Məhkəmə qərarları › İş №2-1(118)-405/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-405/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-405/2025 29.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X19 Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş xx.xx.2015-ci il tarixli, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Qusar rayonu, X18 kəndi ərazisində yerləşən və mənim xüsusi mülkiyyətimdə olan 0,3 ha torpaq sahəsi üzərindəki hüquqi vəziyyətdə olan uyğunsuzluğun aradan qaldırılması və mənə məxsus 0,3 ha torpaq sahəsinin naturada mənə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə icraatı ərəfəsində iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, X18 kəndi ərazisində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,3 ha torpaq sahəsi ilə X1 adına verilmiş **********32 reyestr nömrəli, X10 adma verilmiş **********73 reyestr nömrəli və X7 adına verilmiş **********74 və **********46 reyestr nömrəli Çıxarışlarda göstərilən torpaq sahələri bir-biri ilə kəsişirlər. Həmin torpaq sahələri üzərindəki hüquqi vəziyyətdə olan uyğunsuzluğun aradan qaldırılması və ona məxsus 0,3 ha torpaq sahəsinin naturada ona təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh təşkilatdan verilmiş 3-21-3-34/2-Y-00xx-xx/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda ona məxsus həmin torpaq sahəsində digər vətəndaşlara məxsus çıxarışların olmasının aşkar edilməsi bildirilmiş, lakin mülkiyyətində olan 0,3 ha torpaq sahəsinin naturada ona təhvil verilməsi məsələsi həll edilməmiş və onun adına verilmiş MH seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Çıxarış cavabdeh təşkilatın kompüter bazasında ümumiyyətlə aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclaslarının təxirə salınmasına münasibətdə bildirilir ki, inzibati işin uzun müddət icraatda olması və təqdim edilən sübutların yekun məhkəmə aktının qəbul edilməsinə kifayət edilməsini nəzərə alaraq, müvqfiq qərarın qəbul edilməsi məqsədəmüvafiq hesab edildi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Qusar rayonu, X18 kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********* qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası zamanı və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz torpaq sahəsi üzərində mübahisə mövcudddur. Belə ki, həmin torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adma dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin planı vəölçüsünün hazırlanması mümkün olmamışdır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubla imtina olunmuşdur. Bundan sonra, İddiaçı Qusar rayonu X18 kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-24/2-Y-00xx-xx/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Bununla əlaqədar bildiririk ki, əraziyə baxış keçirərkən məlum olmuşdur ki, sözü gedən həmin torpaq sahəsində digər vətəndaşlara məxsus çıxarışların olması aşkar olunmuşdur”. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə qarşı etiraz edən üçüncü şəxs X5 bildirmişdir ki, Qusar rayonu, X18 kəndində onun xüsusi mülkiyyətində 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 07 dekabr 2015-ci il tarixli, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla və Torpaq sahəsinin planı və ölçüsü ilə təsdiq edilir. İddiaçı həmin torpaq sahəsini X8 Qusar rayon Notariat Kontorunda 28 noyabr 2015-ci il tarixdə 4Ə-1116 nömrəli alqı-satqı müqaviləsini bağlamaqla almış, yuxarıda qeyd olunan Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü də onun adına həmin alqı-satqı müqaviləsi əsasında verilmişdir.X14 isə həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunda bağlanmış 17 avqust 2007-ci il tarixli 4ə-2-201 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpağın ilkin sahibi X4 almışdır.X14 həmin torpaq sahəsini aldığı vaxtdan dəmir tor setka ilə hasarlayıb bağlamış, torpaq sahəsinə öz adına həm Çıxarış, həm də ki, Torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin 0,30 ha torpaq sahəsi alınan vaxt torpaq sahəsinin ilkin sahibi X6 və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşı İlham Əlixlalovun iştirakları ilə yerində X11 təhvil verilmiş, bu barədə bölg planı tərtib edilərək hər üçü tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin bölgü planına uyğun həmin 0,30 ha torpaq sahəsi X9 adına Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçı da həmin 0,30 ha torpaq sahəsini olduğu kimi, yəni dəmir tor setka ilə hasarlanmış şəkildə almış, hasarları özü təzədən təmir etmişdir. Həmin torpaq sahəsinə onun adına yuxarıda qeyd etdiyi mülkiyyət sənədləri verilmişdir.İddiaçı isə həmin 0,30 ha torpaq sahəsini onun guya 23 may 2006-cı il tarixdə Qusar rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin ilkin sahibi X4 aldığını, həmin torpaq sahəsinin DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16 iyun 2006-cı il tarixli, **********16 reyestr nömrəli Çıxarışa əsasən ona məxsus olduğunu iddia edir. İddiaçı həmin torpaq sahəsinə onun tərəfindən çəkilmiş dəmir tor setkaları özbaşına dağıtmış və həmin torpaq sahəsini qanunsuz olaraq mişar daşı ilə hasarlamışdır. Bundan xəbər tutan kimi onlar İddiaçı tərəfindən həmin torpaq sahəsində hər hansı işlərin aparılmasının qarşısını almışdır. Torpaq sahəsinə lap əvvəldən onun çəkdiyi dəmir tor hasarın qalıqları hal-hazıradək torpaq sahəsinin ətrafında mövcuddur.İddiaçı ona məxsus həmin 0,30 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün cavabdeh DƏDKR-in 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir.Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 07 dekabr 2015-ci il tarixli, **********32 reyestr nömrəli Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsünə əsasən onun mülkiyyətində qeydiyyata alındığı üçün, İddiaçı xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin dəqiq bölgü sxemi mövcud olmadığı üçün, habelə İddiaçı adına verilmiş **********16 reyestr nömrəli Çıxarış TEKUİS və AZKAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında öz əksini tapmadığı üçün, DƏDKR publik hüquqi şəxsin 5 saylı Ərazi İdarəsi İddiaçı həmin ərizəsinin icrasından haqlı olaraq imtina etmişdir.Bundan sonra İddiaçı onun adına verilmiş 16 iyun 2006-cı il tarixli, **********16 reyestr nömrəli Çıxarışda qeyd olunmuş Qusar rayonu, X18 kəndində yerləşən 0,30 ha torpaq sahəsi barəsində dövlət reyestrindəki uyğunsuzluğun aradan qaldırılması və torpaq sahəsinin naturada təhvil verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Daha sonra İddiaçı Mardaxaycviçə qarşı onun adına daşınmaz əmlakın dövlət reyestrində əsassız aparılmış 16 iyun 2006-cı il tarixli, **********16 reyestr nömrəli qeydiyyatın və bu barədə olan Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsini vermişdir. Bundan sonra İddiaçı ilkin iddianı dəqiqləşdirərək onun adına verilmiş 07 dekabr 2015-ci il tarixli, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın, Torpaq sahəsinin plam və ölçüsünün ləğv edilməsini tələb elmişdir. Hal-hazırda hesab edir ki, onun, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində əsassız aparılmış 16 iyun 2006-cı il tarixli, **********16 reyestr nömrəli qeydiyyatın və bu barədə olan Çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia irəli sürməyinə ehtiyac yoxdur. Belə ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin dəqiq bölgü sxemi yoxdur və iddiaçının adına verilmiş **********16 reyestr nömrəli Çıxarış TEKUİS və AZKAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında öz əksini tapmamışdır. İddiaçı xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə heç bir sübut yoxdur. Həm də qeyd etməlidir ki, iş materiallarında olan JN-0070 KOD 30106048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, torpaq sahəsinin ilkin sahibi X6 və ailə üzvlərinin birgə mülkiyyətlərində 4,43 ha torpaq sahəsi mövcud olmuşdur, ola bilər ki, İddiaçı iddia etdiyi 0.30 ha torpaq sahəsi ilkin mülkiyyətçilərə məxsus həmin cəmi 4,43 ha torpaq sahəsinin digər bir hissəsində yerləşir. Ona görə onun İddiaçı qarşı onun adına olan 16 iyun 2006-cı il tarixli, **********16 reyestr nömrəli qeydiyyatın və bu barədə olan Çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia irəli sürməyinə heç bir lüzum qalmır. İddiaçı ona və DƏDKR-in 5 saylı Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğundan təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-24/2-Y-00xx-xx/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, xx.xx.2006-cı il qeydiyyat tarixli, **********16 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********32 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin surəti, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, JN-0070 KOD 30106048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3- 34/2-17354/2024 nömrəli mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3- 24/2-Y-00xx-xx/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Daha sonra inzibati məhkəmə icraatı ərəfəsində iddiaçı çıxarışın və torpaq sahəsinə dair plan və ölçü sənədinin ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmiş və məhkəmə tərəfindən onun dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Belə ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanması və torpaq sahəsinin naturadan ona tanıdılmasından ibarətdir. Bununla bağlı cavabdehə müraciət etsə də onun müraciəti, iddia etdiyi torpaq sahəsinin koordinatları bağqa şəxsə məxsus torpaq sahəsinə aid olması səbəbindən icra edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək, üçüncü şəxsə məxsus torpaq sahəsinə dair çıxarış və plan və ölçü sənədinin ləğv edilməsi niyyətindədir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-17354/2024 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, “ iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,30 hektar torpaq sahəsi naturada faktiki 0.27 hektar ölçüdə olması müəyyən olunmuşdur. İddiaçının naturada göstərdiyi torpaq sahəsi JN-070 KOD 30106048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlar daxilində yerləşməklə, 70Q planşet nömrəli 3.44998 hektar torpaq sahəsinə uyğundur. İddiaçının naturada göstərdiyi torpaq sahəsi, elektron xəritə məlumatlarına əsasən X1 xüsusi mülkiyyətində olmaqla 0.30 hektar təşkil edir, X2 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********32 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı etdiyi torpaq sahəsinin özünün istifadəsində olduğunu bildirmişdir.Qeyd: İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********6 reyestr nömrəli çıxarış TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmamışdır və naturada faktiki 0,27 hektar ölçüdə olması müəyyən olunmuşdur (yəni torpaq sahəsində 0.03 hektar azalma mövcuddur)”. Göründüyü kimi, iddiaçının naturada göstərdiyi torpaq sahəsi, elektron xəritə məlumatlarına əsasən X3 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli, ********** qeydiyyat nömrəli və **********32 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarından o da müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair koordinatlar, torpaq sahəsinin dəqiq bölgü sxemi təqdim edilmədiyindən və eyni zamanda İddiaçı məxsus hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********6 reyestr nömrəli çıxarış TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmadığından onun tələbi təmin edilə bilməz. Belə ki, təqdim edilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********32 reyestr nömrəli çıxarış, torpaq sahəsinin plan ölçü sənədləri və bölgü sxemi ilə X1 mülkiyyət sənədləri mövcuddur. Hal-hazırda koordinatları, yeri və torpaqların elektron kadastrı uçotu məlumat bazasında mövcud olmayan iddiaçının iddia etdiyi torpaq sahəsinə görə üçüncü şəxsin mülkiyyət hüquqlarına müdaxilə yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən mülkiyyət sənədlərinin ləğv edilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş xx.xx.2015-ci il tarixli, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar