Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4/2021 19.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (“Bakı Sağlamlıq Mərkəzi”ndə həkim işləyən, Bakı şəhəri, S.Vurğun küçəsi, ev 96, mənzil 42-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (Cavabdeh ASC-nin Hüquq departamenti Hüquqi mübahisələrlə iş üzrə şöbəsində aparıcı hüququ məsləhətçisi işləyən, Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 12-də yaşayan) iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı X4nün şimali-qərb hissəsindən yolun mühafizə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin "xxxx" ASC tərəfindən su-kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutlmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünə əsasən torpaqların dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, əmlakından istifadədən məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla cəmi 240.400 manat pul vəsaitinin ödənilməsinin cavabdeh "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə öhdəliyin qoyulmasına dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbuletdi: TƏSVİRİHİSSƏ İddiaçı Cavabdeh ASC-yə qarşı qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu X4nün şimali-qərb hissəsindən yolun mühafizə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin "xxxx" ASC tərəfindən sukanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutlmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünə əsasən torpaqların dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12 000 manat olmaqla 108 000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21 600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10 %-i məbləğində 10800 manat əlavə hesablanmaqla, 140400 manat məbləğində kompensasiyanın, əmlakından istifadədən məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla cəmi 240 400 manat pul vəsaitinin ödənilməsinin cavabdeh "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə öhdəliyin qoyulmasın barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi X4 ilə üzbəüz yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xətti keçir. Torpaq sahələrinin yolun mühafizə zolağından 30 m kənarda yerləşməsinə baxmayaraq həmin ərazidə hal-hazırda iri texnikalar qazma işləri apararaq mülkiyyətdə olan torpaq sahəsini yarasız hala salmışlar. Məlumat almaq üçün orda işləyənlərə yaxınlaşanda bildirilmişdir ki, işləri Cavabdeh ASC gördürür. Xüsusi mülkiyyətdə olan torpaq sahəsinə bu cür müdaxilələr qanunsuzdur və dövlətin qanunlarını saymamaqdır. Mülkiyyətçi iiə razılaşdırılmadan və ya məhkəmənin qərarı olmadan xüsusi mülkiyyətdə olan torpaq sahəsinə hər hansı bir müdaxilə qanunsuzdur. Ərazidə sukanalizasiya xəttinin çəkilməsi, mülkiyyətində olan torpaq sahəsinin həmin əraziyə düşməsi, bu barədə iddiaçı ilə danışıqlar aparılması barədə məlumat verilməli olduğu halda rəsmi qaydada heç bir məlumat verilməmişdir. Qanunvericiliyin tələbinə əsasn tikinti altına düşən torpaq sahəsinin mülkiyyətçisinin ünvanına rəsmi qaydada məktub göndərilməli və bu barədə məlumat verilməlidir. Sözü gedən ərazidə 0.0505 ha torpaq sahəsi 25.10.2013-cü il tarixli **********72 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 0.0395 ha sahəsi 25.10.2013-cü il tarixli **********79 Reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətindədir. Həmin ərazidə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsi də icra edilməkdədir. Bundan əlavə torpaq sahəmin planölçüsülərinə əsasən mülkiyyətdə olan torpaq sahəsinin koordinatları daxilində sukanalizasiya çəkilməsi üçün nəzərdə tutulmuş plan-layihə ilə uyğunluğu yoxlanılmamış, torpaq sahəsinin tikinti altına tam və ya qismən düşməsi barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Y.Xankişiyev iddia tələbini qəbul etmədi və bildirdi ki, qeyd olunan ərazidə aparılan işlər dövlət əhəmiyyətlidir və yol çəkilişi sahəsində işlərin aparılmasına hər hansı məhdudiyyətlərin qoyulması ciddi ləngimələrə səbəb ola bilər. Həmin torpaq sahəsi ilə bağlı "xxxx" ASC-dən iddiaçınınxeyrinə kompensasiyanın ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Eyni yoldur, eyni layihənin icrası ilə bağlıdır. Ziyan Cavabdeh tərəfindən ödənilməməlidir. Bununla bağlı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazİrliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0505 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı xüsusi mülkiyyətində olan 0.0505 ha torpaq sahəsi barəsindədir. - - -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0395 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı xüsusi mülkiyyətində olan 0.0395 ha torpaq sahəsi barəsindədir. -“Əmlak Bazarı İştirakçıları” İB tərəfindən verilmiş 10.11.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,0505 ha və 0,0395 ha cəmi 0,09 ha torpaq sahəsinin 2014-cü ilin yanvar ayına olan bazar qiyməti 130500 manat təşkil etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 58 nömrəli 22.06.2018-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsiin 2018-ci ilin iyul-avqust ayları üçün orta bazar dəyəri 110250 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15604/16303 saylı 07.11.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0.0395 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları torpaqların dövlət ehtiyacları üçün alınmasına görə “Azərsu" ASC tərəfindən su kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş layihənin icrası nəticəsində tikinti altına düşən hissəsi ilə üst-üstə düşmür. Lakin AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0505 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində torpaqların dövlət ehtiyacları üçün alınmasına görə Cavabdeh ASC tərəfindən su kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş layihənin icrası nəticəsində tikinti altına 0,0215 ha hissəsi ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alğı-satqı) yolu ilə əldə edə bilər. Həmin Qanunun 30.2-ci maddəsinə görə bu fəsildə müəyyən olunan danışıq yolu ilə könüllü alğı-satqının təşəbbüskarı alıcı qismində alan orqan və ya satıcı qismində bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər ola bilər. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin 0,0215 ha hissəsinə Cavabdeh ASC tərəfindən su-kanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünü iddia edərək bunun müqabilində kompensasiyanın və maddi ziyanın ödənilməsini tələb edir. Lakin məhkəmə tərəfindən təyin edilmş məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqatı ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli torpaq sahısində gördüyü işlər nətiəsində iddiaçının mülkiyyətində olan 0.09 (0.0505+0.0395) ha torpaq sahəsinin cəmi 0.0215 ha hissəsi tikinti altına düşmüşdür. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi ona məxsus torpaq sahəsinin real bazar qiymətləri nəzərə alınmaqla hər sotu üçün 12000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20 faizi miqdarında əlavə 21600 manat, torpağın könüllü satılmasına həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10 faizi məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat kompensasiya və dəymiş zərərə görə 100.000 manat, cəmi 240.400 manat kompensasiyanın ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin həmin torpağa görə artıq “Azərbaycan Dövlət Avtomobil Yolları” Agentliyi tərəfindən kompensasiyanın ödənilməsi və bu səbəbdən eyni torpağa görə kompensasiyanın təkrar tələb edilə bilməməsinə dair dəlillərini məhkəmə əsassız hesab edir. Məhkəmə qeyd edir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı iş üzrə alınmış işdə olan rəylər ilə müəyyənləşdirilmiş qiymətlər bir-birinə uyğundur, onlar arasında əhəmiyyətli dərəcədə fərq yoxdur, belə bir vəziyyətdə ən pis halda İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən kateqoriyasına görə “ehtiyat fondu torpaqları” na aid olan, məqsədli istifadə növü “sahibkarlıq” olan 0,0505 ha və 0,0395 ha torpaq sahələrinin real bazar dəyəri 108000 manat təşkil edir. Belə olan halda həmin torpağın bir sotunun qiyməti 12.000 manat təşkil etmiş olur (108.000:9=12.000). Məhkəmə bu qiymətlə həm də ona görə razılaşır ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı cavabdeh "xxxx" Dövlət Agentliyinə qarşı kompensasiyanın ödənilməsinə dair iddiası üzrə işə baxılarkən məhz həmin məbləğ əsas götürülmüşdür. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən görtülmüş işlər nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.0215 ha hissəsi tikinti altına düşdüyü nəzərə alınaraq vurulan ziyana görə kompensasiya da həmin hissəyə münasib olaraq hesablanmalıdır. Belə olan halda 0.0215 ha torpaq sahəsinə görə vurulan ziyan 25800 manat təşkil edəcəkdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, vurulan ziyana əlavə olaraq torpağın 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göründüyü kimi, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Məhkəmə iddiaçının torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətin 10 %-i məbləğində 10.800 manat əlavə hesablanmaqla ödənilməsi barədə tələbinə münasibətdə bildirir ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırki iş üzrə torpaqların dövlət ehtiyacı üçün alınması zamanı iddiaçının məlumatı və razılığı olmamış, daha sonra isə tərəflər arasında kompesnasiyanın ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. Belə bir vəziyyətdə torpağın könüllü qaydada satılmasından söhbət gedə bilməz. Məhkəmə iddiaçının əmlakından istifadədən məhrum olunduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərərin ödənilməsi barədə tələbinə münasibətdə isə bildirir ki, həmin halların baş verməsi nəticəsində iddiaçıya həqiqətən də zərərin dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçınin mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0395 ha torpaq sahəsinin 0.0215 ha hissəsinə sukanalizasiya xəttinin çəkilməsi layihəsinin icrası nəticəsində vurulan ziyan ilə əlaqədar 25800 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq, cəmi 30.960 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,009 ha torpaq sahəsinin 0,0215 ha hissəsinə vurulan ziyanla bağlı 25800 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq, cəmi 30.960 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver