Məhkəmə qərarları › İş №2-1(118)-40/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-40/2020

31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-40/2020 31.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə qarşı xx.xx.2018-ci il tarixdən ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsinin və iddiaçıya birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə qarşı iddia qldıraraq “iddiaçının xx.xx.1991-ci il təvəllüdlü X5, xx.xx.1993-cü il təvəllüdlü X1, xx.xx.1997-ci il təvəllüdlü X3 adlı uşaqlarına qulluq etdiyi müddəti, xx xxxx 2017-ci il tarixli 09/29 saylı 2 nömrəli trestin 20 saylı SMD-nin arayışı və əmək kitabçasında göstərilən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Xızı rayon Dövlət Sığorta Agentliyində işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsinin və iddiaçıya birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsədə, idiaçı məhkəmə iclasında istirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinin nümayəndəsi X6 bildirmişdir ki, iddiaçının əlilliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən etibarsız hesab edildiyinə görə, onların pensiya təyinatı ilə bağlı səlahiyyəti qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən, Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. İş materiallarında olan, məhkəmənin sorğusuna cavabında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin **********4 saylı məktubunda qeyd edilir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADV4 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Çoxsaylı mieloma, Kəskin leykoz,mieloblast variant M2 tip” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə İddiaçı Daxılı işlər Nazirliyinə aidiyyətinin olmadığı və ona 4110003AADV4 saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid müayinə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2016-cı il 05 fevral tarixli 36 nömrəli qərarı ilətəsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”-yə əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili işlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADV4 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADV4 saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının əlilliyi müvafiq səlahiyyətli inzibati orqan tərəfindən ləğv edildiyinə görə, cavabdeh inzibati orqanın əlilliyə görə pensiya təyin etmək səlahiyyəti qalmamışdır, buna görədə iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, onun əlilliyi müvafiq səlahiyyətli inzibati orqan tərəfindən bərpa ediləcəyi halda, yenidən cavabdeh inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar