.

32. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, məhkəmənin sorğularına cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin 0,63 ha hissəsi Bakı şəhərinə verilmiş torpaq sahəsinin hüdudları daxilində 0,37 ha torpaq sahəsi isə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla, keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun daxilində yerləşir və elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin 0,624 ha hissəsi Bakı şəhərinin inzibati ərazisinin,0,376 ha torpaq sahəsi isə Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir.

33. Göründüyü kimi torpaq sahəsinin bir hissəsi Abşeron rayonunun inzibati ərazisinin hüdudarında və Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində yerləşir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin bir hissəsinin Bakı şəhərinin inzibati ərazi hüdudları daxilində yerləşməsi əsası ilə iddiaçının icarə hüquqlarının qeydə alınmasından imtina etməsi əsassız olmuşdur.

34. Digər imtina əsası kimi sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (daşlıq) torpaqlara aid edildiyi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, X3 sovxozu ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində xx.xx.2005-ci il tarixdən 99 il müddətinə iddiaçının icarə hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı və icarə müqaviləsi əsasında iddiaçıya ayrılmış və onun üzərində iddiaçının icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

35. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

38. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Zirə Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2580 nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Zirə Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar