Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4064/2024 10.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2N fevral N972-ci il tarixdə anadan olmuşdur. O, N992-ci ildə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və l Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli N4N/N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinətlərlə təmin edilərək N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N avqust N992ci il tarixli N4N/N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinətlərlə təmin edilməklə, ona “siravi” hərbi rütbəsi verilərək hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. İddiaçı N nömrəli hərbi hissənin tərkibində olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 0N avqust N992-ci il tarixindən 28 fevral N993-cü il tarixinədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. Sonradan N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 6 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinətlərlə təmin edilərək TB-nə təyin olunmuşdur. xx.xx.N994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralandığı üçün hərbi hospitala göndərilmişdir. xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cü il tarixinə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hospitalında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20NN-ci il tarixli qərarı ilə həmin komissiyanın həkim mütəxəssisicərrahın və hüquq məsləhətçisinin rəylərinə əsasən “sağ baldırının yuxarı N/3-nin kor qəlpə yarası və yad cismi” diaqnozu qoyulmuş, yaralanmanın “hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən də görünür ki, iddiaçıya xx.xx.20N8-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı verilməsini xahiş etmişdir. N6 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 02 nömrəli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Bundan başqa inzibati iş materialında olan iddiaçının adına tərtib edilmiş məlumat vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.20N8-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.20N8-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi yenidən müəyyən edilmədiyindən, yəni əlilliyi ləğv edildiyi üçün aldığı müavinət kəsildiyindən, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Onun müraciətinə komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənədlər olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina qonmuşdur. İddiaçının əlilliyi xx.xx.20N8-ci il tarixdə təyin edildiyindən və xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən, habelə həmin şəxs 2023-cü ildə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müvafiq komissiyaya müraciət etdiyindən yuxarıda qeyd olunan Qərarın N-ci bəndinin Qeyd hissəsi ona şamil olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli Qərarı 22 sentyabr N995-ci il tarixdə təsdiq olunduğundan hesab edir ki, qeyd edilən Qərarın müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikasının Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N8-ci il tarixli məktubundan görünür ki, barəsində Füzuli Hərbi Prokurorluğunda hal-hzırda cinayət işi və ya təqsirləndirici materiallar yoxdur. -Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20NN-ci il tarixli qərarından görünür ki, Şamaxı RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sağ baldırın yuxarı N/3-nin kor qəlpə yarası və yad cismi» (Şamaxı RHK-nın xx.xx.20NN -ci il tarixli 530 nömrəli göndərişi, N7.0S.20NN ci il tarixli 487 nömrəli arayışı, Daxili işlər Naziri iyin üt Daxili Qoşunlar hospitalından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, Füzuli hərbi prokurorluğunun xx.xx.2008-ci il tarixli N7/3665 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». - TSEK arayışından görünür ki, İddiaçı xx.xx.20N8-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkzəi Arxivinin xx.xx.2023-cü il il tarixli N949 nömrəli məktubundan görünür ki, İddiaçı 72N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, Şamaxı RHK-nın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin 0N avqust N992- ci il tarixli N4N/N №-li əmrilə (əsas: sıra 73, səh 96, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ müavinatlarla təmin edilərək N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. Şamaxı RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli 59 №-li əmrilə (əsas: § N, sıra N0, səh N25, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilərək hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 69 №-li əmrilə hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, bənd 3, sıra N7, səh N44) xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 79 №-li əmrilə hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, bənd N, sıra N6, səh N63, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-lu hərbi hissə komandirinin N5 noyabr N992-ci il tarixli N08 №-li əmrilə hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, bənd N, sıra N0, səh 73, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-İi hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli NN3 №-İi əmrilə hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, bənd 3, sıra N2, səh 82, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N fevral N993-cü il tarixli N39 №-li əmrilə hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, bənd 6, sıra N2, səh 230, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin N mart N993-cü il tarixli N60 №-li əmrilə tuşlayıcı, Sıravi İddiaçı (əsas: § N, bənd 7, sıra 29, səh 306, əmr hərbi hissə , komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N993-cü il tarixdən xx.xx.N993- cü il tarixədək Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirərək qayıtmış hesab edilmişdir. N №-li hərbi hissədən göndərilmiş, Sabirabad RFİK-nın çağırışçısı, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N994- cü il tarixli 6 №-li əmrilə (əsas: § 2, sıra N03, səh 37, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, çağırıldığı RFİK “Sabirabad” yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısınadaxil edilməklə bütün növ təminatlarla təmin edilərək TB-ə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 №-li əmrində İddiaçı (əsas: § N0, sıra N2, səh N22, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) yaralandığı üçün hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Şamaxı RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N994-cü il tarixli 02 №-li Direktivinə əsasən N №-li hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 №-li əmrilə (əsas: § 26, səh 223, sıra 337, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunduğundan və iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı N994-cü ilin yanvar ayında yaralanmış və bir müddət staionar müalicədə olması ilə bağlı hərbi xidmətə qayıda bilməmişdir. Belə ki, iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının 7NN saylı,xx.xx.20NNci il tarixli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçı xx.xx.20N8-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Xidmətində əyani müayinə olunmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən olunması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddiaçının 2023-cü ildə əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, o, ən azından sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusuna malik olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya mühairbə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4064/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4064/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver