Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-408/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X15 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evdə yerləşən 115 saylı mənzil üzərində mülkiyyət hüququnun daçşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evdə yerləşən 115 saylı mənzil üzərində mülkiyyət hüququnun daçşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 10.12.2021-ci il tarixli qərardadı ilə X21, X8, X2, X16, X22,X17, X11 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi ünvan 1 ünvanda yerləşən mənzildə 49 ildən artıqdır yaşayırıq. Həmin mənzil mərhum atası X18 8 may 1973-cü il tarixli 9 saylı protokolla Kirov rayonu XDS İK tərəfindən verilmişdir. Sonra atasına mənzilə dair 25 iyul 1973-cü il tarixli 121663 saylı order təqdim edilmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün lazımi sənədləri, o cümlədən arxiv arayışı, pasport qeydiyyat şöbəsindən arayış, notariatdan razılıq ərizələrini orderə əlavə edib DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh mənzilin qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun əlavə edilmədiyi, razılıq ərizələrinin hüquq sahibinin adına verilmədiyini bildirərək iddiaçıya imtina cavabı vermişdir. Abşeron rayopn İcra Hakimiytəti Başçısının 14.06.2021-ci il tarixli 108 nömrəli sərəncamı ilə mənzilin şəxsi hesdabı onun adına dəyişdirilmişdir. Lakin cavabdeh yenə də imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciətə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 1 X18 məxsus 115 saylı mənzil qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun əlavə edilmədiyi, razılıq ərizələrinin hüquq sahibinin adına verilmədiyi aşkar edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Bu səbəbdən müraciətə əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 iyun 2021-ci il tarixli, 108 nömrəli sərəncamı 01 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil edir və iddiaçının mərhum atasına məxsus olmuş mənzil sahəsinin iddiaçının özəlləşdirilməsi üçün sənəd əsas hesab olunmur.Eləcə də ölüm haqqında şəhadətnamədə X23 qeyd olunsa da, mənzil sahəsinin ayrılması barədə orderdə isə X24 qeyd olunmuşdur. İş materiallarında olan: - 08 may 1973-cü il tarixli Kirov rayon X19 9 nömrəli protokoluna əsasən X18 Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evdə yerləşən sahəsi 63,42 kv m olan 115 saylı mənzil 115 (dörd otaqlı, 7-ci mərtəbədə yerləşən) ünvanında yerləşən yaşayış sahəsinin verilməsi qərara alınmışdır. -121663 nömrəli orderdən görünür ki, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 115 (dördotaqlı, 7-ci mərtəbədə yerləşən) ünvanında yerləşən, sahəsi 63,42 kv m olan yaşayış sahəsi X18 verilmişdir. - AZ –İİ №108500 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 14.09.1981-ci ildə vəfat etmişdir. - İV ЖГ № 378381 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Mirzəyeva Həmilə Ağakərim qızı 18.11.1992-ci ildə vəfat etmişdir. - Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.06.2021-ci il tarixli, 108 nömrəli “mənzilin şəxsi hesabının dəyişdirilməsi haqqında” sərəncamına əsasən Xırdalan şəhəri, 28-ci məhəllə, 1 saylı evdə yerləşən 115 saylı mənzilin icarə müqaviləsi İddiaçı adına bağlanmaqla mənzilin şəxsi hesabının 10 nəfər ailə üzvü ilə onun adına dəyişdirilməsi qərara alınmışdır. -X13, X1, X3, X7, X4, X5, X14, notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1-də yerləşən 115 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmilrər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 1 X18 məxsus 115 saylı mənzil qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun əlavə edilmədiyi, razılıq ərizələrinin hüquq sahibinin adına verilmədiyini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Bu səbəbdən müraciətə əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 iyun 2021-ci il tarixli, 108 nömrəli sərəncamı 01 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil edir və iddiaçının mərhum atasına məxsus olmuş mənzil sahəsinin iddiaçının özəlləşdirilməsi üçün sənəd əsas hesab olunmur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət teyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh sonuncu imtina cavabını iki dəlillə əsaslandırmışdır: 1) mərhum İdris Mirzəyevin əmlakına qanun və ya vəsiyyət üzrə əsasında vərəsəlik hüququnun olmaması; 2) Abşeron rayon İcra Hakimiyyəti Başçısının mənzilin şəxsi hesab vərəqəsinin dəyişdirilməsinə dair 14.06.2021-ci il tarixli sərəncamının qüvvədə olan Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil etməsi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqında” Qanuna əsaslanaraq dövlət mülkiyyətində olan mənzilin özəlləşdirilməsini tələb edir və bu halda cavabdehin ondan vərəsəlik hüququnu tələb etməsi əsassız hesab edilməlidir. Belə ki, yixarıda göstərilən Qanunun 5-ciu maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Cavabdehin digər dəlili, yəni Abşeron rayon İcra Hakimiyyəti Başçısının mənzilin şəxsi hesab vərəqəsinin dəyişdirilməsinə dair 14.06.2021-ci il tarixli sərəncamının qüvvədə olan Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, mənzil ilkin olaraq Bakı şəhəri Kirov rayon XDS İK-nin sərəncamına əsasən iddiaçının mərhum atası İdris Mirzəyevə ayrılmışdır və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14.06.2021-ci il tarixli sərəncamı ilə mınzil kirayə müqaviləsi iddiaçının adəna dəyişdirilmişdir. Cavabdeh imtina məktubunda və iddiaya etirazında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi haqqında Abşeron rayon İcra Hakimiyyətinin 14 iyun 2021-ci il tarixli sərəncamının 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilsə də, iş materialları ilə iddiaçının həmin mənzillə bağlı hüquq münasibətlərinin 01.10.2019-cuil tarixədək yaranması müəyyən edilmişdir. Belə olan halda cavabdehin hazırda qüvvədə olan Mənzil Məcəlləsin istinad etməsi əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ididaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,1 saylı evdə yerləşən 115 saylı mənzil üzərində İddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə,1 saylı evdə yerləşən 115 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-408/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-408/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver