Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-406/2021 12.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarış əsasında iddiaçıya məxsus olan, Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospektində 3518.2 kv m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin 15.12.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş 782 kv m torpaq sahəsi də əlavə olunmaqla yeni Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2-1(118)-406/2021 saylı qərarı ilə İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarış əsasında iddiaçıya məxsus olan, Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospektində 3518.2 kv m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin 15.12.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş 782 kv m torpaq sahəsi də əlavə olunmaqla yeni Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Daha sonra X1 ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən qərarla İddiaçı adına mülkiyyət hüquqları qeydə alınan qeyri-yaşayış sahəsinin bir hissəsinin onun faktiki istifadəsində olmasını və iddiaçı ilə aralarında mübahisə olduğunu bildirərək Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2-1(118)-406/2021 saylı qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 25 avqust 2021-ci il tarixli qərardadı ilə M.Əhmərovun ərizəsi təmin edilərək o, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2/1(118)-406/2021 saylı qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayənəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Çıxarış əsasında iddiaçıya məxsus olan, Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospektində 3518.2 kv m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin 15.12.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş 782 kv m torpaq sahəsi də əlavə olunmaqla yeni Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-406/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-406/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver