Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-401/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı ərazi regional filialına qarşı iddia qaldıraraq “pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ermənistanda andan olmuşdur. 1979-cu ildə ona əmək fəaliyyətinə başlamış və onun uzun müddət güzəşt hüququ verən iş sahələrində işlədiyi nəzərə alınaraq, o xx.xx.2014-cü ildə güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. Lakin iddiaçı işləməkdə davam etmiş və yalnız xx.xx.2020-ci ildə işdən çıxmışdır. O, 2006-cı il 1 yanvar tarixindən sonra fərdi hesabın sığorta hissəsində toplanan kapital nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş və bu hesablama aparılmaqla onun pensiyası cüzi artırılqmaqla (təxminən 20 manat) 422,86 manat olmuşdur. O, bununla razılaşmayaraq yenidən AR ƏƏSMN-ə ərizə ilə müraciət etmiş və onun sığorta kapitalında 2006-cı ildən sonra toplanan sığorta kapitalı əsasında artımın az aparıldığı və bu məsələyə yenidən baxılmasını xahiş etmişdir. AR ƏƏSMN-nin Dövlət Sosial Müdafiə X2 sədr müavini Zəka Mirzəyev 13 avqust 2021-ci il tarixli məktubunda yenidən hesablama zamanı sığorta kapitalının tam nəzərə alınmadığı qeyd etməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmuş, lakin cavabdeh təşkilat pensiyanın yenidən hesablanmasını həyata keçirməmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahatlar verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya yazılı etirazında qeyd olunmuşdur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçıa qanunvericiliyin tələblərinə əsasən xx.xx.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının pensiya işinə dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 8 ay 3 gündür. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyanın sığorta hissəsi 53,30 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9771,8 manat sığorta kapitalına uyğun 67,86 manat pensiyanın sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2014-cü il tarixindən 21,16 manat pensiya məbləği (53,30+67,86+100(baza hissəsi)) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının mənləği xx.xx.2022-ci il tarixindən etibarən 370,83 manat təşkil edir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödəniş müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işolədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldırlaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunn 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxsərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. İddiaçının 2 iyun 2022-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş müracətinə əsasən pensiya təyin təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 2082,33 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 158 ( 65 yaş – 57 il 11 ay = 85 ay + 144 ay – 71 ay) aya bölünməklə (20825,33/158= 131,81 manat) əmək pensiyasının (370,83 manat) üzərinə əlavə edilərək – 502,64 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi,iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyası hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüququna və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi təznimləsnməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə iddiaçıya təyin olunmuş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - 3Т-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunduğu tarixdən sonra, 07 avqust 2020ci il tarixədək poladəritmə sexində böyük odadavamlı materiallar bənnası vəzifəsində işləmişdir. - İş materiallarında olan “Sosial arayış”dan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən 481.8 azn yaşa görə pensiya təyin edilmişdir, iddiaçı 2006-cı il tarixdən 2020-ci ilin avqust ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına ünvanladığı 13 avqust 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixindən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının tam məbləğdə nəzərə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı pensiyasının yenidən hesablanması həmin orqana tapşırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı məktubda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2020-ci il tarixindən işdən azad olması ilə əlaqədar pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən yenidən hesablanaraq, 422,86 manat olmuşdur. - xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 481 manat 80 qəpik təşkil edir. - Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 25 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə işdən çıxması ilə əlaqədar pensiyasının yenidən hesablanması üçün həmin şöbəyə müraciət etmişdir, yenidən hesablama nəticəsində onun əmək pensiyası 321,13 manatdan 422,86 manata artırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyanın düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2020-ci il tarixində 432,49 manat məbləğində hesablanmalı olduğu halda, 422,86 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 165,01 manat əksik pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Həmin əksik pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. - Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 6 iyun 2022-ci il tarixli sorğuya cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 2022-ci il üzrə indeksləşdirilərək 498,18 manat təşkil edir. Onun xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2014-cü il tarixində 7776 manat, bügünkü tarixə 13477,2 manat, xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövrdə (ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunanadək) pensiya kapitalı 9771,84 manat, xx.xx.2014xx.xx.2020-ci il arixləri arasındakı dövrdə isə (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək) 19516,80 manat təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2020-ci il tarixində 432,49 manat məbləğində hesablanmalı olduğu halda, 422,86 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 165,01 manat əksik pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Həmin əksik pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. - Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 24 il 8 ay 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyanın sığorta hissəsi 53,30 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9771,84 manat sığorta kapitalına uyğun 67,86 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2014-cü il tarixindən 221,16 manat pensiya məbləği (53,30 + 67,86 + 100 (baza hissəsi)) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempıinə uyğunolaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022ci il tarixindən 370,83 manat təşkil edir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yıığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesblamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı 2 iyun 2022-ci il tarixndə Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 20825,33 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qadada gözlənilən pensiya müddətinin ödənişi müddətinin aylarının sayına 158 (65 yaş – 57 il 11 ay = 85 ay + 144 ay – 71 ay) aya bölünməklə (20825,33/158 = 131,81 manat) əmək pensiyasının (370,83 manat) üzərinə əlavə edilərək – 502,64 manat pensiya məbləği xx.xx.2022-ci il tarixindən etibarən Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı güzəştli əmək pensiyasına əsas verən fəaliyyətlə və ona cavabdeh inzibati orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı ona pensiya təyin edildikdən sonra da 6 ildən çox əmək fəaliyyətini davam etdirmişdir. Hazırda iddiaçı ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını istəyir. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən yenidən hesablanaraq 422,86 manat olmuşdur. İddiaçı cavabdeh inzibati orqanın apardığı hesablama ilə razılaşmır. Eyni zamanda cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məhkəmə sorğularına cavab məktublarında da ziddiyyətlər mövcuddur. Belə ki, həmin məktubların birində cavabdeh orqan iddiaçının pensiya məbləğinin 432,49 manat məbləğində və digərində isə 502,64 manat məbləğində olduğunu qeyd etmişdir. Həmçinin məktubda 502,64 manat pensiya məbləğinin xx.xx.2022-ci il tarixindən etibarən Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülməsinin nəzərdə tutulmasını qeyd etsə də, bu köçürmənin nə zaman həyata keçirilcəyi barədə dəqiq məlumat qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, qanunvericiliyin həmin norması bütün işləyən əmək pensiyaçılarına münasibətdə istisnasız olaraq əmək pensiyalarının yenidən hesablanması şərtlərini və qaydasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət qoyulmadığından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 02 fevral 2022-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-401/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-401/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver