Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-408/2020 09.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs kimi fəaliyyət göstərir. Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən cəmiyyətə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsal olunmasından ibarətdir. Bu məqsədlə İddiaçı MMC X3 icarəsində olan 60.29 ha torpaq sahəsini Cavabdeh razılığına əsasən alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini aldıqdan sonra torpaq sahəsinə xx.xx.2017-ci ildə ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı MMC qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, parniklər tikmək, pomidor və digər məhsullar yetişdirməklə dünya bazarına çıxarmağı planlaşdırır. Burada təxminən 200 ailə işləyəcək və dolanacaq. Qeyd olunan məhsulların yetişdirilməsi üçün İddiaçı MMC sahəni hamarlamış, daş və çınqıldan, kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumuşaq torpaqla torpaqlamışdır ki, əkinə yararlı hala salsın. Eyni zamanda İddiaçı MMC torpaq sahəsində parniklərin tikilməsi üçün “xxxxxxxxxxx” MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiyməti 1.000.000 manat təşkil etmişdir. Müqavilənin icra müddəti 2020-ilə dək nəzərdə tutulmuşdur. Hazırda müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmişdir. Tikinti işlərinə başlayarkən məlum olmuşdur ki, Abşeron İcra hakimiyyəti onlara məlumat vermədən, birtərəfli qaydada xx.xx.2018-ci ildə iddiaçı ilə olan icarə müqaviləsinə xitam vermişdir. İcra hakimiyyəti müqaviləni birtərəfli qaydada ləğv edərkən qanunvericiliyin tələblərini pozmuş, onlara heç bir xəbərdarlıq etməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.Belə ki, iddiaçıya icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır.Lakin torpaq sahələri iddiaçıya ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqqları ödənilmir.Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 44-cü maddəsinə görə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlətnəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.Həmin Məcəllənin 73-cü maddəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə;torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri iləəlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə;istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə;torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kəndtəsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində vəqeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzindəüzürlü səbəb olmadan istifadə edilmədikdə;istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə;torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.Torpaq Məcəlləsinin 75-ci maddəsinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasmda nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadəhüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə cutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 4. Məhkəmə, müvafiq *cra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericfikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan «istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.“Torpaq İcarəsi naqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasərı carəyəverənin hüquqları aşağıdakılardır: icarəyə verilmiş torpaq sahələrinintəyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi,dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlaravurulmuş zərərin əvəzi«sin ödənilməsini tələb etmək;icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadantikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.Həmin Qanunun 23-cü maddəsinə əsasən İcarəçinin vəzifələri aşağıdakılardır:icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;icarə müqaviləsinin şe dərinə və torpaq qanunvericiliyinin tələblərinə riayətetmək;icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;icarəyə götürülmüş toroaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.Həmin Qanunun 31-ci maddəsinə görə torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş və verilmiş sərancama hər hansı bir münasibət bildirməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli Sərəncamının surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli, 1794 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********80 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış, xx/xx/2017-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqaviləsi, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 2356 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbi təşkil edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşdən göründüyü kimi, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində icarə hüququnu Cavabdeh razılığı ilə xx.xx.2017-ci il tarixdə əldə etmiş, torpaq sahəsini icarə hüququ əsasında istifadə etmişdir. Cavabdeh başçısı xx.xx.2018-ci il tarixdə icarə haqqının 3 (üç) il müddətinə ödənilmədiyinə görə 69 saylı sərəncam qəbul etmişdir. İddiaçı həmin sərəncamın onun torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hüquqlarının pozduğuna görə mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (Mülki Məcəllənin 706.1 və 706.3-cü maddələri). Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1 və 6-cı bəndlərinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək icarəçinin vəzifələridir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə görə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci yarımbəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin maddənin 3-cü bəndinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, İddiaçı MMC dövlət mülkiyyətində olan 60.29 ha torpaq sahəsinin üzərində olan icarə hüququ Cavabdeh razılığı ilə əldə edilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə həmin hüququn əldə edilməsindən (xx.xx.2017-ci il) 5 aydan az müddətdən sonra, yəni xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam qəbul etmişdir. Halbuki icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsinin gecikdirilməsi və ya ödənilməməsinə görə xəbərdarlıq edilməli idi. Əgər icarə müqaviləsi üzrə öhdəliklərin icrası təmin edilmədiyi təqdirdə, icarə müqavilə münasibətlərinə xitam verilməsindən ötrü məhkəməyə müraciət etməli idi. Çünki, torpaq sahəsi üzərində icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Lakin Cavabdeh xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinin ləğv edilməsinə dair sərəncam vermişdir. Sərəncamda həmçinin torpaq sahəsinə İddiaçı MMC tərəfindən hüququn əldə edilmə müddəti nəzərə alınmadan üç illik icarə haqqının ödənilməməsini göstərmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsində qanuni inzibati aktın ləğv edilməsinin əsasları göstərilmişdir. Hesab olunur ki, Cavabdeh tərəfindən hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş və İddiaçı MMC-i ilə Cavabdeh arasında icarə müqaviləsinin bağlanmasına əsas olmuş **********80 saylı xx.xx.2017-ci il tarixli çıxarış dövlət reyesterində rəsmi qeydiyata alınmış və həmin çıxarış üzrə hüquqlar əldə etmiş İddiaçı MMC-nin etimad hüququ qanunla qorunur. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hımun Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Cavabdeh təşkilatın torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğvinə əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncamın qəbul edilməsinə əsas kimi gətirdiyi arqument əsassızdır. Belə ki, iş materiallarına nəzər saldıqda tərəflər arasında torpaq icarə müqaviləsinin bağlandığı gündən ləğv olunduğu müddət arasında 5 aydan artıq olmayan müddət keçmişdir. Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci yarımbəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir. Həmin Qanunun 68.2-ci maddəsində olan əsasların möcud olmasına dair hər hansı bir əsaslı dəlil təqdim edə bilməmişdir. Halbuki, mübahisələndimə haqqında iddia tələbində inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə əsas olmuş dəlliləri məhkəmə təqdim etməlidir. Belə olan halda məhkəmə İddiaçı MMC-ə torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsinin ləğvinə dair əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncam qanunsuzdur. Hazırki, inzibati iş üzrə inizbati orqan ona verilmiş hüquqdan sui istifadə edərək, torpaq icarəsinin bağalanmasına əsas olmuş sərəncamın ləğv edilməsinə dair yeni xx.xx.2018-ci il tarixli sərəncamın verilməsində haqsız olmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin qanunun 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə qeyd edilənləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı ləğv olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov