Məhkəmə qərarları › İş №2-1(118)-399/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-399/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-399/2023 23.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X9 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1, 3-cü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Mənzil Tikinti Koorperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “DƏDRXın 4 saylı Abşeron Ərazi İdarəsində Abşeron rayonu, Masazır kəndi kimi qeydə alınan, faktiki olaraq ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən, X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə aparılan qeydiyyat, daha sonra isə X5 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr, ********** aparılan qeydiyyatın ləğv edilməsi və onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Koorperativi yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyəti, X7 və X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu XDS İcrayyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı MTK Masazır kəndi ərazisində sahibkarlıq məqsədi ilə 1,012 ha torpaq sahəsi 50 illik icarəyə verilmişdir. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il, 315 saylı, sərəncamı ilə həmin torpaq sahəsində 3 ədəd 1 girişli, 13 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə icazə verilmişdir. Kooperativ rəhbərliyi tərəfindən ünvan 2 ünvanda yerləşən ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış kompleksinin 2014- cü ildə layihələndirməsini təmin etdikdən, 2015-ci ildə isə Dövlət Ekspertizadan Şəhərsalma və Arxetektura komitəsindən xx.xx.2015-ci il tarixli 20079 saylı rəy alındıqdan və lazimi dövlət strukturları ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanmış və tikinti işləri 2019-cu ilin sonuna başa çatdırmışdır. Möhtərəm Prezidentimizin 19 fevral 2019-cu il tarixli 529 saylı “Bəzi çoxmərtəbəli binaların istismara verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına əsasən, bina istismara qəbul edilmiş və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr xidmətində №**********47 saylı xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Qalan 1 və 2 saylı binaların tikintisi də 2019-cu ildə tam başa çatmışdır. 2 saylı bina FHN-nin 17 dekabr 2019-cu il tarixli №0/003386 saylı istismara hazırlıq aktı və Abşeron rayonu İcra Hakimiyyətinin 25 dekabr 2019-cu il tarixli, 204 saylı tikinti obyektinin istismara icazə aktı ilə təhvil verilmişdir. 1 saylı bina 4, 5 və 6 saylı qeyri yaşayış sahələri isə FHN-nin 22 oktyabr 2020-ci il tarixli №0/004156 saylı istismara hazırlıq aktı və Abşeron rayonu İcra Hakimiyyətinin 05 mart 2021-ci il tarixli, 004 saylı istismara icazə aktı ilə təhvil verilmişdir. 2018-ci ilin axırlarından başlayaraq sakinlər tədricən tikilən binalara köçüb yaşamağa başlayıblar. Artıq hər üç binada sakinlər yaşayır. Bu yaxında bir neçə gün bundan əvvəl, xx.xx.2022-ci il tarixində özünü Abşeron İcra Hakimiyyətinin baş memarı kimi təqdim edən Elvin Quliyev və torpağın sahibinin nümayəndəsi kimi təqdim edən şəxs Əliağa Vahid küçəsində tikilmiş həmin bina ilə əsas magistral yol arasında olan 12 m məsafə aralığındakı sahədə yaşıl zona hesab olunan, altından müxtəlif kommunikasiya xəttləri keçən, ümumi sahəsi 5 sot torpağın X5 adına çıxarışı olduğunu və həmin yeri hasara alacağını bəyan etmişdirlər. Həmin yerdən mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xətti keçir. 2017-ci ildən adı çəkilən şəxsin adına sənəd mövcud olubsa hansı səbəblərə görə indiyə qədər bu torpağın ona məxsusluğu barəsində bir dəfə olsun belə məlumat verməmişdir. Həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühavizə zolağı zəbt olunmuş olur, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri yaşayış sahələrinin istismarı isə mümkünsüz olur. Adı şəkilən şəxslər deyinlərə heç bir məhəl qoymadan, həmin sahəyə tikinti materialları gətirib tökmək istəyəndə, iddiaçı, hüquq mühafizə orqanlarına müraciət etməklə onun qarşısını müvəqqəti olaraq ala bilmişdir. Bundan sonra, məsələyə aydınlıq gətirməkdən ötrü, Əmlak Komitəsinə və DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və həmin idarədədən də bildirilmişdir ki, X5 adına 0,0521 ha torpaq sahəsinə dair olan xx.xx.2017-ci il tarixli Çıxarışda, ünvan olaraq Abşeron rayonu, Masazır kəndi göstərilsə də, torpaq sahəsinin koordinatları ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının qarşısında olan yuxarıda adı çəkilən torpaq sahəsi ilə üst-üstə düşür. Törədilmiş bu qanunsuzluğun aradan qaldırılmasını istəyirlər. Bu məqsədlə, tərəflərindəndən, həmin torpaq sahəsinin reyestr xidmətində hansı əsaslarla sənədləşdirilməsinin aparılmasının araşdırılmasına göstəriş verilməsini və reyestrdə həmin torpaq sahəsi ilə bağlı aparılmış qeydlərin ləğvi edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdirlər. Həmin idarədən də şifahi qaydada bildirilmişdir ki, ərizənin təmin edilməməsi barədə imtina məktubu təqdim edəcəklər və onların imtinaları ilə razı olmadıqlarə təqdirdə, onlara qarşı məhkəmədə iddia qaldıra bilərlər. Müraciətdən xəbər tutan X11 və onun adamları müxtəlif təzyiqlərlə həmin ərazini hasarlamaq istəyirlər. Məhz bu məqsədlə də iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbiri kimi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində Abşeron rayonu, Masazır kəndi kimi qeydə alınan, faktiki olaraq ünvan 2 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən, X5 adına olan 0,0521 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi, həmin torpaq sahəsində hər-hansısa qazıntı və tikinti işlərinin aparılmasının 3-cü şəxslərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Bundan sonra, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən cavab olaraq bildirilmişdir ki, “Aparılan araşdırma zamanı, Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin X6 fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilməsinə dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, F-438 nömrəli arxiv arayışı və Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən 0,0521 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0521 ha torpaq sahəsi Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli 4Ə-1106 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasə, X5 adına xx.xx.2017- ci il tarixində **********09 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir.Çıxarışın ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətlərindən xaricdir. Aidiyyatı üzrə məhkəməyə müraciət olunması məqsədəmüvafiqdir.” İddiaçı hesab edir ki, cavabdehin ünvan 4 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən 0,10 ha torpaq sahəsinin 0521 ha hissəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə aparılan qeydiyyat, daha sonra isə X5 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr, ********** aparılan qeydiyyat və onun adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü tam qanunsuzdur. Cavabdehin X3 adına verdiyi çıxarışda ünvan olaraq, ünvan 5irilmiş torpaq sahəsinə dair dəqiq koordinatların təsdiq edilməsi ilə bağlı X3 adına hər-hansısa bir qanuni sənəd mövcud olmamışdır və X2 gəlib mübahisəli torpaq sahəsini göstərməklə həmin sahə onun adına rəsmiləşdirilmiş sonradan isə alqısatqı müqaviləsi əsasında X5 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1- ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, üçüncü şəxsin torpaq sahəsi ilə bağlı verilmiş çizgiplan sonradan verilmiş sənəddir. Torpaq sahəsinin yerləşməsinə görə verilməmişdir, sadəcə olaraq Masazır qəsəbəsi olaraq ayrılmışdır. Plan-ölçü sənədi 2014-cü il tarixdə verilmişdir. Subyektiv hüququn olması ilə bağlı qeyd etmişdir ki, İcra Hakimiyyəti tərəfindən layihə təsdiq olunan zaman orada başqa bir şəxsə mənsub torpaq sahəsinin olması müəyyən edilməmişdir. Belə bir torpaq sahəsində tikilinin olması iddiaçıya məxsus çoxmənzilli binaya giriş-çıxışının məhdudlaşması, iddiaçının öhdəliklərinə maneə yaratması, ona qarşı yeni iddiaların qaldırılması deməkdir. Üçüncü şəxs X12 aralarında Abşeron rayon Məhkəməsinin icraatında torpaq sahəsinin boşaldılması ilə bağlı mülki iş hazırki işin nəticəsinə uyğun olaraq dayandırılmışdır. İddiaçı hesab edir ki, iddia mümkün və əsaslı iddiadır. Cavabdeh etirazında qeyd edir ki, Torpaq sahəsinin plan və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi ilə bağlı iddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 14 saylı sərəncamı əsasında **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixli, 4Ə-1106 saylı alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X10 tərəfindən X8 özqəninkiləşdirilmişdir. Sonuncunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət jydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün gər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ əlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam erilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə utulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarbu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti iddiaya münasibətində bildirir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, sözügedən torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ 27 may 2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MTK-yaşaşayış binasının tikintisinə isə verilmiş 315 nömrəli sərəncam xx.xx.2011-ci il tarixdə mzalanmışdır. Tikinti işləri başa çatdıqdan sonra isə Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən )26 nömrəli, 26 dekabr 2019cu il tarixli binanın istismarına icazə verilmişdir. Bütün bu sənədlər verilən zaman RİH-də olan iş üzrə mübahisələndirilən torpaq sahəsinin X3 adına olması, eləcə də ümumiyyətlə həmin torpaq sahəsinə sənəd verilməsi barədə məlumat olmamışdır. Rayon Dövlət X1 ayrılmış torpaq sahəsinə görə ayrıc aktının mövcud olmaması səbəbindən həmin şəxsə torpaq sahəsinin hansı hissədən ayrılması barədə məhkəməyə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarından da aydın olur ki, X3 adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerquruluşu planından çıxarış RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmamışdır. Üçüncü şəxsin Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər üçüncü şəxs X10 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclaslarında üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş və bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Üçüncü şəxsin mövqeyi ondan ibarətdir ki, tikinti aparılan zaman tikinti aparan şəxslərə torpaq sahəsinin mülkiyyətdə olduğu bildirilmişdir. Qəmbərov Emilin torpaq sahəsinin iddiaçıya heçbir aidiyyəti yoxdur. İddiaçı tərəfindən tikilmiş binanın birinci mərtəbisində yerləşən qeyri-yaşayış sahəsinin qarşısının açıq olması üçün bu iddia qldırılmışdır. Yerində baxış zamanıda göründü ki, iddiaçının tikdiyi binaların giriş çıxışına Qəmbərov Emilin torpaq sahəsinin heç bir maneəsi yoxdur. Ona görədə hesab edir ki, hazırkı iddia mümkün hesab ediməməlidir. İddiaçının gələcəkdə hərhansı hüququnun pozulması halında subyektiv hüququ yarana bilər. Hazırda iddiaçının subyektiv hüququ yoxdur. Abşeron rayon Məhkəməsinin icraatında olan iş X5 mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı DƏDRX-ın 4 saylı Abşeron Ərazi İdarəsində Abşeron rayonu, Masazır kəndi kimi qeydə alınan, faktiki olaraq ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən, X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017ci il tarixdə **********09 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə aparılan qeydiyyat, daha sonra isə X5 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr, ********** aparılan qeydiyyatın ləğv edilməsi və onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini istəyir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dövlət tərəfindən üçüncü şəxsin mülkiyyət hüququ tanınmışdır. İşin hallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 14 saylı sərəncamı əsasında **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixli, 4Ə-1106 saylı alqısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X10 tərəfindən X8 özqəninkiləşdirilmişdir. Sonuncunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla xx.xx.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqları dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh qeydiyyat orqanı olsada, hazırkı iddianın meydana gəlmə əsasını iddiaçı ilə üçüncü şəxs X12 arasında qunşuluq münasibətlərindən yaranmış mülki mübahəsə təşkil edir və hazırkı mübahisə həmin mübahisənin davamı formasında inzibati orqanın qanunsuz hərəkətindən şikayət formasında meydana çıxmışdır. Hansıkı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxs arasında hazırkı işə görə icraatı dayandırılmış mülki məhkəmə mübahisəsi vardır. İddiaçı ərizəsində qeyd edir ki, “... Həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühavizə zolağı zəbt olunmuş olur, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri yaşayış sahələrinin istismarı isə mümkünsüz olar.” İş materiallarından göründüyü kimi iddiaçının yaşayış binası üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək istəməsi ilə mübahisələr meydana gəlmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsindən aktiv formada istifadə edilməsinin məqsədlərinə görə fərgli formada inzibati və mülki qaydada mübahisələrin yaranması ehtimalı olsada, hazırkı formada iddianın mümkün sayıla bilməsi üçün mübahisə predmeti təşkil edən torpaq sahəsinin digər şəxsin mülkiyyətində qalmasının iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi müəyyən olunmalıdır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tikilib istifadəyə verilmiş binaların giriş-çıxışına üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi hər hansı bir maneə təşkil etmir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması müəyyən edilmir. Mübahisəli torpaq sahəsindən istifadə ilə bağlı, eyni zamanda hərhansı tikilinin tikilməsi ilə bağlı mübahisə yaranarsa qonşuluq münasibətləri və şəhərsalma qaydalarına uyğun olaraq tələblərin olması istisna edilmir. Lakin məhkəmə hesab edir ki, hazırkı formada iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar