Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-407/2023 09.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı “Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşməklə RX №0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə tapşırılması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Qalacıq kəndi ərazisindən iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması üçün tərəfindən Qalacıq bələdiyyəsinin X7 filialındakı hesabına 14 dekabr 2012-ci il tarixdə 04 №-li qəbzlə 300 (üç yüz) manat məbləğində pul köçürülmüş və Qalacıq bələdiyyəsinə də həmin torpaq sahəsinə RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra Qalacıq bələdiyyəsi tərəfindən guya torpaqların qiymətlərinin artması səbəbindən əlavə olaraq ondan 420 (dörd yüz iyirmi) manat məbləğində pulun bələdiyyə hesabına köçürülməsi tələb olunmuş və qeyd olunan məbləğdə pul köçürüldükdən sonra torpaq sahəsinin satılması barədə sənədləşmə işlərinin aparılacağı bildirilmişdir. Ona görə də xx.xx.2019- cu il tarixdə bələdiyyə hesabına əlavə olaraq 420 manat pul ödəmişdir. Lakin Qalacıq bələdiyyəsi tərəfindən qeyd olunan 0,06 ha torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılması dəfələrlə yazılı və şifahi qaydada tələb edilsə də həmin işlərin aparılması təmin edilməmişdir. Ona görə də cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə 04 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Qusar rayonun Qalacıq kəndi ərazisindən RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə Qusar rayonunun Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əks təqdirdə bununla əlaqədar müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə bildirmişdir. Cavabdeh tərəf ərizəyə cavab vermədiyinə görə təkrarən 14 mart 2022-ci İİ tarixdə həmin ərizəni poçt vasitəsilə xəbərnaməli məktubla göndərmiş, yalnız bundan sonra cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi ərizəmə cavab vermiş və bildirmişdir ki, iddia etdiyi 0,06 ha torpaq sahəsi quya Qalacıq Bələdiyyəsinin 22 mart 2005-ci il tarixli, 06 saylı qərarı ilə həmin kənd sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmış, sonuncu 2007-ci ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi o vaxtdan hal-hazıra kimi mərhumun qardaşının ailəsinin istifadəsindədir. Bildirir ki, mübahisələndirdiyi 0,06 ha torpaq sahəsinə cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə, yəni həmin torpaq sahəsinin alınması üçün tərəfindən bələdiyyənin hesabına 300 (üç yüz) manat pul köçürüldükdən sonra yuxarıda qeyd olunan Çıxarış verilmişdir. Belə olduğu halda həmin torpaq sahəsinin 2005-ci ildə digər şəxsə (mərhum X3) satılması qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmasından imtina etmək üçün müxtəlif bəhanələrə əl atır. Ona görə də həmin torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılması cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşməklə RX №0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə tapşırılmasını istəyir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsada müqavilə bağlanması ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Eyni zamanda torpaq sahəsindən faktiki istifadə ilə bağlıda mübahisənin olduğu görsənir. Bu mübahisələrdə mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilər. İddiaçıya izah edilsin ki, torpaqdan istifadə və müqavilə öhdəlikləri ilə bağlı tələblərlə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-407/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-407/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver