Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4025/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18- 10301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Musabəyov küçəsi 24 nömrəli yaşayış evindən cavabdeh X1 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması"na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müracilət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri Musabəyov küçəsi 24 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Hüququ xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18- 10301 reyestr nömrəli çıxarışla Dövlət Reyestrində qeydiyyata alınmışdır. Evində yaşamayan lakin qeydiyyatda qalmaqla özünə məxsus, Bakı şəhəri ünvan 1 ünvanında yaşayan xx.xx.1992-ci təvəllüdlü X1 iddiaçıya məxsus Xaçmaz şəhəri Musabəyov küçəsi, 24 nömrəfi yaşayış evində pasport qeydiyyatında qalır. Qeyd edir ki, Hikmət Novruzəliyevin həqiqətən 2016-cı ildən etibarən ona məxsus evdə yaşamaması qonşuların iştirakı ilə tərtib edilərək təsdiqlənmiş xx.xx.2022-ci il tarixli akt və Xaçmaz RİHB-nm Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli rəsmi arayışı ilə təsdiq olunur. Hikmət Novruzəliyevin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması barədə Cavabdehnə müraciət etmişdir. Cavabdehndən verilmiş xx.xx.2022-ci il tarixli 160-27221№-3222 saylı cavab məktubunda göstərilir ki, iddiaçıya məxsus ünvandan Hikmət Novruzəliyevin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi təqdim ediləcəyi halda mülkiyyəti təsdiq edən sənədlərlə Polis orqanlarına müraciət ediləcəyi təqdirdə onların pasport qeydiyyatından çıxarılması təmin olunacaqdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən cavabdeh tərəfindən həmin şəxslər mənə məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalı idilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, qeydiyyatdan çıxarılmasını istədiyi öz oğlu olduğu üçün ilkin olaraq müvafiq ümumi məhkəmədə istifadə hüququna xitam verilməsini tələb etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri Musabəyov küçəsi 24 nömrəli yaşayış evindən oğlu X1 pasport qeydiyyatından çıxarılmasını istəyir. Lakin iddiaçının oğlu olan X1 istifadə hüququnun olmaması mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, hazırkı iş üzrə üçüncü şəxs olan oğlunun yaşayış sahəsinə istifadə hüququnun itirilməsi bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev