Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-40/2022 17.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi 18 A saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi iddiaçının mərhum atası Əlimərdan Ağayevə məxsus olmuşdur. İddiaçı həmin evdə doğulmuş, orada böyümüşdür. 1975-ci ildə ailə həyatı qurmuşdur. Ailə üzvləri çoxaldıqca atası ona məxsus 0.25 ha torpaq sahəsindən ev tikmək məqsədi ilə ona 0.06 ha torpaq sahəsinin ayrılmaş üçün Saray üzümçülük sovxozunun rəhbərliyinə müraciət etmiş və həmin sovxozun 04 avqust 1980-ci il tarixli 113 saylı əmri ilə atasına məxsus 0.25 ha torpaq sahəsinin 0.06 ha hissəsi ona ayrılmışdır. Abşeron rayon XDS İK-nin 03 mart 1981ci il tarixli 36 nömrəli qərarı ilə ona məxsus torpaq sahəsində iki otaqdan ibarət 33 kv m ölçüdə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O, 1982-ci ildə həmin 0.06 ha torpaq sahəsində ev tikmiş, hazıradək orada yaşayır. Evə dair 1987-ci ildə texniki pasport verilmişdir. Həmin ev 18 A nömrəsi ilə qeydə alınmışdır. O, 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Elnur Dostəliyev iddianı qəbul etmədi və izah etdi ki,araşdıema zamanı sözegedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair başqa şəxsin adına şəhadətnamənin tərtib edildiyi və mübahisə olduğu müəyyən edilmişdir. Bundan başqa 46 inventar npmrəsi ilə evin söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etmədi və izah etdi ki, Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən torpaq sahəsi də daxil olmaqla 0.25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İskahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı əsasında DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən Cəmilə Əmrah qızı, X5, X3, X6 və X9 adına JN 339A saylı kod 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin şəhadətnamənin və onun verilməsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarının qüvvədə olduğu halda, yəni torpaq sahəsinin hüquqi cəhətdən yüklü olduğu halda iddiaçının mübahisəli torpaq saəhsi üzərində hüququnun qeydə alınması mümkün deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki iddia tələbi mümkün sayılmamalı və iddiaçıya aqrar islahat komissiyasının və onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mübahiəsləndirmək hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:0 İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-40/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-40/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver