Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-408/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, 3-cü şəxs X3 iştrakı ilə, İddiaçı cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə qarşı “övladı xx.xx.2014-cü il təvəllüldlü X1 Bayramova dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-ci il tarixdə X6 ilə ailə qurmuşdur. Bir oğlan övladları dünyaya gəlmişdir. Qavnatası və qaynanası tərəfindən təyziqlərə məruz qaldığı üçün rəsmi olaraq ayrıldılar. İlk övladının adı dəfələrlə qaynanası tərəfindən dəyişdirilmişdir. 4 ildən sonra yenidən ailəsilə barışdı. xx.xx.2018-ci ildə rəsmi nikaha daxil oldu. Yenə qaynamta, qaynana tərəfindən təyziqlərə məruz qaldığı üçün məcbur olub ata evinə qayıtdı. İkinci övladı dünyaya gəldi. Qızı Mələk atasının soyadını daşıyır. Oğlu Yusif isə qeyri-qanuni olaraq babasının adı olan soyadı daşıyır. Övladlarının hərəsi bir soyaddadır. Yusif bu il 1-ci sinfə gedir. 2019-cu ildən müəlliməsinə ağlayır ki, atasının soyadını istəyir. Övladı həm psixoloji, həm də nevrologi xəstənada qeydiyyatdadır, müalicə alır. Soyadına görə məktəbə getmək istəmir. Müəlliməsi ata soyadını çağıranda məktəbə gedir. Dəfələrlə müraciət olunub, lakin qayınatası icazə vermir ki, uşağın atası gəlib razılıq versin. İki övladının ikisinin də əziyyətini atası ilə anası çəkir. İddiaçı övladının problemini, atasının iştirakı olmadan uşağın mənafeyini nəzərə alınmaqla məhkəmə qərarı ilə atasının soyadını daşımasına icazə verilməsini istəyir. X2 ilə birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 dəyişdirilərək adasının soyadı olan Bayramov yazılması ilə bağlı Zəngilan rayon İcra Hakimiyyəti Başçısı Aparatına ərizə ilə müraciət etdi və ərizəyə cavab olaraq uşağın soyadının dəyişdirilməsi ilə bağlı atanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadığından ərizənin təmin olunmasının qanununvericilyinin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Daha sonra eyni məzmunlu ərizə ilə iddiaçı Cavabdeh2nə müraciət etdi. Qeydiyyat şöbəsi Azərbaycan Respubblikası Ailə Məcəlləsinin tələblərini əsas götürərək X1 atanın soyadına dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına müraciət olunmasına imtina olduğu halda ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Lakin məhkəmənin ötən iclaslarında iştrak edən Zəngilan İcra Hakimiyyətinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən 18 yaşına çatmayan şəxslərin adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyinin soyadına keçirilməsinə valideyinlərin birgə xahişini və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Qeyd olunan mübahisə ilə bağlı uşağın atası olan Asif Bayramov övladının soyadının dəyişdirilməsinə etiraz edir. Ona görədə qanunvericiliyin tələbləri baxımından uşağın soyadının dəyişdirilməsinə icazə verilə bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, belə olan halda Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmədə iştrak edən 3-cü şəxs X7 izahat verərək, bildirmişdir ki, övladının soyadının dəyişdirilməsinə etirazı var. Belə ki, Süleyman onun babasının adı olmuş və hal hazırda o, öz soyadının Bayramlıdan Süleymanlıya dəyişdirlməsi üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Öz soyadını Süleymanlıya dəyişdirdikdən sonra digər övladının da soyadını Süleymanlıya dəyişdirməsinə icazə verəcək. Hal hazırda qeydiyyat şöbəsindən ona soyadının dəyişdirilməsi ilə bağlı tələb edilən sənədləri toplayır. Övladı Yusifin soyadının Bayramlı olmasına etiraz edir. Qeyd olunanlara əsasən Asif Bayramov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamələrinin surəti, Şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 05Q121/15 nömrəli imtina məktubu, Zəngilan rayon İcra Hakimiyyətinin 626 saylı, xx xxxxxxx 2020-ci il tarixli imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4.1-ci bəndinə görə uşağın soyadı, bir qayda laraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Həmin Qaydaların 4.3-cü bəndinə görə valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.Həmin Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.Həmin Qaydaların 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, uşağın soyadının dəyişdirilməsinə mütləq şəkildə hər iki valideyinin razılığı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X7 ilə birgə nikahlarından X10 və X8 adlı övladları var. Hər iki övlad dünyaya gələrkən onların valideyinləri arasında rəsmi nikah münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, uşaqların soyadlarının doğum haqqında qeyd olunması valideyinlərin nikah şahadətnaməsində olan məlumatlar və onların birgə razılığı əsasında qeyd olunur. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndi uşağa ad soyad verilənədək olan qaydaları tənzimləyir. Qeyd olunan Qaydaların 6-cı bəndi ad və soyadın dəyişdirilməsi prosedurunu müəyyən etməsinə baxmayarq, valideyinlərin birgə razılığı olmadığı tədqirdə uşağın soyadının dəyişdirilməsi qaydasını 6-cı bəndində öz əksini tapmayıb (istisna 6.26 bənd). Lakin Azərbaycan Respublikası Ailə Məcəlləsiunin 54.1.ci maddəsinə əsasən valideyinlər arasında uşağın soyadının dəyişdirlməsi ilə bağlı hər iki valideyinin birgə xahişinə əsasən müvafiq icra hakimiyyəti orqanı icazə verir. Göründüyü kimi qeyd olunan 54.1-ci maddədə soyadı olan uşağın sonradan soyadının dəyişdirlməsi yalnız valideyinlərin birgə xahişi əsasında həyata keçirilə bilər. Başqa sözlə desək uşağın soyadının dəyişdirilməsinə hər iki valideyinin razılığı olmadığı tədqirdə müvafiq icra hakimiyyətinin soyadın dəyişdirilməsinə icazə verməyə hüququ yoxdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, xx xxx 2014-cü il təvəllüldlü X1 Bayramova dəyişdirilməsindən imtina edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə qarşı xx xxx 2014-cü il təvəllüldlü X1 Bayramova dəyişdirilməsinə icazə verilməsinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-408/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-408/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver