Məhkəmə qərarları › İş №2-1(118)-4045/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4045/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4045/2024 06.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən məhkəmənin yekun aktı qəbul edilənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən məhkəmənin yekun aktı qəbul edilənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan, yəni 20 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, iddiaçının xx.xx.1973cü ildən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Qafan rayonunda yerləşən Aqarak Mis-Molibden kombinatında yeraltı dağ mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hazırki tarixədək yaranmış fərqin bidəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Sumqaıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərarad dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən ona məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təyin edilmiş pensiyanın ödənilməsi xx.xx.2023-cü il tarixdən kəsilmişdir və dəfələrlə müraciət etməsinə baxmayaraq bərpa edilməmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərtək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, sözegedən məhkəmə qərarı qüvvədə olsa da, qərar çıxarılarkən istinad olunan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin həqiqliyinə şübhələr yaranmışdır. Bu səbəbdən hesab edir ki, iddiaçıya əsassız olaraq əmək pensiyası təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur hüquqi baxımdan etibarlıdır, yəni qüvvəsini saxlamaqdadır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-1319/2018 nömrəli, 12 aprel 2018-ci il tarixli qərarı həmin iddia təmin edilmişdir. İddiaçının hazırkı iş üzrə qaldırdığı iddia tələbi isə yuxarıda qeyd edilən məhkəmə qərarı ilə təyin edilmiş əmə k pensiyasının ödənilməsinin dayandırılması ilə bağlı olmuşdur. İPM-nin yuxarıda istinad edilən 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan əlavə, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkün olduğu müddəaları baxımından, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan əlavə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mübahisə predmeti haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, hazlrki tələb üzrə artıq məhkəmənin qanunui qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan və icraya yönəldildiyindən yenidən eyni iddianın qaldırılmasına zərurət yoxdur. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, məhkəmə qərarının icra edilməsi üçün işə baxan məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən məhkəmənin yekun aktı qəbul edilənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar