Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4017/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və X2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: piket keçirilməsi üçün qanuni şəraitin yaradılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı2 və X2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 31 iyul 2023-cü il tarixli, 3-28/2-M-67xx-xx-6391/2023 nömrəli məktubundan görünür ki, vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi əsasında həyata keçirilir. Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında imzalanmış İkili Anlaşmaya əsasən kvota üzrə Türkiyəyə göndərilən şəxslər yalnız dövlət tibb müəssisələrində müalicə alırlar. Müalicəsilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edilməsi tövsiyə edilmişdir.
2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X8 18 avqust 2023-cü il tarixli, PHŞ-6-66/2-M- 359-42-205/2023 nömrəli məktubundan görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 tabeliyində olan tibb müəssisələrində vətəndaşların respublikadankənar müalicəsi İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər zərfinə daxil edilməmişdir. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyində fəaliyyət göstərən “X4 Müalicə Komissiyası”na müraciət edilməsi tövsiyə olunmuşdur.
Cavabdehin etirazına qoşma şəklində əlavə edilmiş sənədlər:
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 17 nömrəli məktubundan görünür ki, İddiaçı2 sənədləri HMK-dan keçirilib, 9 sentyabr 2022-ci il tarixdə TSEK-a göndərilmişdir, lakin cavablandırılmamışdır. Xəstənin sənədləri yenidən 23 dekabr 2022-ci il tarixdə TSEK-ə göndərilmişdir, 9 yanvar 2023-cü il tarixdə müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. Lakin vətəndaş İddiaçı2 Məhəmməd oğlu təyin olunan əlillik dərəcəsi ilə razılaşmadığı üçün yenidən TSEKə göndərilməsinin tələb etmişdir. Xəstənin sənədləri təkrarən 7 noyabr 2023-cü il tarixdə TSEK-ə göndərilmiş, lakin imtina cavabı gəlmişdir. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin əlillik səviyyəsində ağırlaşma köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir. Vətəndaş İddiaçı2 müraciətinin səbəbi Türkiyədə cərrahi əməliyyat olunması ilə əlaqədardır.
4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 17 yanvar 2024-cü il tarixli, 20 nömrəli məktubundan görünür ki, İddiaçı2 Məhəmmədli oğlundan 30 noyabr 2021-ci il tarixdə Covid-19 virusuna yoluxma şübhəsi ilə “yaxma” götürülmüş 1 dekabr 2021-ci il tarixdə “yaxma”nın nəticəsi pozitiv olduğu üçün, vətəndaş 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən evdə müşahidəyə alınmış, 7 dekabr 2021-ci il tarixdə “yüksək hərarət təngnəfəslik, boğulma öskürək, halsızlıq” diaqnozu ilə Abşeron rayonu Olimpiya İdman kompleksində yaradılmış X7 daxil olmuş, 18 dekabr 2021-ci il tarixə qədər orada müalicə almışdır. 3 fevral 2022-ci il tarixdə vətəndaş “Üst çənə sol tərəf xroniki osteomieliti” (M 36.6) diaqnozu ilə ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. 13 iyun 2022-ci il - 17 iyun 2022-ci il tarixlərdə “Sol tərəfli xroniki odontogen maksilyar sinusit, oroantral fistul” (J 32.0) diaqnozu ilə təkrar ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. 9 noyabr 2022-ci il tarixdə yenidən “Sol tərəfli xroniki odontogen maksilyar sinusit, oroantral fistul, sol əng sümüyündə defekt” (J 32.0), sol üz sinirinin neyropatiyası qalıq əlamətləri, şəkərli diabet İİ tip “diaqnozu ilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Müayinələr: 2 noyabr 2022-ci il tarixdə Kliniki Tibbi Mərkəzdə Maksillofasial nahiyəsinin KT (MD) - Nəticə: Əng sümüyü sol yarısında alveolyar çıxıntı ciddi destruksiyaya uğramışdır Kəsiklərə daxil. Paranazal sinuslarda xronik sinuzit əlamətləri izlənildi . 16 noyabr 2022-ci il tarixdə Sumqayıt Hospitalda Kranial MRT - Nəticə: Hər iki serebral ağ maddə az sayda T2-FLAİR hiperintens spesifik olmayan qliotik ocaqlar. Kəskin fazada patologiya və ya həcmli proses aşkar olunmadı . Xəstəyə 9 yanvar 2023-cü il tarixdə "Sol üst çənə sümüyünün xroniki osteomielitindən sonrakı əng sümüyünün sümük defekti” diaqnozu ilə əlillik təyin olunub . Xəstə mütəmadi olaraq ailə həkimi terapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
5. İddiaçılar İddiaçı2 və X2 (bundan sonra birlikdə - “iddiaçılar”) cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onların piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 13 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, “Sumqayıt Tibb Mərkəzi” X8 fəaliyyətsizliyinə etiraz olaraq onun binası qarşısında piket keçirmək istədiklərini bildirmişlər. Müraciətdə qeyd olunmuşdur ki, “Son illər Azərbaycan Respublikasında səhiyyə sahəsində müəyyən islahatlar aparılmasına baxmayaraq, bu sahədə insanların konstitusion hüquqları pozulur, onlar səhiyyə xidmətlərindən normal istifadə edə bilmir, nəticədə həyatları üçün ciddi təhlükələr yaranır. Belə təhlükələrdən biri ilə də Sumqayıt şəhərində yaşayan İddiaçı2 qarşı törədilmişdir. Koronavirus zamanı xəstələnən İddiaçı2 düzgün müalicə almamış, həkim səhlənkarlığı nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Bununla bağlı o, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, “Sumqayıt Tibb Mərkəzi” X9 müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. Bu fəaliyyətsizliyə etiraz olaraq, iddiaçılar “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs qarşısında piket keçirməyi planlaşdırırlar. Bu məqsədlə, iddiaçılar bir qrup ziyalılar Azərbaycan Respublikası Konstitutsiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və “X6 haqqında” Azərbaycan Respublikasının Qanununun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 22 sentyabr 2023-ci il tarixdə, saat 14:00-dan 15:00-dək Sumqayıt şəhəri, H.Əliyev 7 ünvanda yerləşən “Sumqayıt Tibb Mərkəzi” X8 qarşısında, 50 metr məsafədə “Sağlamlığımızı qoruyun”, “Sağlam yaşamaq haqqımızdır”, “Azərbaycan Respublikası Səhiyyə Nazirinə və TƏBİB rəhbərliyinə istefa” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Etiraz piketində 50 nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş edilir. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərini həm də onunla əsaslandırırlar ki, göstərilən dövlət orqanlarına dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq, şikəst edilmiş İddiaçı2 səhhəti getdikcə pisləşir, həyatı ciddi təhlükədədir. Ümid edilir ki, “X6 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış bu müraciətə müsbət cavab veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyası, “X6” və “X3 haqqında” Qanunlarının tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Sumqayıt Tibb Mərkəzi” X8 rəhbərliyinin vaxtında məlumatlandırılmasını, piketin məqsəd və məramlarının əhaliyə çatdırılması üçün Sumqayıt şəhərində təbliğat və təşviqat aparılmasına razılıq verilməsini xahiş edirik.” Cavabdeh sərbəst toplanmaq hüququnu pozmuş, piketin keçirilməsinə lazımı şərait yaratmamış, müraciəti cavabsız qoymuşdur.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25, “X6 haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73-cü, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 32 və 38-ci maddələrinə istinad olunmuşdur.
8. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim olunaraq, iddianın mümkün sayılmaması xahiş edilmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, 18 sentyabr 2023-cü il tarixdə iddiaçılar tərəfindən cavabdehə müraciət olunaraq, İddiaçı2 müalicəsində yaranmış problemlərlə bağlı 22 sentyabr 2023-cü il tarixdə Sumqayıt Tibb Mərkəzi PHŞ-in qarşısında piket keçirmələrinə şərait yaradılmasını xahiş etmişdirlər. İddiaçı2 Covid- 19 virusuna yoluxduğu 30 noyabr 2021-ci il tarixdən etibarən müayinə və müalicəsi aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətə götürülmüş və bir sıra dövlət tibb müəssisələrində müalicəsi həyata keçirilmişdir. Hazırda da o, mütəmadi olaraq ailə həkimi-terapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır (tibb müəssisələri tərəfindən təqdim olunmuş arayışlar əlavə olunur). Vətəndaşın müayinə və müalicəsi mütəmadi olaraq nəzarətdə saxlanıldığından cavabdeh orqan göstərilən tarixdə piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclası 22 iyul 2024-cü il tarixə təyin edilmiş və bu barədə proses iştirakçılarına prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məktublar və SMS bildirişlər göndərilmişdir.
13. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin dəlillərinə (§ 5- 7) uyğun izahat verərək, piket keçirilməsinin onun konstitusion hüququ olduğunu, tibb müəssisələrinin səhv müalicələrinə görə əlil olduğunu bildirmişdir. Həmçinin, İddiaçı2 tibb müəssisələrinə qarşı iddia qaldırmağını, məhz piket keçirilməklə cavabdehə qarşı tələbin olduğunu bildirmişdir. Piket keçirilməsi onun konstitusion hüquq olduğundan, Səhiyyə Nazirliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Məhkəmə Kompleksinin qabağında 50 nəfərlik piket keçirilməsini planlaşdırdığını bildirmişdir.
14. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Digər İddiaçı2 onun iştirak etməməsinin səbəbinin səhhətilə əlaqədar olduğunu, iş üzrə iddianın özü tərəfindən qaldırıldığını, İddiaçı1 sadəcə iddiaya qoşulduğunu və onun marağının olmadığını bildirmişdir.
15. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə inzibati məhkəmə icraatının İddiaçı1 və cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
19. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2433/2024 nömrəli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün hesab edilməmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 19 mart 2024-cü il tarixli, 2-1(105)-398/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2433/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, indiki halda hər kəsin dinc toplaşmaq azadlığı hüququ mövcud olduğundan, iddiaçıların subyektiv hüququ mövcud olmuşdur. Hazırkı iş üzrə araşdırılmalı olan hal məhz bu hüququn realizəsi zamanı iddiaçılara münasibətdə cavabdeh tərəfindən tətbiq edilmiş tədbirin (müdaxilənin) qanuni olubolmaması halı və nəticə etibarilə belə bir müdaxilənin qanuniliyinin qanunvericilik normalarının (Konstitusiya, “Sərbəst toplaşmaq azadlıqı haqqında” Qanunun 7-ci və digər maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsinin) tələbləri baxımından qiymətləndirilməsi təşkil etmişdir. Həmin hal isə iddianın mümkümlük mərhələsində deyil, məhz iddianının əsaslılığının yoxlanılması mərhələsində aydınlaşdırılmalı olan hal kimi mövcud olmuşdur.
21. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə prosesdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
23. Belə ki, iddia tələbi piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Tələbin əsası iddiaçıların “Sumqayıt Tibb Mərkəzi” X8 fəaliyyətsizliyinə etiraz olaraq onun binası qarşısında piket keçirmək istəyi ilə bağlı olsa da, cavabdeh orqan sərbəst toplanmaq hüququnu pozmuş, piketin keçirilməsinə lazımı şərait yaratmamış, müraciəti cavabsız qoymuşdur.
24. Cavabdehin etirazının əsasında isə İddiaçı2 müayinə və müalicəsinin mütəmadi olaraq nəzarətdə saxlanıldığından, cavabdeh orqanın piketin keçirilməsinin məqsədəuyğun hesab etməməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə İddiaçı2 Covid-19 virusuna yoluxduğu 30 noyabr 2021-ci il tarixdən etibarən müayinə və müalicəsi aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətə götürülmüş, bir sıra dövlət tibb müəssisələrində müalicəsi həyata keçirilmişdir. Hazırda da o, mütəmadi olaraq ailə həkimi-terapevt tərəfindən müayinə olunur və müalicəsinin nəzarətdə saxlanılır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
26. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
27. “Sərbəst toplaşmaq hüququ haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 1. Hər kəsin başqaları ilə birlikdə X6 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir, İİ hissəsinə əsasən dövlət X6nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 5. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə 6. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Maddə 7. X6 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər, İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X6nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır, İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X6nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır, İV hissəsinə əsasən X6 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
28. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 9 yanvar 2023-cü il tarixdə müddətsiz İİİ qrup əlillik təyin edilmişdir. Lakin o, təyin olunan əlillik dərəcəsi ilə razılaşmadığı üçün yenidən TSEK-ə göndərilməsinin tələb etsə də, ona imtina cavabı gəlmişdir. İddiaçı2 mütəmadi olaraq ailə həkimi - terapevt tərəfindən müayinə olunur və müalicəsi nəzarətdə saxlanılır (§ 3-4).
29. İddiaçı2 məhkəmədə verdiyi izahatlarından, cavabdehin etirazından müəyyən olunur ki, onun əsas niyyəti Türkiyə Respublikasında cərrahi əməliyyat olunması ilə əlaqədardır.
30. İş materialına əlavə edilmiş Səhiyyə Nazirliyinin məktubunda qeyd olunmuşdur: vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi əsasında həyata keçirilir; kvota üzrə Türkiyəyə göndərilən şəxslər yalnız dövlət tibb müəssisələrində müalicə alırlar.
31. Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2016-cı il tarixli, 973 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Sazişdə aşağıdakı məsələlərə toxunulmuşdur: Maddə 1.Əməkdaşlıq sahələri Tərəflər bərabərlik, qarşılılıq prinsipinə əsaslanaraq, qarşılıqlı fayda əsasında və öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, qarşılıqlı razılıq ilə aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəklər: a) iki ölkənin səhiyyə sistemlərinin uyğunlaşdırılması; b) səhiyyədə keyfiyyət standartı və qiymətləndirmə sisteminin formalaşdırılması üçün keyfiyyət və akkreditasiya sahəsində təcrübə mübadiləsi; c) qeyri-infeksion xəstəliklərlə mübarizə və ictimai səhiyyəni maraqlandıran bütün digər sahələrdə əməkdaşlıq; e) orqan, toxuma və sümük iliyi transplantasiyası sahəsində əməkdaşlıq; e) Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında dərman vasitələri, tibbi cihaz və tibbi sərfiyyat materialları ilə bağlı sahələrdə birgə sərmayə imkanlarının araşdırılması, dərman vasitələrinin keyfiyyətinin beynəlxalq standartlara uyğun olması üçün birgə işlərin aparılması və vaksin istehsalı sahəsində əməkdaşlıq; f) təcili tibbi xidmətlərin təşkili və fövqəladə hallarda səhiyyə sahəsində əməkdaşlıq; g) hər iki ölkədə səhiyyənin inkişaf etdirilməsi ilə səhiyyə turizmi imkanlarının təşviq edilməsi və təcrübə mübadiləsi; h) xəstəxanaların səhiyyə informasiya sistemləri ilə idarə olunması məsələlərində təcrübə mübadiləsi; i) səhiyyə işçilərinin qısamüddətli təlimləri; j) səhiyyə sahəsində institut və universitetlər arasında əməkdaşlıq; k) “Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsillərini bitirdikdən sonra müvafiq müqavilə öhdəliklərinə uyğun Azərbaycan Respublikasına qayıtması və xidmət göstərməsi, eyni zamanda Türkiyədə akademik və əmək fəaliyyətini davam etdirmək üçün əlavə şərtlərin müəyyən edilməsi sahəsində əməkdaşlıq.
32. Saziş əsasən qarşılıqlı əməkdaşlıq sahələrini əhatə edir və onun əhatə etdiyi sahələr arasında İddiaçı2 Türkiyə Respublikasında müalicəsinin aparılmasını məcburi qaydada Səhiyyə Nazirliyinin üzərinə qoyan konkret bir maddə (qapalı səlahiyyət) nəzərdə tutulmamışdır. Yalnız 4-cü maddə xəstələrin müalicəsi adlanır. Maddəyə görə, tərəflər hər il 20 (iyirmi) xəstəni ödənişsiz olaraq diaqnostika və müalicə etməyi üzərlərinə götürürlər. Bu xəstələrin seçilməsi göndərən ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılacaq və qəbul edən ölkənin Səhiyyə Nazirliyinin təsdiqi ilə həyata keçiriləcəkdir.
33. Göründüyü kimi Sazişin 4-cü maddəsi xəstələrin seçilməsi göndərən ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətinə aid etmişdir.
34. “Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın” Əsasnaməsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
2. Komissiyanın məqsədi və fəaliyyət istiqamətləri 2.2.Komissiyanın məqsədi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 (bundan sonra - TƏBİB) tabeliyindəki tibb müəssisələrinə (bundan sonra - tibb müəssisələri) müraciət etmiş vətəndaşlara tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsi mümkün olmadığı hallarda xarici ölkələrdə zəruri tibbi xidmətin göstərilməsinə yardırg etmək və onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir. 2.2.Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. vətəndaşa tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsinin mümkün olmadığını müəyyənləşdirmək; ...
3. Komissiyanın vəzifələri və hüquqları 3.1.Komissiyanın bu Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun aşağıdakı vəzifələri vardır: 3.1.1. vətəndaşa tibbi göstərişi olan tibbi xidmətlərin Azərbaycan Respublikasında göstərilməsinin mümkün olmadığı barədə qərar qəbul etmək; ... 3.2.Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır: 3.2.1. Komissiyanın iclaslarına müvafiq tibb sahəsi üzrə həkim və mütəxəssisləri dəvət etmək; 3.2.2. vətəndaşların xarici ölkəyə göndərilməsi üçün lazımi sənədləri vətəndaşlardan tələb etmək; 3.2.3. yanlış və ya natamam məlumatlar təqdim etmiş və düzgün diaqnoz qoymayan həkimlərin fəaliyyəti ilə bağlı tədbirlər görülməsi üçün Agentliyə müraciət etmək. …
5. Vətəndaş müraciətinin araşdırılması qaydası 5.1.Vətəndaş müraciətləri Agentliyə daxil olduqda Agentlik vətəndaş müraciətlərinin Komissiyanın sədrinə təqdim edilməsini təmin edir. 5.2.Komissiyanın sədri vətəndaş müraciətini aldıqdan 1 iş günündən gec olmayaraq Komissiyanın çağırılmasını təmin edir. 5.3.Komissiya iclas zamanı müraciət etmiş vətəndaşı dinləyir, təqdim edilən sənədlərin araşdırılmasını, təhlilini və müzakirəsini aparır. Zəruri hesab edildikdə, Komissiya vətəndaşdan əlavə məlumatların təqdim edilməsini xahiş edə bilər. 5.4.Komissiya sədri hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün kifayət qədər sübutların toplanıldığını hesab etdiyi təqdirdə Komissiyaya səsvermə yolu ilə qərar qəbul edilməsini təklif edir. Qərar bu Əsasnamənin 4.10-cu hissəsinə uyğun olaraq qəbul edilir və protokollaşdırılır.
35. Yuxarıda qeyd olunan müdəların təhlilindən müəyyən olunur ki, vətəndaşların respublikadan kənarda müalicə almaq imkanı verən şərtlər komissiya haqqında əsasnamə ilə müəyyənləşdirilir. Xəstəyə konkret və obyektiv müayinə üsulları ilə diaqnoz təyin olunmuşdursa, xəstəliyin müalicəsi ölkəmizdə mümkün deyilsə, lakin ölkədən kənarda ümumi qəbul edilmiş müalicə üsulu mövcuddursa, ona xaricdə müalicə imkanı yaradılır. Konkret xəstəliyin respublikadan kənarda da müalicəsi mümkün deyilsə, komissiya göndərişlə bağlı qərar çıxara bilməz.
36. İddiaçı2 vətəndaşların xaricə müalicəyə göndərilməsi Azərbaycan Respublikasında xəstəliyin müalicəsinin mümkünsüzlüyü barədə mütəxəssis rəyi ilə müvafiq quruma müraciət edib-etməməsi (müraciət etdiyi halda nəticəsi) iş materialı ilə öz təsdiqini tapmır.
37. Bundan əlavə, İddiaçı2 dövlət hesabına Türkiyəyə müalicəyə göndərilməsinə köməklik göstərilməsi ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8in məktubunda göstərilmişdir ki, Birliyin Nizamnaməsinin 2.1-ci bəndinə əsasən, qaldırılan məsələ TƏBİB-in səlahiyyətinə daxil deyildir.
38. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli Fərmanı ilə təsdiq edilmiş Tibbi Ərazi Bölmələrini X1 görə:
1. Ümumi müddəalar 1.1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra – TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (bundan sonra – tibb müəssisələri) idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. 1.4. TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 1.6. Qanuna uyğun olaraq, TƏBİB-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. TƏBİB məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
3. TƏBİB-in vəzifələri və hüquqları 3.2.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
39. Beləliklə, TƏBİB-in Nizamnaməsinə görə, bu qurum dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Onun beynəlxalq fəaliyyəti yalnız fəaliyyət istiqamətlərinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və xarici dövlətlərin müvafiq təcrübəsini öyrənməkdən ibarətdir. Həmin fəaliyyət istiqamətləri isə Nizamnaməsinin 2-ci bəndində konkret şəkildə sadalanmışdır: TƏBİB-in fəaliyyət istiqamətləri aşağıdakılardır (Nizamnaməsinin 2.1-ci bəndi): 2.1.1. tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək; 2.1.2. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək; 2.1.3. tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək; 2.1.4. tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1823/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29.Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərini pozduğunu sübut etməlidir.
30. Göstərilənlərə əsasən, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçılar öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadıqlarından, cavabdehin iddia predmeti olan 19 oktyabr 2022-ci il tarixli, 1- 569/2-003/2 nömrəli məktubu inzibati orqanın (cavabdehin) qadağanedici hərəkəti deyil, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia düzgün olaraq mümkün sayılmamışdır. Belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu qadağanedici hərəkət hesab edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “X6 haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir.
32. Hazırkı mübahisəyə münasibətdə bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “X6 haqqında” Qanunun 23-cü maddəsinə görə, toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət X6nın həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur.
33. Cavabdeh də öz hüququndan istifadə edərək iddiaçılara etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, X6nın qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkətə yol verməmişdir.”
41. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina son nəticədə qanuni və əsaslı olduğundan, hazırkı iddia tələbi təmin oluna bilməz.
NƏTİCƏVİ HİSSƏ
42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçılar İddiaçı2 və X2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova