Məhkəmə qərarları › İş №2-1(118)-407/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-407/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-407/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 işirakı ilə , İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 03 iyul 2012-ci il tarixli bölgü sxeminin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və yola ayrıca giriş-çışıxın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və X3 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 03 iyul 2012-ci il tarixli bölgü sxeminin, ünvan 1 ünvanında yerləşən 0.04 ha bağ torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin yola ayrıca giriş-çışıxın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə uyöun olaraq hüquqi yardım göstərildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X1 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində cəlb olunmasını və 03 iyul 2012-ci il tarixli bölgü sxeminin, ünvan 1 ünvanında yerləşən 0.04 ha bağ torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin yola ayrıca giriş-çışıxın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları massibi 2435D ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lakin hazırda həmin torpaq sahəsinin oyola giriş-çıxış yolunun olmaması səbəbindən o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. 2435 saylı ünvanda yerləşən 0.25 ha torpaq sahəsi X6 məxsus olmuşdur. Sonradan həmin torpaq sahəsi onun tərəfindən hissələrə bölünərək ayrıayrı şəxslərə satılmışdır. Bununla bağlı torpaq sahəsinin sxematik bölgüsü həyata keçirilmiş və bu, 03 iyul 2012-ci il tarixli bölgü sxemi ilə rəsmiləşdirilmişdir. Həmin sxem tərtib olunarkə naturada hər hansı ölçmə işləri həyata keçirilməmiş, onun torpağına ayrıca giriş-çıxış imkanı təmin edilməmişdir. həmin torpaq sahəsindən əsas yola çıxış imkanı olmadığndan qonşuluqda yerləşən X3 məxsus torpaq sahəsinin əvvəlki sahibinə ona gediş-gəliş üçün imkan yaratmasını xahiş etmiş, həmin şəxs buna razılıq vermişdir. İddiaçı keçidin ətrafına daş hasar çəkərək darvaza da qoydurmuşdur. Y.Məmmədov torpaq sahəsini alarkən həmin haldan xəbərdar olmuş və etirazını bildirməmişdir. Lakin sonradan torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Hazırki vəziyyətdə ona məxsus torpaq sahəsinə avtomobillə giriş-çıxış yoxdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət edərək bölgü zamanı yol verilmiş əhvlərin aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsini xahiş etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, mübahisə obyekti olan bölgü sxemi imzibati akt hesab edilə bilməz. Belə ki. Həmin sxem torpaq mülkiyyətçilərinin razılığına əsasən tərtib edilərək təsdiq edilmiş və onlar tərəfindən imzalanmışdır. Həmin sxemdə dəyişiklik edilməsi və iddiaçının torpaq sahəsinin ayrıca girişçıxışla təmin edilməsi cavabdeh orqanın səlahiyyətlərinə aid deyildir. Üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilərək məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialları ilə müəyyən edildi ki, ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 03 iyul 2012-ci il tarixdə təsdiq edilmiş bölgü sxeminə əsasən 0.25 ha torpaq sahəsi 4 alıcı – X5, X9, İddiaçı və X10 arasında bölgü aparılmış və həmin şəxslər, o cümlədən aktı tərtib edən Ş.Muxtarov tərəfindən imzalanmışdır. Sxemin altında aparılan qeydə görə alıcılar böləü ilə razılaşmış, şikayətləri, etirazları və əlavələri olmamışdır. Məhkəmə araşdırması zamanı İddiaçı izah etdi ki, bölgü sxemində onun torpaq sahəsinin sağ tərəfində “zəbt” kimi göstərilən qeyd, torpaq sahəsinin sol tərəfinə keçirilsə, onun torpaq sahəsinə sərbəst giriş-çıxış təmin olunacaqdır. İş materiallarına əlavə edilmiş : -Sumqayıt şəhər Məhkəməsinin 28.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehkər X11 və İddiaçı qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz çəkilmiş hasarın sökülməsinə dair iddiası qismən təmin edilərək X3 məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi 2435E ünvanında yerləşən torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş hasar və qoyulmuş darvazanın cavabdehlər tərəfindən sökülməsi və zəbt edilmiş 90 kv m torpaq sahəsinin boşaldılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.07.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 28.02.2019-cu il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə qismən dəyişdirilərək cavabdehlər tərəfindən zəbt edilmiş 98.67 kv m torpaq sahəsinin boşaldılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə kassasiya instansıyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən bölgü sxemi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati akt deyildir. Həmin sxem qonşu torpaq sahələrinin mülkiyyətçiləri arasında öz razılıqları arasında aparılan bölgüdür və torpaq sahələrinin faktiki yerləşməsini əks etdirir. Həmin sxemdə zəbt edilmiş torpaq sahələrinin sağ tərəfdnə sol tərəfə keçirilməsi və s.kimi dəyişikliklərin aparılması cavabdeh inzibati orqanın səlahiyyəti çərçivəsində deyildir. Mübahisələndirilən sxem özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun tərtib edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə sxemin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisənin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. İddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisə həll edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası qeyd etmişdir ki, cavabdehin (İddiaçı) əsas yola çıxışı ilə bağlı iddiaçıya (X3) qarşı servitut hüququnun həyata keçirilməsi ilə bağlı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 03 iyul 2012-ci il tarixli bölgü sxeminin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və yola ayrıca giriş-çışıxın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 03 iyul 2012-ci il tarixli bölgü sxeminin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və yola ayrıca giriş-çışıxın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar