Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-401/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı Abşeron rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı 06.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi öhgəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)- 4351/2018 saylı 06.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi öhgəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilmiş və lazımi sübutların toplanması məqsədi ilə məhkəmə iclası 19.05.2021-ci il tarixə təxirə saxlınmışdır. Lakin həmin iclasda və ondan sonra təyin edilmiş məhkəmə iclaslarında iddiaçı və ya səlahiyyətli nümayəndəsi, vəkili iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar 12.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə iclası 19.05.2021-ci il tarixə təxirə salınmışdır. 19.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasından əvvəl də iddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüqiqi müdafiəçisi ilə bağlı olduğu vətəndaşın cinayət işi ilə bağlı görüşü olduğu üçün işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin 30 gündən çox müddət ərzində ardıcıl və əsassız olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab edir ki, o, inzibati məhkəmə icraatında maraqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «X2 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.07.2013-cü il tarixli Qərarında göstərilir ki, İnzibati-İqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80-ci və 81.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə qarşı Abşeron rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı 06.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi öhgəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-401/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-401/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver