Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-399/2020 21.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 X8 Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********184486 saylı Qərarın ləğv edilməsi”-nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********184486 saylı Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçındə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli **********128541 saylı qərar qəbul etmiş, həmin qərarla sentyabr 2015-oktyabr 2017-ci il tarixə kimi olan dövrün növbədənkənar vergin yoxlamasının keçirilməsi rəsmiləşdirilmişdir. Həmin qərara əsasən cəmiyyətdə vergi qanunvericiliyinə düzgün əməl edildiyindən və vergidən yayınma faktı olmadığından xx.xx.2019-cu il tarixdə X3 tərəfindən telefonla zəng edilərək səyyar vergi yoxlaması qərarının ləğv edilməsi üçün məktubla müraciət edilməsi xahiş edilib və bu haqda iddiaçı məktub göndərmişdir, nəticədə xx.xx.2019-cu il tarixli **********970600 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi”nə dair Qərar qəbul edilmişdir. Qərarın ləğv edildiyi xx.xx.2019-cu il tarixə kimi vergilər departamenti tərəfindən müxtəlif vaxtlarda bir sıra qanunsuz qərarlar qəbul edilməklə yanaşı, cəmiyyətin normal fəaliyyət göstərməsinə maneçiliklər törətməklə bərabər, işçilərin işlə məşğul olmaları deyil, lazımsız cədvəllərin və arayışlann hazırlanmasına vaxt sərf etmələri baş tutmuşdur. Nəticədə yoxlamanın davam etdiyi 18 ay, bir il yarım müddətdə sərf edilmiş vaxt və tərtib edilmiş sənədlərin heç bir əhəmiyyət kəsb etmədiyi aşkar edilmişdir. Buna baxmayaraq və hər hansı vergi qanunvericiliyinin pozulması faktı olmadığı halda, 2 saylı X3 tərəfindən cəmiyyətdə yenidən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2019- cu il tarixli **********184486 saylı Qərar qəbul edilmiş, həmin qərarla yoxlanılan dövr, may 2016 - Aprel 2019 müəyyən edilmişdir. Göründüyü kimi 2 saylı X3 əvvəl qəbul etdiyi növbədənkənar səyyar vergi yoxlaması qərarının olmasına baxmayaraq 18 ay ərzində hər hansı bir vergi qanunvericiliyinin olmadığına görə heç bir rəsmiləşdirmə aparmayaraq, qərarın ləğv edilməsini xahiş etmişlər. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə departament tərəfindən cəmiyyətdə hər hansı bir vergi qanunvericiliyinin pozulması faktı olmadığı halda növbədənkənar səyyar vergi yoxlaması qərarı qəbul edilmişdir. Cəmiyyətin 2016-cı ildən hazırkı vaxta kimi hər hansı bir fəaliyyəti olmamışdır. Göründüyü kimi cəmiyyətin hər hansı bir fəaliyyəti olmadığı halda, 2015-2017- ci ilin fəaliyyətinin yoxlaması zamanı hər hansı bir vergi qanunvericiliyinin pozulması faktı olmadığından yoxlama qərarı icra edilməmiş, həmin qərar ləğv edilmiş, buna baxmayaraq 2 saylı X3 yenidən, fəaliyyət olmadığı halda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qərar qəbul etmişdir. Bu yoxlamada əvvəlki yoxlama kimi cəmiyyətdə əlavə lazımsız sənədlərin, arayışların tələb edilməsi ilə vaxt itgisi ilə yanaşı, səmərəsiz işlə nəticələndiyindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul edilmiş qərar əsasızdır, bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilmiş, məsuliyyətə çəlb etmə qərarı qəbul edilmişdir, həmin qərarı mübahisələndirmişlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdeh vergi orqanının xx.xx.2019-cu il tarixli **********184486 nömrəli qərarına əsasən xx xxx 2016-xx xxxxx 2019-cu il dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********184486 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY191325536 saylı çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-ci il tarixli **********1184644 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş, sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. Verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təh rif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Aşağıda qeyd olunan səbəblərdən cavabdeh 2 X8 Baş idarəsi iddia tələbini mümkünsüz hesab edir: İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən səyyar vergi yoxlaması aktı mübahisələndirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********184486 saylı Qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə səlahiyyətli vergi orqanına ünvanlanmaqla, sonuncuya vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı təklifləri ehtiva etmişdir. Başqa sözlə, mübahisələndirilən akt vergi hüquq pozuntusunun olub-olmaması faktının təsdiqi üçün tərtib olunan və vergi ödəyicisinin hüquqi məsuliyyətinin həllində əsas götürülə biləcək sübut növüdür. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından icra edilməyən, yaxud icrası mümkün olmayan aktlar inzibati akt hesab edilə bilməz. Vergi orqanının səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar tərtib etdiyi akt icra edilən akt deyil və sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə inzibati akt sayıla bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayıla və həmin iddiaya baxıla bilməz. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsinin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiyə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi qərardan sonra səyyar vergi yoxlaması keçirilmiş, müvafiq qərar qəbul edilmiş, iddiaçı həmin qərarı mübahisələndirmişdir, hal-hazırda həmin iş məhkəmənin icraatındadır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 X8 Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********184486 saylı Qərarın ləğv edilməsindən ibarətdir. Hansıkı həmin qərarla səyyar vergisi yoxlaması keçirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin yoxlama nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirirlmişdir. Bununla bağlı hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Ərazi Baş İdarəsinə qarşı “ “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197418 saylı qərarın və həmin qərara əsasən hesablanmış 74.089,75 manat vergi və 37.124,88 manat cərimə sanksiyasının ləğv edilməsi tələbinə” dair 2-1(118)-801/2020 saylı inzibati iş mövcuddur. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırkı iş üzrə mübahisələndirilən qərarla bağlı yoxlamalar keçirilmiş həmin yoxlama nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və yekun inzibati akt iddiaçı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə əlaqəli yekun inzibati akt qəbul edilib məhkəmə qaydasında mübahisələndirildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-399/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-399/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver