Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-405/2021 16.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci ilədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 1A-6674 saylı , xx.xx.2020-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2020-c il tarixli 9/2-3615 nömrəli arayışına əsasən 706 nömrəli hərbi hissə komandirinin yanvar-oktyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında iddiaçının xidməti barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2- 1(112)-4789/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı N88-ci ildən N91-ci ilin may ayına kimi Laçın rayonunun müdafiəsi ilə əlaqədar yaradılmış könüllü özünümüdafiə dəstəsinin tərkibində Erməni təcavüzkarlarına qarşı mübarizə aparan könüllü döyüşçülərdən biri olmuşdur. Sonra isə yeni yaradılmış N saylı hərbi hissənin tərkibinə daxil olmuşdur. xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində xidmət etməklə iştirak etməsi ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində həmin hərbi hissənin komandanlığı tərəfindən qeyd edilmiş və hərbi hissənin rəsmi möhürü ilə təsdiqlənmişdir. Həmin hərbi biletin 6-cı səhifəsində isə iddiaçının göstərilən hərbi hissənin tərkibində xx xxxx N92-ci il tarixdən əmrlə hərbi hissənin tərkibinə daxil olub, hərbi xidmət keçməsi və xx xxxxxxx N92-ci il tarixdə isə N nömrəli əmrlə onun sıralarından çıxmağı qeyd edilmiş, daha sonra həmin qeyd hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant İmanovun imzası və möhürü ilə təsdiq edilmişdir. «Veteranlar haqqında» xx xxxx N94-cü il tarixli 841 saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 saylı qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən, N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və ‘”Müharibə veteranı vəsiqəsi” verilir. “Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bununla əlaqədar olaraq 20N-cu il tarixdə məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, iddiaçıya xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə, “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi” nin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına etdiyi müraciətə verilmiş cavabda bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adı və “Müharibə veteranı” vəsiqəsi verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (İddiaçı hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş äurəti, şəxsiyyət vəsiqəsinin surətini) hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə ətraflı yazılmış ərizə və ərizəyə əlavə edilmiş ona məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətini, N88-ci il tarixdən N92-ci ilin may ayına kimi Laçın rayonu ərazisində könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməyinə dair Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Başçısının Güləbird kəndi üzrə nümayəndəsinin verdiyi arayışı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına göndərmişdir. Həmin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən alınmış və xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx xxx 2020-ci il tarixli 1/A-6674 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, X5 adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sınm xx xxxxx 2020ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. İddiaçının hərbi xidməti Arxiv arayışı ilə təsdiqlənmədiyindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx xxx 2020-ci il tarixli məktubu iddiaçıya poçt vasitəsi ilə xx xxx 2020-ci il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının iddiaçının hərbi xidmətinin Arxiv arayışı ilə təsdiqlənməməsi səbəbindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmaması barədə qərarı qanuna zidd və əsassızdır. Belə ki, “Veteranlar haqqında” xx xxxx N94-cü il tarixli 841 saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən, N88-ci il fevralım 1-dən N94-cü il mayın 12- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və “Müharibə veteranı vəsiqəsi” verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, “Müharibə veteranı” adının və “Müharibə veteranı vəsiqəsi”nin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş olması faktı yetərlidir. Bu fakt isə həmin normada deyildiyi kimi, bir neçə alternativ sənəd əsasında müəyyən edilə bilər. Həmin alternativ sənədlərdən biri iddiaçının-xx xxxxxx N55-ci il təvəllüdlü İddiaçı hərbi biletinin mövcudluğudur. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində iştirak etməsi ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində həmin hərbi hissənin komandanlığı tərəfindən qeyd edilmiş və hərbi hissənin rəsmi möhürü ilə təsdiqlənmişdir. Həmin hərbi biletin 6-cı səhifəsində isə iddiaçının göstərilən hərbi hissənin tərkibində xx xxxx N92-cü il tarixdən hissənin tərkibinə daxil olub, hərbi xidmət keçməyi və xx xxxxxxx N92-ci il tarixdə isə onun sıralarından çıxmağı, yəni qanuni əsaslarla tərxis olunmağı qeyd edilmiş, daha sonra həmin qeyd hərbi hissənin qərargah rəisi polkovnikleytenant İmanovun imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Başçısının Güləbird kəndi üzrə icra nümayəndəliyinin verdiyi arayışına əsasən, iddiaçının N88-ci ilin yanvar ayından N92-ci ilin may ayına kimi Laçın rayonu ərazisində fəaliyyət göstərən könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Beləliklə, iddiaçıya məxsus hərbi biletin 6-cı və 7-ci səhifələrində olan qeydlərdən görünür ki, iddiaçı xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx xxxxx 2020-ci il tarixli iclasında qəbil edilmiş qərar “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunüna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə ziddir. Cavabdeh orqanın qeyd etdiyi kimi İddiaçı hərbi xidmətdə olmağı barədə faktın Arxiv arayışı ilə təsdiqlənməməsi və aşkar edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Başqasının təqsiri səbəbindən (sənədlərin düzgün tərtib edilməməsi və aidiyyatı qurumlara təhvil verilməməsi) iddiaçının xidmət etməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumatın aşkar edilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, o, nə sənədləri tərtib edən, nə də ki, həmin sənədləri aidiyyati qaydada müvafiq qurumlara təqdim etməli olan şəxs olmuşdur və qanunvericiliklə onun üzərinə belə bir vəzifə qoyulmamışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun N.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçı hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. Cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı bunun əksini sübut edəcək nə hər hansı bir hal aşkar edilmiş, nə də ki, məhkəməyə sübut təqdim edilmişdir. Belə olan halda, iddiaçı hesab edir ki, xx xxxx N92-ci il tarixdən xx xxxxxxx N92-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün xx xxxxxx N55-ci il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adı və “Müharibə veteranı vəsiqəsi” verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Cavabdeh buna etiraz edib bildirir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün xx xxxxxxxx N95-ci il tarixli 216 Nq-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi, və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N88-ci il fevralın 1-dən N91 -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91 -ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Mərkəzi Arxivin xx.xx.2020ci il tarixli 9/2-3615 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin yanvar-oktyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, ***-**** saylı məktubunda qeyd olunur ki, N (, 850) №li hərbi hissə komandirinin yanvar-oktyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməlidir. Lakin hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, arxiv arayışına əsasən N (, 850) №li hərbi hissə komandirinin yanvar-oktyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilənlər inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir və buna görədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-405/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-405/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver