Məhkəmə qərarları › İş №2-1(118)-404/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-404/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-404/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X2, Digər üçüncü şəxs Qobustan rayon Bələdiyyəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında 27 oktyabr 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv etmiş, 047/1 saylı sərəncamında Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. 047/1 saylı sərəncam 18 iyun 2019-cu il tarixdə verilmiş olsa da, iddiaçı həmin sərəncamdan Qobustan rayon İH-nin ona qarşı Qobustan rayon məhkəməsində qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair mülki işə baxılarkən xəbər tutmuş və həmin sərəncamın surətini məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilin noyabr ayının 11 və ya 12-də İHB-nın aparatının ümumi şöbəsindən ala bilmişdir. İddiaçı bildirmişdir ki, baş memarın məlumatının surətinin ona verilməsindən imtina olunmuşdur. Cavabdeh1 başçısı 18 iyun 2019-cu iltarixli 047/1 saylı sərəncamı Qobustan rayon məhkəməsində iddiaçının zərərinə olan 2(026)-157/2019-saylı qanunsuz, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına əsas olduğu, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüquqlarımı pozduğu üçün, 047/1 saylı sərəncam tamamilə qanunsuz, əsassız olduğundan iddiaçı məhkəmə qaydasında həmin sərəncamın ləğv olunmasını, pozulmuş hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sərəncamda göstərilir ki, iddiaçı tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur və yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi rayonun baş memarı Məzahir Əliyevə tapşırılsın. Məhz bu sərəncamdan sonra rayon İH iddiaçıya qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır, ona görə ki, yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin 05.08.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB 27.10.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyə əsasında müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı lahiyə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı 27.10.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi,“Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tululmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tulumuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. İddiaçının atasının vəfat etdiyi 10 noyabr 2018-ci ilin səhəri günü İH başçısı iddiaçını çağırmış və tikilini müavini Təranə adlı xanımla şərikli davam etdirib şərikli işlətməyi təklif və tələb etmişdir. İddiaçı gələcək təzyiqləri nəzərə alıb razılıq vermişdir. Təranənin əri ilə tikiliyə baxmağa getmiş, iddiaçı tikiliyə çəkilən xərcin məbləğini yarısını ondan istəmişdir. Həmin adam axşam zəng edəcəyini demişdir. Zəng etməmiş və bundan sonra başçı və baş memar tikilinin çəkilən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşüb-düşməməsi aydınlaşana kimi tikintini davam etdirməyə iddiaçıya imkan verməmişdirlər. Atasının ölümündən sonra tikinti apardığı ərazinin gah meşə fonduna aid olduğu, gah Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşdüyü bəhanəsi ilə iddiaçıya tikinti davam etdirməyə imkan verməmişdirlər, həm də başçının tikintini müavini ilə şərikli tikib işlətməyi təklifindən sonra iddiaçı başa düşmüşdür ki, avtovağzal bəhanədir, torpağı özləri üçün əlindən almaq istəyirlər və bu reyde basqınına “qanuni” don geyindirmək üçün 047/1 saylı sərəncam və Qobustan rayon məhkəməsində çıxartdıqları 2(026)-157/2019 saylı qətnamə ortaya çıxmışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki, 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliydə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsini daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Həmçinin, iddiaçıya Cavabdeh1 müvafiq sərəncamına əsasən maddi ziyan dəymiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti apardığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin, vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmişdir. Vətəndaşa dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşdan ərazini əvvəlki vəziyyətə gətirilməsi tövsiyyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsi boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qobustan Rayon Məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş 27 oktyabr 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün 18 iyun 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak 3-cü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yer Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mühafizə zolağına düşmür. Ona görə də mövcud mübahisə ilə bağlı qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə prosesində iştirak edən digər üçüncü şəxs Qobustan rayon Bələdiyyəsinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, iddiaçının mülkiyyətinə mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasının nəzərdə tutulmasına baxmayaraq həmin torpaq sahəsinin İddiaçı ayrılması mümkün olmamışdır. Belə ki, Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli 05 nömrəli qərarı ilə 120 kv.m torpaq sahəsinin X6 ayrılması məqsədilə həmin torpaq sahəsi üzərində Qobustan bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması haqqında qərar qəbul edilmişdir. Lakin DƏDRXdən həmin torpaq sahəsi üzərində yaşıllaşdırma salınması nəzərdə tutulması səbəbindən Qobustan bələdiyyəsinin adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Buna görə də Hikmət Sərkərova həmin torpaq sahəsinin yaxınlığında bələdiyəninin mülkiyyətində olan 0,12 ha torpaq sahəsi icarəsinə verilmişdir. Hal-hazırda həmin icarə müqaviləsinin ləğv edilməsinə dair Qobustan Bələdiyəsinin iddiasına Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-409/2020 nömrəli, 11.06.2020-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-48/2021 nömrəli, 23.04.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 409/2020 nömrəli, 11.06.2020-ci il tarixli qərarı ləğv edilərək, müvafiq işə baxılması üçün yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya qaydasında Ali Məhkəməyə şikayət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1133/2021 nömrəli, 14.09.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-48/2021 nömrəli, 23.04.2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Yuxarı instansiya məhkəməsinin mövqeyi nəzərə alınaraq mövcud mübahisənin hərtərəfli araşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işə 3-cü şəxs kimi cəlb edilmişdir. Məhkəmə prosesində ifadə verən üçüncü şəxsin nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mühafizə zolağına düşmədiyini bildirmişdir. Bununla da araşdırma zamanı cavabdeh təşkilatın yuxarı instansiya məhkəmələrinin qərarlarında mübahisə ilə bağlı qərar verərkən Azərbaycan X1i mənafelərinə toxunulması ilə bağlı hər hansı bir halın olması öz təsdiqini tapmadı. Lakin məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi aşağıdakı göstərilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qobustan rayonu Qobustan Bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 05 nömrəli qərarına əsasənQobustan Bələdiyyəsinin alğı-satqı predmeti olan 120 m2 torpaq sahəsinin (müvafiq torpaq sahəsinin bələdiyyə torpaqları olması iş materiallarında olan 16165 nömrəli, 23.09.2019-cu il tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır) İddiaçı sahibkarlıq məqsədilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Qobustan rayon Bələdiyyəsinin müvafiq qərarı nəzərə alınmaqla Cavabdeh1 başçısı 27 oktyabr 2015-ci il tarixdə İddiaçı sahibkarlıq məqsədilə qeyri-yaşayış obyektinin tikilməsinə Sərəncam vermişdir. Daha sonra Cavabdeh1 “İnzibati İcraat Haqqında” qanunun tələblərini nəzərə almaqla özünün səlahiyyətlərindən istifadə edərək, əvvəllər qəbul etdiyi 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamı qanunamüvafiq qəbul edilmədiyinə əsaslanıb, 18 iyun 2019-cu il tarixdə yenidən Sərəncam verərək Cavabdeh1 başçısının 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamını ləğv etmişdir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh1 başçısının 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamında İddiaçı məxsus 192 m2 ölçüdə rayon icra hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmişdir. Daha sonra cavabdeh inzibati orqan həmin Sərəncamın qanunsuz olduğu qənaətinə gələrək, 18 iyun 2019-cu il tarixli 047/1 nömrəli sərəncamı ilə 099 nömrəli 27.10.2015-ci il tarixli inzibati aktı ləğv etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunidir. Nəzərə alınmalıdır ki, “İnzibati İcraat Haqqında” qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh1 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamında mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı məxsus olmasının göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin Hikmmət Sərkarovla bağlı heç bir bağlılığı yoxdur. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.3.1-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edilərkən ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və tikinti layihəsi təqdim edilməlidir. Lakin Qobustan rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi 18 yanvar 2022-ci il tarixli 001 saylı məktubundan məlum olmuşdur ki, Cavabdeh1 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamının verilməsi əsas olmuş sənədlər arxivdə mövcud deyil. Tələb olunan sənədlərin müvafiq sərəncamın verilməsi zamanı təqdim edilməməsi həmçinin işin araşdırılan hallarından məlum olmuşdur. Göründüyü kimi Cavabdeh1 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamı özü özlüyündə qanunsuz inzibati aktdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamı torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına razılığın verilməsi ilə bağlı olmuşdur və həmin torpaq sahəsinin Himət Sərkərova aidiyyatının olmaması səbəbindən torpaq sahəsi ilə qarşılıqlı əlaqəsi 27.10.2015-ci il tarixli Sərəncamı ləğv edən 18 iyun 2019-cu il tarixli Sərəncamın mübahisələndirilməsinə də Hikmət Sərkərovun subyektiv hüququ yoxdur. Yəni, həmin Sərəncamlar birbaşa Hikmət Sərkərovla bağlı deyil, onun sahibliyində olmayan torpaq sahəsinin üzərində tikinti işlərinin aparılması ilə bağlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Cavabdeh1 099 nömrəli 27.10.2015-ci il tarixli Sərəncamına əsasən Hikmət Sərkərovun düşdüyü ziyanla bağlı Cavabdeh1nə qarşı maddi tələb ilə bağlı iddia qaldırmağa hüququ var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin 18 iyun 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar