Məhkəmə qərarları › İş №2-1(118)-404/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-404/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-404/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin 13 kv.m hissəsini çıxılmaqla yerdə qalan hissəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına verilmiş 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatından əsassız olaraq imtina edilmişdir. Belə ki, cavab məktubunda göstərilir ki, “Aparılan araşdırma zamanı vətəndaşa Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizənizə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızının soyadının dəyişdirilməsi ilə bağlı hər hansı bir sənəd hazırkı ərizənizə əlavə edilməmişdir... Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir”. Cavabdan da görünür ki, cavabdeh müxtəlif bəhanələrlə uzun müddət ərzində süründürməçilik etmiş və nəhayətdə əsaslandırılmamış və qanunsuz cavab vermişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Abşeron rayonu icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamından çıxarışdan görünür ki, 13 saylı ərazidən X2 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikilməsinə icazə verilmişdir. Abşeron rayon Dövlət Arxivindən verilmiş xx.xx.2014-cü il tarixli F-1003 saylı arayışdan görünür ki, Saray bələdiyyəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə X2 fərdi yaşayış evi tikilməsi üçün 13 saylı ərazidən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Saray bələdiyyəsi tərəfindən verilmiş Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin rəisi Xudaverdiyevə ünvanladığı xx.xx-2014-cü il tarixli 275 saylı arayışda göstərilir ki, Xalıqverdiyeva (Nurməmmədova) Nailə Mütəllim qızına həqiqətən də Abşeron Rayonu İNB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 07.101999-cu il tarixli 35 saylı qərarına əsasən fərdi ev tikilməsi üçün verilmiş 0,10 torpaq sahəsinin torpaq vergisi yoxdur. Abşeron rayon Saray Bələdiyyəsindən verilmiş xx.xx-2014-cü il tarixli 171 saylı arayışda göstərilir ki, Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx- 1999-cu il tarixli 35 saylı sərəncamına əsasən vətəndaş Xalıqverdiyeva (Nurməmmədova) Nailə Mütəllim qızına fərdi ev tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etmir. Xalıqverdiyeva (Nurməmmədova) Nailə Mütəllim qızına ayrılmış torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon Şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş xx.xx-2011-ci il tarixli Abşeron rayon X3 çıxarış verilmişdir. Göründüyü kimi cavabdeh baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə əlavə etmədikləri barədə göstərilənlər tam əsassızdır. Bundan başqa cavab məktubunda göstərilən Nurməmmədova (Xalıqverddiyeva) Nailə Mütəllim qızının soyadının dəyişdirilməsi ilə bağlı hər hansı bir sənədin ərizəyə əlavə edilməməsi barədə göstərilənlər də həqiqətə uyğun deyil. Belə ki, iddia ərizəsinə əlavə etdiyi nikaha daxil olma haqqında 07 avqust 1987-ci il tarixli şəhadətnamədən görünür ki, nikaha daxil olanadək Nailənin soyadı Xalxverdiyeva olmuş nikaha daxil olduqdan sonra isə soyadı dəyişdirilərək Nurməmmədova olmuşdur. X6 xx.xx-2022-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisindən verilmiş 30 oktyabr 2022-ci il tarixli 1818 saylı arayışdan görünür ki, xx.xx-2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdur və onun ərizəsinə əsasən iddiaçı tərəfindən V-533/2022 saylı vərəsəlik işi açılmışdır. Torpaq sahəsi uzun müddətdir ki, X5 verilmişdir. Uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. İddiaçı Mülki Məcəllənin 158.1.2-ci 158.4-cü 159-cu maddələrinin tələblərinə müvafiq olaraq qeyd edir ki, Nailə Nurməmmədovanın torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları yaranmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün cavabdeh tərəfindən reyestrdən çıxarış verməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin 13 kv.m hissəsini çıxılmaqla yerdə qalan hissəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və iddiaçının vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızının soyadının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən İdarəyə hər hansı bir sənəd təqdim edilmədiyi müəyyən olunmuşdur. 07 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanın 3-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş müddət ərzində fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyqun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısr’nm təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixində 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin 13 kv.m hissəsini çıxılmaqla yerdə qalan hissəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızının soyadının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən İdarəyə hər hansı bir sənəd təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehi imtinası əsaslı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, nikaha daxil olanadək iddiaçı X1 Xalıqverdiyeva olmuş nikaha daxil olduqdan sonra isə soyadı dəyişdirilərək Nurməmmədova olmuşdur. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisindən verilmiş 30 oktyabr 2022-ci il tarixli 1818 saylı arayışdan görünür ki, X4 vərəsəsi İddiaçıdur və onun ərizəsinə əsasən iddiaçı tərəfindən V-533/2022 saylı vərəsəlik işi açılmışdır. İş materiallarından görünür ki, Abşeron rayonu icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamından çıxarışa əsasən 13 saylı ərazidən X2 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikilməsinə icazə verilmişdir. Sözügedən Sərəncamın arxivdən çıxarışı mövcuddur. Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli məktubunda Abşeron rayonu icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999cu il tarixli 35 saylı sərəncamına əsasən X5 fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədikləri qeyd edilmişdir. 0.10 ha torpaq sahəsi göstərilməklə Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmənin 2-1(118)-2367/2023 xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-0000564 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmadığından və torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır , lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron baza məlumatına əsasən iddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatlarının 13 kv.m hissəsi **********02 reyestr nömrəli çıxarışa əsasən X8 mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılmışdır. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz, inzibati orqanın qeyd etdiyi əsaslar iddiaçının hüquqları məhdudlaşdırmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən : Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin 13 kv.m hissəsini çıxılmaqla yerdə qalan hissəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin 13 kv.m hissəsini çıxılmaqla yerdə qalan hissəsinin Nurməmmədova (Xalıqverdiyeva) Nailə Mütəllim qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar