Məhkəmə qərarları › İş №2-1(118)-4016/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4016/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4016/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “**********0244 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının qismən ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Baş Vergi Xidmətinin müşaviri X12 tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28,000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməyinə dair “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli Qərar”ının qismən, 7 nəfərə, X7, X6, X13, X2, X1 Almaz Şiraslan qızı və X14 aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olaraq Sumqayıt şəhəri, 17- ci mikrorayon ərazisində “Şahanə” şadlıq sarayını icarə müqaviləsi əsasında işlədir. Şadlıq sarayında əsasən razılaşma əsasında vətəndaşların toy mərasimləri üzrə sifarişləri icra edilir. Sifarişlərin icra edilməsi ilə əlaqədar şadlıq sarayında müqavilə əsasında işçilər fəaliyyət göstərirlər. Qeyd edilməsi zəruridir ki, şadlıq sarayı ancaq sifariş olduqda, yəni mütəmadi deyil, müəyyən vaxtlarda fəaliyyət göstərir, ancaq şadlıq sarayanın fəaliyyətini təmin etmək üçün işçiləri saxlamaq məcburiyyətindədir və daima qanunvericiliyə uyğun olaraq işə cəlb edilən şəxslərlə əmək müqaviləsi bağlayırlar. Eyni zamanda, bildirmək istəyir ki, toyda iştirak edən musiqiçilər toy mərasimi sahibi tərəfindən dəvət edilir və onlarla bütün haqq-hesab onun tərəfindən icra edilir. Musiqiçilərin şadlıq sarayına aidiyyatı olmur. Onların hər birinin vergi ödəyicisi kimi VÖEN-ləri olur və vergi orqanında qeydə alınırlar. 2024-cü ilin oktyabrın 5-də keçirilən toy məclisində cavabdehin nümayəndəsi iştirak etmiş və toy məclisini musiqiçilərdən əlavə toy məclisi sahibinin qonağı qismində toyda iştirak edən 3 nəfər musiqiçi - X7, X6 və X13 şadlıq sarayına heç bir aidiyyatları olmaması və toy sahibinin qonağı kimi iştirak etdiklərini bildirsələr də, tərtib edilmiş Aktda əsassız olaraq həmin şəxslərin “Şahanə” şadlıq sarayında əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi göstərilmişdir. Aktda göstərilən X3 “Şahanə” şadlıq sarayının yerləşdiyi Sumqayıt şəhəri, 17-ci mikrarayon ərazisində fəaliyyət göstərən Mənzil İstismar Sahəsinin işçisidir və bu ərazidə təmizlik işləri aparır. Onun toy mərasimi keçirilən vaxtda şadlıq sarayında olması heç də onun şadlıq sarayında işə cəlb edilməsi demək deyildir. Aktda göstərilən X14 barəsində qeyd edilməlidir ki, o, müraciət edərək şadlıq sarayında ofisiant kimi işləmək istədiyindən həmin gün ona işlə tanış olması üçün şərait yaradılmış və o, bir növ təcrübəçi qismində orada müşahidə aparmışdır və sonradan onu ofisiant kimi işə götürərək əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi qeyd edilən 7 nəfər şəxs barədə onların əmək müqaviləsi olmadan işə cəlb edilmələrinin göstərilməsi əsassız olmuşdur. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, hazırda ləğv edilməsi tələb edilən keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, 05314 nömrəli Akt iddiaçı tərəfindən imzalanmamış və Aktın sürəti iddiaçıya təqdim olunmamışdır. Həmçinin Vergi orqanının hazırda tərəfindən mübahisələndirilən qərarının mövcud olması da iddiaçıya bir neçə gün bundan əvvəl tətbiq edilən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi vaxtı məlum olmuşdur və ona heç bir Akt və Qərarın verilmədiyini bildirdikdən sonra Qərarı gətirib vermişlər. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı tərəfindən “Şahanə” şadlıq sarayında tərtib edilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, 05314 nömrəli Akt əsasında iddiaçı barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Baş Vergi Xidmətinin müşaviri X12 tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23cü və 49-cu, 58.10-cu maddələrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28,000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməyinə dair “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli Qərar”ın qismən, 7 nəfərə, X7, X6, X13, X2, X1 Almaz Şiraslan qızı və X14 aid hissəsində ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Həmçinin toy sahibinin qonaqları X2 və X8 da, əsassız olaraq “Şahanə” şadlıq sarayında əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslər kimi göstərilmişlər.

3. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna məktubla göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:39-da oxunmuşdur. İddiaçının ərizəsinə əsasən, “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1 -- vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2 -- poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3 -- elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati qərarlar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

8. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

9. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

11. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

14. Göründüyü kimi qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

16. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

17. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir.

18. Qərar iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və xx.xx.2024cü il tarixdə oxunmuşdur.

19. İddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, 30 günlük iddia müddətini ötürmüşdür.

20. İddiaçının nümayəndəsi və vəkili prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir.

21. Ərizə onunla əsaslandırılmışdır ki, 2024-cü ilin oktyabrın 5-də keçirilən toy məclisində hazırda cavabdeh olan inzibati orqanın nümayəndəsi iştirak edərək toy məclisində iştirak edən və sahibkarın göstərdiyi fəaliyyətə aidiyyatı olmayan yeddi nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilmələrinə dair xx.xx.2024-cü il tarixli, 05354 nömrəli Akt tərtib edilmiş, həmin İddiaçı tərəfindən imzalanmamış və Aktın surəti ona təqdim olunmamışdır. Tərtib edilmiş aktla bağlı cavabdeh tərəfindən qəbul edilmiş maliyə sanksiyası tətbiq edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyyətə cəlb edilməsi haqqmda xx.xx.2024-cü il tarixli **********0244 nömrəli Qərar”ının çıxarılmasında da İddiaçı iştirakı təmin edilməmişdir. Həmin qərarın mövcud olmasından tətbiq edilən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi vaxtı, yəni dekabr ayının əvvəlində ona məlum olmuş və o, cavabdehə müraciət edərək, ona Aktın və Qərarın surətinin verilmədiyini bildirdikdən sonra Qərarın surəti təxminən 2024-cü ilin dekabr ayının 10-da şadlıq sarayında ona verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli Qərarı”ndan Sumqayıt Şəhər Məhkəməsinə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-77/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********0244 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim Ramiz Quliyev). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4016/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi mümkün sayılmamışdır (X11-Abbaszadə). Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-351/2025 nömrəli qərardadı ilə qismən təmin edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4016/2025 nömrəli qərardadı ləğv edilərək inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim Gülnar Cabbarova, hakimlər İsmayıl Quliyev və Vəfa Əziovadan ibarət tərkibdə). Sonradan məlum olmuşdur ki, vergi orqanının hazırda mübahisələndirilən qəran poçt vasitəsi ilə şikayətçinin qeydiyyatda olduğu ünvana göndərilmiş, onların evdə olmaması səbəbindən xx.xx.2024-cü ildə (zərfdə olan poçt möhürünə əsasən) qonşuya verilmiş və qonşu tərəfindən xeyli müddət sonra, yəni qərardan şikayət məhkəməyə verildikdən sonra onlara verilmişdir. Göstərilənlərə əsasən qərarın surətinin poçt vasitəsi ilə xx.xx.2024-cü ildə İddiaçı çatdırıldığını qəbul etsək və qərardan şikayət xx.xx.2024-cü ildə məhkəməyə verildiyindən qanunvericiliklə müəyyən edilmiş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir.

22. Məhkəmə hazırkı icraat çərçivəsində qeyd edilən halları, xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası üçün əsas hesab etmir.

23. Vergi Məcəlləsinin: 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

24. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X11-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar