Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4039/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.11.24-cü il tarixli P00234269DNJ saylı tibbi göndəriş əsasında qəbul etdiyi əlilliyin təyin olunmasından imtinaya dair xx.xx.2024-cü il tarixli qərarını ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyin-orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə anadan olmuş və 2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən Müharibəsində kiçik zabit gizir olaraq iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və hərbi tapşırığını yerinə yetirən zaman kəllə-beyin travması və digər xəsarətlər almış və AR MN-nin HHEK tərəfindən iddiaçının şəhadətləndirilməyi aparılmaqla Xəstəlik haqqında Şəhadətnaməyə əsasən iddiaçı “sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə isə hərbi xidmətə məhdud yararlı” hesab olunaraq təxris edilmişdir. N000347671GL saylı xx.xx.2022-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə kimi 2 illik müddətə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Lakin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 234269DNJ saylı tibbi göndərişə xx.xx.2024-cü ildə cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, ona əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq 2022-ci ildə əlillik dərəcəsi təyin olunmuş və həmin vaxt onun diaqnozu belə idi: “üzvü şəxsiyyət pozuntusu,orta depressiv epizod, intihar cəhtləri ilə özünü kəsmələrlə. 2024-cü ildə də eyni diaqnoz əsasında tibbi göndəriş cavabdeh orqana daxil olmuş, əlavə də bu müddət ərzində iddiaçının səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi göndərişə əlavə edilmişdir. Onu da qeyd edir ki, barəsində barəmdə həkim psixiatr Komissiyasının verdiyi rəylə də prof. B.Əsədov tərəfindən ona “2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozunu affektiv daxilolmalar, təkrarlanan intihar cəhtləri ilə F 07.0 fəlakət(müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi,özünə xəsarət yetirmələrlə F 62.0» diaqnozu və F32.2 diaqnozu təsdiq edilmişdir ki, bu da əlillik təyinatına əsas verir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, iddiaçı bir sıra səlahiyyətli tibb müəssisələri müayinədə olmuş və həmin müayinələr nəticəsində iddiaçının diaqnozu təsdiqlənmişdir. Dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə qəbul etmiş, lakin bu müalicələrə baxmayaraq iddiaçının səhhətində müsbət irəliləyiş olmamışdır. İddiaçı işləmir, ümumiyyətlə onu heç yerdə işə götürmürlər, ailə üzvləri, ətrafda olan insanlarla mübahisə edir, öz hərəkətlərini idarə etmək imkanında deyil, bütün bunlar müharibənin ona yaşatdığı psixoloji stres və aldığı travmaların nəticəsidir. Lakin cavabdeh orqan “diaqnozun əlillik əlamətini təyin etməməsi” səbəbi ona əlillik təyinatından imtina etmişdir. Halbuki eyni diaqnozla ona 2022-ci ildə 2 illik müddətə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Belə hesab edilir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və ona əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının xəstəlik diaqnozu əsasında cavabdeh tərəfindən təşkil edilmiş komissiya iddiaçının xəstəlik meyarlarımın əlilliyin təyin olunmasına əsas verdiyi halda, həmin xəstəliklərin təsdiq edilmədiyini qeyd etməklə həkim komissiyasının göndərişini əsassız saymış və kifayət qədər əsaslar olmadan ona əlillik dərəcəsi təyin etməkdən imtina edilmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2. 3.3, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” meyarlarına dair Əsasnamənin 2.1, 4.1, 4.3, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3, 3.4, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamənin 3.1.2-ci maddələrinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 2.2.1, 2.2.2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Abşeron rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7248 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Sağ bud nahiyəsinin yuxarı 1/3-nin bayır, sol bud nahiyəsinin yuxarı 1/3-nin içəri səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ saidin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Onurğa sütununun döş nahiyəsinin zirvəsi Th5 cismi olmaqla sağa doğru təsbit olunmayan yeddi (70) dərəcəli skoliozu. Sol böyrəyin konkrementi (4 mm). Sağ gözün mürəkkəb hipermetropik astiqmatizmi Hm 0,75D və Hm 1,75D, sol gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. 25, 36, 46-cı dişlərin ikincili adentiyası. 24-cü dişin kariyesi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi ‘Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü i! tarixli 4638/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, orta depressiv epizod, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10267/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı barotravma) şəxsiyyət pozuntusu, davranış pozuntuları. Orta depressiv epizod, intihar cəhdləri və özünü kəsmələrlə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 8147/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı barotravma) şəxsiyyət pozuntusu, davranış pozuntuları, orta depressiv epizod, intihar cəhdləri və özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13291578 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 185 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv daxilolmalar, təkrarlanan intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, qıcolmadan şikayətlənmişdir. Dərmanlardan Depakin 500mg gündə 1 dəfə, Zolomaks, Stimulaton qəbul etdiyini bildirmişdir. Zahirən sakit, nitqi səlis olmuşdur. Verilən suallara ardıcıl, məntiqi cavablar vermişdir. Anamnezində davranış pozuntularını, daimi manipulyativ hərəkətlərini ifadə etmişdir. Qıcolma dedikdə ayaqda yığılmalar, damar tutulmasını nəzərdə tutduğu məlum olmuşdur. İntellektual mnestik sferası yaşına uyğun izlənilmişdir. Təfəkkürü sərbəst, məqsədəyönlü olmuşdur. Qollarında 2022-ci ildə ƏƏSM Nazirliyinin qarşısında nümayişkar hərəkətlər zamanı etdiyi kəsiklər və tikiş izlərinin çapıqları izlənmişdir. Ötən müddət ərzində bu cür halların təkrarlanmadığını bildirmişdir. Həmin dövr əlillik müraciətləri ilə əlaqədar sosial şəbəkələrdə çoxsaylı çıxışlar edərək övladının xəstə olması ilə manipulyasiya etmiş, hazırda isə övladının olmadığını bildirmiş, daha sonra ikinci dəfə ailə qurduğunu etiraf etmişdir. Əlillik təyinatından sonra bir müddər Ağcabədi rayon qazilər cəmiyyətinin sədri olmuşdur. Ümumiyyətlə vətəndaş öz sosial şəbəkə səhifələrində psixi xəstəyə uyğun olmayraq hədsiz aktiv olmuş, daima adekvat çıxışlar etmiş, mütəmadi olaraq ictimai xarakterli qalmaqallı hadisələrdə fəal iştirak etmişdir. Demonstrativ olaraq hal- hazırda digər "qazilərdən" ayrılaraq YAP-a üzv olduğunu xüsusilə vurğulamışdır. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Anamnezdə intihar cəhdləri ilə. Sosial və ailə məişət adaptasiyası. Manipulyativ tendensiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi bərədə qərar qəbul edilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. X2nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında iddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 7248 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, özünün kəsmələrlə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu.sağ bud nahiyəsinin yuxarı 1/3-nin bayır, sol bud nayihəsinin yuxarı 1/3-nin içəri səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Sağ saidin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları” hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
11. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə iddiaçıya 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar əlillik təyin olunmuşdur.
14. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2025-ci il tarixli, T 376/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Eks Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Psixiati Xəstəxanası” tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, P00234269DNJ sa Forma 88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: S06.0- beynin silkələnməsi, partlayış travması, baş beyin silkələnməsi. Ağırlaşm F06.6-üzvi mənşəli emosional, labil (astenik pozuntu), üzvi emosional, pozuntu, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ mühari zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozun affektiv daxilolmalar, təkrarlanan intihar cəhdləri ilə. Yanaşı xəstəliklər: Y36.2- hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törər zədələnmələr, sağ bud nahiyəsinin yuxarı 1/3-nin bayır, sol bud nahiyəsinin yuxarı 1/3-nin içəri səthinin qəlpə yaralanması, M23.3-meniskin digər zədələnmələri. diz oynağının posttravmatik koksartrozu, medial meniskin zədələnməsi, ön çarpaz bağın dartılması” diaqnoz ona stasionarda müalicəsi zamanı kliniki, laborator instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı hazırkı psixi vəziyyəti mütəxəssis tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, anamnezdə intihar cəhdləri ilə, sosial və ailə-məişət adaptasiyası, manipulyativ tendensiya” müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər davranış pozuntuları qeyd olunmamışdır.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli, 3776 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0) müəyyən edilir. İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla diaqnozlu psixi pozuntunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə səbəbli əlaqəsi mövcuddur. Qərarda qoyulmuş digər suallara cavab olaraq bildirilir ki, qoyulmuş suallar şəxsin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, belə ki, müayinə nəticəsində şəxsin psixi vəziyyəti və hazırda onda aşkar edilən psixi xəstəlik, yaxud psixi pozuntuların diaqnozu tərtib edilmiş rəydə əks olunur. Qeyd edilməlidir ki, xəstəliyin yaxud psixi ozuntu nəticəsində əlilliyin təyin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə əlilliyin təyin olunması meyarları əsasında qiymətləndirilməsi “ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”X8 səahiyyətlərinə aiddir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
17. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
18. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
19. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
20. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə sistemə daxil edilərək xx.xx.2024-cü il tarixdə iddiaçıya SMS göndərilmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir.
21. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
b) Tətbiq edilən hüquq
22 . Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6-cı bəndinə əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz, 2 il.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
29. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
30. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli, 3776 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0) müəyyən edilir. İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla diaqnozlu psixi pozuntunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə səbəbli əlaqəsi mövcuddur. Qərarda qoyulmuş digər suallara cavab olaraq bildirilir ki, qoyulmuş suallar şəxsin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün onların məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, belə ki, müayinə nəticəsində şəxsin psixi vəziyyəti və hazırda onda aşkar edilən psixi xəstəlik, yaxud psixi pozuntuların diaqnozu tərtib edilmiş rəydə əks olunur.
32. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0. Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı).
33. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh X2 üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə 30 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 30 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli