Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-402/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-un Xızı rayon Şöbəsinə qarşı “Dekabr 1970-ci il tarixdən aprel 1971-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Kirov adına maşınqayırma zavodunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Bakqazsazlama”da işlədiyi müddətlər nəzərə alınmaqla ona xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş və onun 63 yaşı xx.xx.2015–ci il tarixdən tamam olduğundan yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixə qədər NİPİ-də Neftkimyaavtomat sexində, xx.xx.1984–cü il tarixdən xx.xx.1991-ci il tarixə qədər zərərli iş şəraiti ilə, xx.xx.1992–ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər zərərli işdə işləməyi əmək kitabçasında göstərilmişdir. Dekabr 1970-ci il tarixdən, aprel 1971-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilə kimi Kirov adına maşınqayırma zavodunda zərərli işdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993–cü ilə kimi “Bakqazsazlama”da işlədiyi müddətlər əmək kitabçasında qeyd olunmamış, lakin ona verilən arxiv arayışlarında təsdiq olunmuşdur. xx xxx 1971-ci il tarixdən xx xxx 1973–cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət də daxil olmaqla onun ümumlikdə 12 il 8 ay 10 gün iş stajı vardır. Əmək pensiyasına çıxmaq üçün onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xızı şəhər şöbəsi etirazını onunla əsaslandırır ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2016-cı il tarixli arxiv arayışı, xx.xx.2016-cı il tarixli arxiv arayışı, “xxxx” ASC “xxxx” TASC-nin xx.xx.2017-ci il tarixli KS/10-50 saylı arxiv arayışları əmək kitabçanda qeyd edilmədiyi üçün həmin sənəd əsasında onun iş stajlarını hesablamaq mümkün olmamışdır. Həmin arayışlar barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görədə iddianın təmin olunması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, vətəndaş xx.xx.2018ci il tarixdə yaşa görə əmək pensiyasına çıxmaq üçün şöbəyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınlann azı 12 (on iki) il sosial–sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyalan haqqında“ Azərbaycan Respublikasının Qanunu” na əsasən əmək pensiyalann təyin olunması, sosial sığorta stajlarının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyalarının hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasındakı sığorta stajları təsdiq edildikdən sonra müəyyən olunur. Vətəndaş işlədiyi illər üçün şöbəyə “Azəriqaz" İstehsalat Birliyinin xx.xx.2016-cı il tarixli SOCAR**********42370042X07178 saylı arxiv arayışı, xx.xx.2016-cı il tarixli SOCAR**********60020100X00099 saylı arxiv arayışı, “xxxx“ ASC “xxxx” TASC-nin xx.xx.2017-ci il tarixli KŞ/10–50 saylı arxiv arayışlarını təqdim etmişdir. Həmin illər əmək kitabçasında qeyd edilmədiyi üçün vətəndaşın iş stajlarını hesablamaq mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan iddia tələbi ilə bağlı Sumqayıt inzibati-İqtisadi məhkəməsinin 2-1(85)- 2385/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı sosial sığorta stajı nəzərə alınmaqla,pensiya təyinatına yenidən baxılması öhdəliyi DSMFnin Xızı rayon şöbəsinin üzərinə vəzifə qoyulmuşdur. Həmin qərardan cavabdeh təşkilat apellyasiya və kasassiya şikayətləri vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək,inzibati iş yenidən baxılması Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci ildə keçirilən iclasının vaxtı və yeri barədə məlumat lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsus əmək kitabçalarının surəti, cavabdeh inzibati orqanın imtina məktubu, arayışlar və sair daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün və əsaslı iddiadır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə qərarın qəbul edilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddia qanunla müəyyən edilmiş müddət ərzində irəli sürüldüyündən mümkün iddiadır. Məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixə qədər NİPİ-də Neftkimyaavtomat sexində, xx.xx.1984–cü il tarixdən xx.xx.1991-ci il tarixə qədər zərərli iş şəraiti ilə, xx.xx.1992–ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər zərərli işdə işləməyi onun adına olan xx.xx.1969-cu il tarixli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər və onun əmək kitabçasında göstərilməyən arxiv arayışına əsasən hesablanmış 2 il 09 ay 14 gün əmək stajı, hərbi xidmətdə olduğu 2 il müddəti iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Qeyd olunan hesablama Sumqayıt İnzibati Məhkəməsinin müraciəti əsasında DSMF-nin Xızı rayon şöbəsi tərəfindən hesablanmışdır. İddianın hüquqi əsasına, yəni iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırıldıqda kişilərin yaşa görə əmək pensiyası hüququ 63 yaşında yaranmışdır. Eyni zamanda 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi iddiaçının 63 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən kişilərin pensiya yaşı 63 olmuşdur ki, iddiaçının 63 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixə, işlədiyi və üst-üstə düşən əmək stajı 12 il 06 ay 21 gün təşkil edir. Eyni zamanda məhkəmə Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən qeyd edir ki, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Bu səbəbdən də iddiaçıya 63 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən pensiya təyin edilməlidir. Sonda məhkəmə qeyd edir ki, iddiaçının yaşa görə pensiya almaq hüququ xx.xx.2015-ci il tarixdə yarandığından hazırki mübahisəyə xx.xx.2017-ci il tarixədək qüvvədə olan Əmək Pensiyaları haqqında qanunun və hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan digər qanunvericilik aklarının müddəalarına uyğun baxılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xızı rayon şöbəsinin üzərinə İddiaçı dekabr 1970-ci il tarixdən aprel 1971–cı il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Kirov adına maşınqayırma zavodunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Bakqazsazlama”da işlədiyi müddətlər nəzərə alınmaqla ona xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-402/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-402/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver