Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-407/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı1 iştrakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərinə düzəliş edilərək uşaqları X1 qrafasında “Sultanov” kimi, X2 qrafasında “Sultanova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar ailə münasibətlərini xx.xx.2005-ci il tarixində Cavabdehndə rəsmiləşdirmişlər. Həmin nikahdan üç övladları olmuşdur xx.xx.2006-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8. Uşaqları xx.xx.2006-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7mn doğum haqqında şəhadətnamələrində soyadları Sultanzadə kimi babasının istəyi ilə qeydə alınmışdır. Yaşadıqları Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimalşərqində yerləşir. Qusar şəhərindən sərhədə gədər 35 kilometr məsəfə var. X3 və Dərbənd şəhərlərində yaxın qohumları yaşayır. Hər dəfə onları toy və digər şənliklərinə, bundan başqa dəfn və yaxud yas mərasimləri olduqda uşaqları xx.xx.2006-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə Rusiya Federasiyasının sərhədçiləri onları sərhəddən buraxmayaraq bildirirlər ki, uşaqların doğum haqqında şəhadətnamələrində soyadları Sultanzadə kimi qeyd etdiyindən onları buraxa bilmərik. Buna görə onlar məcbur olurlar onlarla mübahisə edə və nəticədə onları uşaqları ilə birlikdə Azərbaycan Respublikasına geri qaytarırlar. Dəfələrlə bu barədə o tək sərhəddən keçərək Rusiya Federasiyasının sərhədçilərindən bu barədə soruşanda ona hər dəfə bildirirlər ki, uşaqların soyadları dəyişilməlidir və ancaq bundan sonra onları uşaqlarla birlikdə sərhəddən buraxacaqlar. Bu səbəbdən onlar Qusar ıayon Qeydiyyat şöbəsinə xx.xx.2019cu il tarixdə ərizə ilə müraciət edərək vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərinə düzəliş edilərək soyadı qrafasında “Sultanov” və “Sultanova" kimi qeyd etməyini xahiş etmişlər. Cavabdeh xx.xx.2019-cu il tarixli 340/15 saylı məktub ilə qeyd etdiyi məsələ ilə bağlı onlara imtina cavabını verib və cavabdeh orqan imtinanın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarını Göstərmişdir. Həmin qərar ilə təstiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1 bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına şatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcüd soyadının sonluğuna dəyişiklik edilir və bu səbəbdən hər iki övladlarının soyadlarının sonluğunun -“ov”-"ev" sonluğuna dəyişdirilməsi nəzərdə tutulmadığı üçün tərəfimizdən övladlarının soyadlarının “Sultanzadə” əvəzinə ”Sultanov”, “Sultanova" düzəliş edilməsi qeyri-mümkündür. Lakin cavabdeh orqan həmin məktubda qeyd edib ki 18 yaşına çatmayanların soyadlanın sonluğuna dəyişiklik onların valideyinlərin və digər qanuni nümayyəndələrinin ərizəsi əsasında həyata keçirilir. Buna baxmayaraq cavabdeh orqan bizə məhkəməyə müraciət etməyə tövsiyə edib. Odur ki məcbur olub göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etsinlər. Hesab edirlər ki, Cavabdeh tərəfindən qəbul olunmuş akt qanunsuzdur və nəticədə onların hüquqları pozulmuşdur. Odur ki, məcbur olublar məhkəməyə müraciət etsinlər pozulmuş hüquqlarını bərpa edib və övladlarının soyadlanın “Sultanzadə” əvəzinə “Sultanov” kimi dəyişdiriməsi barədə öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasına dair iddia qaldırsınlar. Uşaqların atası İddiaçı1 xx xxxxxx 1981-ci ildə Qusar rayonunun Yuxarı Ləyər kəndində anadan olmuş, uşaqların anası İddiaçı2 xx xxxxx 1981–ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Hal–hazırda onlar Qusar şəhəri Nəsimi küçəsində ev 5-də yaşayırlar. İddiaçı1 Qusar rayonunda dükanda işləyir. Həyat yoldaşı Könül evdar qadındır. Cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunmamış, axtarışda olmamış, məhkumluğu yoxdur, habelə barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məhkəmə qərarı yoxdur. Hesab edirlər ki, Cavabdeh tərəfindən qəbul olunmuş akt qanunsuzdur və nəticədə onların hüquqları pozulub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhəkəmə prosesində iştrak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixli, 30/13 nömrəli ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı1 və digərlərinin iddiası ilə əlaqədar heç bir etirazları yoxdur. Xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak etməkləri mümkün olmadığı üçün, işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mulahizəsinə buraxdıqlarını məhkəmədən xahiş etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surətləri, Cavabdeh tərəfindən verilmiş arayışlar, imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi mahiyyəti etibarı ilə övladlarının soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Məhkəmə hesab edir ki, iddiaçıların övladlarının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, onların soyadı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir kiiddia təmin edilməli, iddiaçıların övladları X1 qrafasında “Sultanov” kimi, X2 qrafasında “Sultanova” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıların övladları X1 qrafasında “Sultanov” kimi, X2 qrafasında “Sultanova” kimi dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Qusar rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-407/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-407/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver