Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4059/2023 17.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6893 nömrəli, KOD 30304028 kodlu şəhadətnamə əsasında Quba rayonunun Zizik kəndi ərazisindən istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, hazırki iddia ərizəsinə əlavə edilmiş, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6893 nömrəli, KOD 30304028 kodlu Şəhadətnamə əsasında Quba rayonunun Zizik kəndi ərazisində yerləşən, istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və həmin qeyddən çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (sadəcə DƏDK və Rİ publik hüquqi şəxsin 5 saylı XƏİ) müraciət etmişdir. Cavabdeh DƏDK və Rİ publik hüquqi şəxsin 5 saylı XƏİ ərizənin təmin edilməsindən qanunsuz olaraq yayınaraq xx.xx.2023-cü il tarixli, № 3-21-3-34/2- U-0003- 8/2023 saylı məktubu ilə bunu belə əsaslandırmışdır: «Bildiririk ki, İddiaçı adına verilmiş JN-6893 KOD 30304028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edimiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı XƏİ-nə təhvil verilmiş müvəqqəti icarə şəhadətnamələrinin qeydiyyat kitabı arxivə təhvil verilməmişdir.» Hesab edir ki, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri onun qanunla qorunan sahiblik hüququnun pozulmasına yönələn qanunsuz və əsassız əməllərdir. Quba rayonunun Zizik bələdiyyəsinin 16 mart 2004-cü il tarixli iclas qərarının əslindən göründüyü kimi, bələdiyyə ərazisindən ehtiyat fond üçün nəzərdə tutulanalma bağından kənd təsərrüfatı məhsulları istehsalı üçün uzun müddətə (iyirmi beş il) 0.6 hektar torpaq sahəsi icarəyə verilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Zizik bələdiyyəsi ilə aralarında bağlanmış, Quba rayonunun Zizik bələdiyyəsinin səlahiyyətli şəxsinin imzası və bələdiyyənin möhürü və Quba rayon torpaq şöbəsinin səlahiyyətli şəxsi və şöbənin möhürü ilə təsdiq edilmiş, Quba rayonunun 01 may 2004-cü il tarixli “Torpaq icarəsi müqaviləsi”-nin əslindən göründüyü kimi, həmin müqavilə ilə Quba rayonunun Zizik bələdiyyəsinin 02 saylı, 16 mart 2004-cü il tarixli qərarı əsasında Quba rayonunun Zizik kənd ərazisində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 (iyirmi beş) il müddətinə istifadəsinə verilmişdir. Yenə də həmin müqavilədən göründüyü kimi müqavilə 07 iyun 2004-cü il tarixdə, Quba rayon torpaq şöbəsində torpaq sahələrinin istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabında 135 sayla qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Zizik bələdiyyəsinin sədrinin və bələdiyyə üzvlərinin imzaları və həmin bələdiyyənin möhürü ilə təsdiq edilmiş 02 iyun 2004-cü il tarixli “Akt”-dan göründüyü kimi Quba rayonunun Zizik bələdiyyəsinin 02 saylı, 16 mart 2004-cü il tarixli qərarı ilə istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bağ sahəsidir və həmin bağ sahəsi bir neçə ildir ki, mənim tərəfimdən becərilir, icarəsinə verilməsi məqsədəuyğundur. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Quba rayonunun Zizik bələdiyyəsinin səlahiyyətli şəxsinin imzası və bələdiyyənin möhürü və Quba rayon torpaq şöbəsinin səlahiyyətli şəxsi və şöbənin möhürü ilə təsdiq edilmiş, “Yer quruluşu planı”-ndan göründüyü kimi istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşdiyi ərazi, həmin plan üzrə müəyyən edilmişdir. Yuxarıda sadalanan rəsmi məlumatlardan göründüyü kimi, cavabdeh DƏDK və Rİ publik hüquqi şəxsin 5 saylı XƏİ həqiqətə uyğun olmayan məlumatlardan iddiaçının torpaq sahəsindən istifadə etmək hüququna zidd hərəkətlərə yol vermişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş, Quba rayon torpaq şöbəsinin müdirinin imzası və şöbənin möhürü ilə təsdiq edilmiş, “Torpaqdan müvəqqəti istifadə hüququna dair’ JN- 6893 nömrəli, KOD 30304028 kodlu Şəhadətnamənin əslindən göründüyü kimi Quba rayonunun Zizik bələdiyyəsinin 02 saylı, 16 mart 2004-cü il tarixli qərarı ilə iddiaçının istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüququm Quba rayon torpaq şöbəsinin qeydiyyat kitabında 22 mart 2005-ci il tarixdə qeydə alınmışdır. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6893 nömrəli, KOD 30304028 kodlu Şəhadətnamədən göründüyü kimi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazinin sxemi qeyd edilmişdir. İddiaçının hüquqları ilə bağlı sənədlərdən göründüyü kimi Quba rayonunun Zizik bələdiyyəsinin 02 saylı, 16 mart 2004-cü il tarixli qərarı ilə bələdiyyə ərazisində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanuni əsasla iddiaçının istifadəsinə verilərək dövlət qeydiyyatına alınmış, bununla da həmin torpaq sahəsinə onun sahiblik hüququ verilmişdir. İddiaçının istifadəsinə verilərək dövlət qeydiyyatına alınmış, bununla da həmin torpaq sahəsinə sahiblik hüququ verilmişdir. Digər tərəfdən, cavabdehin xx.xx.2023-cü il tarixli, № 3-21-3-34/2-U-0003-8/2023 saylı məktubundan göründüyü kimi iddiaçının əmlaka sahiblik, ondan istifadə hüququqları ilə əlaqəli olmayan sənəddən əleyhinə istifadə edərək torpaq sahəsindən onun istifadə hüququnu pozmuşdur. Belə ki, onun istifadə hüququ “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN- 6893 nömrəli, KOD 30304028 kodiu “Torpağın müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə və həmin şəhadətnamənin əsası olan rəsmi sənədlərə əsaslandığı halda imtinanı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin ləğv edimiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı XƏİ-nə təhvil verilməməsi ilə əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin eidlməsini məhkəmədən xhaiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı adına verilmiş JN-6893 KOD 30304028 nömrəli 'Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş DövlƏ Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş müvəqqəti icarə şəhadətnamələrinin qeydiyyat kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının cavabdeh orqana müraciəti torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin kitablarda qeydiyyatdan keçib-keçməməsi barədə olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-6893 nömrəli, KOD 30304028 kodlu şəhadətnamə əsasında Quba rayonunun Zizik kəndi ərazisindən istifadəsinə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyddən çıxarışın verilməsini istəyir. Lakin iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin kitablarda qeydiyyatdan keçib-keçməməsi ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçının xx.xx.2023-cü il tarixli məktubu cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4059/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4059/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver