Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4044/2023 27.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi xx.xx.2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək N saylı hərbi hissəsindən xidmət dövrünü N ay- xx.xx.2020-ci ildən 27 yanvar 2021-ci il tarixədək nəzərə alınaraq həmin dövr üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqidləşdirərək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi xx.xx.2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Səfərbərlik haqqında” Qanununa əsasən Binəqədi rayon İdarəsi tərəfindən nəqliyyat vasitələrinin N saylı hissəyə təhvil verərkən sürücü kimi döyüş əməliyyatlarında yerinə yetirilməsində iştirak etmişdir. Hərbi hissə tərəfindən ona verilmiş arayışda xidmətin müddəti cəmi 13 gün göstərilmişdir. Hərbi hissə tərəfindən ona verilmiş 109 nömrəli yol vərəqəsində isə tarix xx.xx.2021-ci ilə kimi göstərir ki, bu da 13 gün müddət deyil daha çox vaxt xidmət etdiyini təsdiq edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, imtina cavabı almışdır. İddiaçı idida tələbini müdafiə etdi və iddia ərizəsinin dəlilərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı Əbilov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən N nömrəli hərbi hissəyə təyin olunmuş "xxxx" MMC-yə məxsus nəqliyyat vəsitəsini təhvil vermək üçün xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsi ilə N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, cəmi 60 gün ezamiyyətdə olmuşdur. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi vəzifəli kimi hərbi xidmətə çağırılmadığı üçün hərbi hissədə ştat üzrə heç bir vəzifəyə təyin olunmamışdır (işə qəbul edilməmişdir) və bu səbəbdən də hərbi hissə tərəfindən ona pul təminatı (əmək haqqı) ödənilməmişdir.Qeyd edilənlərdən göründüyü kimi İddiaçı N nömrəli hərbi hissədə hərbi qulluqçu kimi hər hansı vəzifəyə təyin edilməmişdir, həmçinin mülki işçi kimi o işə qəbul olunmamışdır.Bu səbəbdən də N nömrəli hərbi hissədə ezamiyyətdə olmuş İddiaçı pul təminatının (əmək haqqının) ödənilməsi, mövcud normativ hüquqi sənədlərin tələblərinə zidd olduğu üçün mümkün deyildir. İş materiallarında olan : - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin 16 fevral 2021-ci il tarixli 416 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən SHXÇDX-nin Binəqədi rayon idarəsi tərəfindən hərbi nəqliyyat vasitələri N saylı hərbi hissəyə təhvil verilərkən sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. - N saylı hərbi hissənin N yanvar N -ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqələrindən görünür ki, İddiaçı sürücü kimi N saylı hərbi hissənin tərkibində N gün müddətinə döyüş bölgəsinə ezam olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Vətən müharibəsi zamanı N ay ərzində döyüş bölgəsində sürücü kimi fəaliyyət göstərdiyinə istinad edərək həmin dövr üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 315 saylı əmri ilə İddiaçı "xxxx" MMC_də göndərilmiş şəxs kimi ezamiyyətə gəlmiş hesab edilmiş və xx.xx.2020-ci il tarixli 375 saylı əmri ilə ezamiyyətdən getmiş hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hərbi qulluqçu hesab edilmədiyi, hərbi qulluqçu və ya mülki işçi kimi işə qəbul edilmədiyindən və mülki şəxs kimi işlədiyi iş yerindən əmək haqqı saxlanıldığından ona Müdafiə Nazirliyi tərəfindən əmək haqqı ödənilməsinə dair tələbi əsassızdır. Azərbaycan Respyblikası Maliyyə Nazirliyinin “X2”nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-01 nömrəli Qərarının 5-ci maddəsinə uyğun olaraq ezam olunan işçiyə ezamiyyətə getməmişdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir, 9-cu maddəsində isə ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4044/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4044/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver