Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4081/2025 17.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan və ölçünün sənədinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Qıraqlı kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-057F, KOD 30213068 saylı şəhadətnamədən Qadaşov Sərdar Fəxrəddin oğlunun adının çıxarılması və X3 tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət sənədlərinin hazırlanmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X11 07 fevral 2004-cü ildə Xaçmaz rayonun Qusarçay İƏV-də tərtib edilərək təsdiqlənmiş vəsiyyətnaməyə əsasən, özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Nənəsi xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsi, habelə pay torpaq sahəsi iddiaçı tərəfindən idarə olunur. Miras əmlakları adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Xaçmaz rayonunun Qıraqlı kəndində yerləşən nənəsindən miras qalmış 0,30 ha həyətyanı torpaq sahəsinə işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-057F saylı 30213068 kodlu şəhadətnamədə əmisi oğlu Qadaşov Sərdar Fəxrəddin oğlunun adı da göstərilmişdir. Qadaşov Sərdar Fəxrəddin oğlu ünvan 2qayıt şəhər sakini olduğuna görə, ona həyətyanı torpaq sahəsinin şəhadətnaməsinə adının yazılması əsassızdır. Xaçmaz rayon Dövlət Arxivinin 17 iyul 2024-cü il tarixli, N-3-48-18RÄ/2-Q3xxxx/2024 saylı arxiv arayışında göstərilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd inzibati ərazi vahidi nümayəndəliyinin 1996-2000-cı illərə aid Qıraqlı kəndi üzrə 01 saylı təsərrüfat başına kitabında mərhum X6 3133 saylı təsərrüfatın başçısı olub. Xüsusi mülkiyətində yararlı sahəsi 0,25 olan tikili, cəmi torpaq hektarının yüzdə biri 0,01 dəqiqliklə 0,30 ha qeyd olunmuşdur. Təsərrüfatın üzvləri X11, Qadaşov Sərdar Fəxrəddin oğlu qeyd olunub. Qadaşov Sərdar Fəxrəddin oğlunun üzərindən xətt çəkilmiş, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd bölməsində ünvan 2qayıt şəhəri qeyd olunmuşdur. Xaçmaz RİHB-nin Çinartala kənd İƏD-də nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 175 saylı arayışından da göründüyü kimi, mərhum nənəsi X3 ailə üzvləri sırasında Qadaşov Sərdar Fəxrəddin oğlunun adı yoxdur. İddiaçı güman edir ki, əmisi oğlu Qadaşov Sərdar Fəxrəddin oğlu uşaq vaxtı, yəni torpaq islahatı aparılan ərəfələrdə bir müddət onların evində qaldığına görə müvafiq orqanlar səhvən onu da ailə üzvü hesab edərək şəhadətnaməyə qeyd etmişlər. Göründüyü kimi, şəhadətnamədə əsassız olaraq Qadaşov Sərdar Fəxrəddin oğlunun adı qeyd edilmişdir. Ona görə də, onun adı çıxarılmaqla iddiaçının nənəsindən miras qalmış 0,30 ha torpaq sahəsinə X3 adına yeni mülkiyyət sənədi çıxarış və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməlidir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
13. İş materiallarına əsasən müəyyən edilir ki, JN-057F KOD 30213068 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadənatməyə əsasən, Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha torpaq sahəsi X11 və Qadaşov Sərdar Fəxrəddin oğlunun mülkiyyətinə verilmişdir. Daha sonra, Qadaşov Sərdar Fəxrəddin oğlunun üzərindən xətt çəkilmiş, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd bölməsində ünvan 2qayıt şəhəri qeyd olunmuşdur. Xaçmaz RİHB-nin Çinartala kənd İƏD-də nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 175 saylı arayışına əsasən, X11 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və vəfatdan sonra aşağıdakı ailə tərkibi qalmışdır: oğlu X7 vəfat edib, oğlu X2 1955-ci il, qızı Zəkiyeva (Qadaşova) Rübabə Nazraməd qızı 1959-cu il, oğlu X8 1961-ci il, oğlu Qadaşov Fəxrəddin Nəzrəmməd oğlu 1962-ci il, qızı İsbatova (Qadaşova) İradə Nazrəmməd qızı 1964-cü il, Mirzəyeva (Qadaşova) Azadə Nazrəmməd qızı 1966-cı il, oğlu X4 1968-ci il, oğlu X5 1969-cu il, oğlu X9 1970-ci il, oğlu X10 vəfat edib.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, X-832 nömrəli məktubundan görünür ki, X1 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci məddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bununla bağlı vərəsəliyin qəbulu, vərəsəlik üzrə payın müəyyən olunması, həmçinin mübahisənin həlli üçün məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.
15. Məhkəmə sorğusuna əsasən, Xaçmaz Rayon Dövlət Arxivinin 14 mart 2025-ci il tarixli, 3- 48-14RA/2-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon dövlət arxivində X3 adına açılmış vərəsəlik haqqında heç bir fakt aşkarlanmamışdır.
16. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən sözügedən şəxsin adına (xx.xx.2025-ci il tarixə olan məlumata əsasən) vərəsəlik işinin açılması aşkar olunmamışdır.
17. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün daha əvvəl vərəsəlik işinin açılması ilə əlaqədar notariat orqanına müraciət edərək və vərəsəlik işi açılaraq vərəsələrin dairəsinin müəyyən edilməsinə nail ola bilər.
18. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsələrin dairəsi müəyyən edilməmişdir.
19. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
20. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X21-Abbaszadə