Məhkəmə qərarları › İş №2-1(118)-4087/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4087/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4087/2023 20.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “Azərbaycan Respublikasının Qida X1- X8 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında və MQ-0178 nömrəli, xx.xx.2023-cü il tarixli Məhdudiaşdıcı tədbirlərin tətbiqi barədə qərarların ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X1- X8 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.03.-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan az öncə, yəni xx.xx.2023-cü il tarixdə çıxarılmış MQ-0178 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda (hər iki qərar mənə xx.xx.2023-cü il tarixdə idarədə təqdim edilmişdir) aptekdə satışı həyata keçirilən hər biri 14 qr olmaqla 20 ədəd “Next Line” nişanlı xx.xx.2022-cil istehsal, xx.xx.2024-cü il son istifadə tarixli nanəli saqqız, 18 ədəd “Next Line” nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli ananaslı saqqız, 20 ədəd “Next Line” nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli çiyələkli saqqız, 21 ədəd “Next Line” nişanlı xx.xx.2022- ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli “vertical” adlı saqqız, 7 ədəd “Next Line” nişanlı 14.11,2022-ci il istehsal, 14.11,2024-cü il son istifadə tarixli qarpızlı saqqız, 17 ədəd “Next Line” nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli yaşıl assorti saqqız, 20 ədəd “Next Line” nişanlı xx.xx.2021 -ci il istehsal, xx.xx.2023-cü il son istifadə tarixli portağallı saqqız və 10 ədəd “Jetix” nişanlı xx.xx.2022-ci il istehsal, 22.11,2024-cü il son istifadə tarixli nanəli saqqız məhsullarının üzərində Azərbaycan dilinə tərcüməsi ilə təmin edilməməsi və bu məhsulların satışının dayandırılması qeyd edilmişdir. Halbuki saqqızı aptekə satan və təqdim edən şirkətlər bu malları xaricdən idxal edərək zəruri icazə və sertifikatları almışdır. Əks halda bu malların ölkəyə idxalına icazə verilməzdi. Qərarda qeyd edilən malların iddiaçı istehsalçısı vəya idxalçısı deyil, bu malların üz qabığına vəya hər hansı bir hissəsinə müdaxilə etmək imkanı vəya səlahiyyəti yoxdur və bu malları birbaşa idxal edən şirkət isə hamıya (cavabdeh orqana və sahibkarlara) məlumdur. Belə olan halda cərimənin ona tədbiq edilməsində məntiq görmür. Həmçinin alınan malların qablaşdınlmasında, yəni üz selofanında məhsul barədə Azərbaycan dilində tərcümə mövcuddur. Sadəcə cavabdeh orqanın əməkdaşları saqqızı artıq qablaşmadan çıxmış vəziyyətdə qiymətləndirərək məhsulun üzərində tərcümə olmaması iradını bildirmişdirlər. Halbuki saqqızın birbaşa öz kağızına hər hansı dəyişiklik etmə səlahiyyətinin onda olmamasını anlamamışdırlar. Buna baxmayaraq təkidlə ona qarşı hüquqi olaraq ədalətlə yanaşmalarını bildirsə də nəticə verməmişdir. xx.xx.2023-cü il tarixli NO Z ******* nömrəli Mənşə Sertifikatından da görünür ki, məhsul Türkiyə Cümhuriyyətindən "xxxx" MMC tərəfindən idxal edilərək zəruri rəsmiləşdirmələr aparılmışdır. xx.xx.2023-cü il tarixli AZ-20012189/İD-Q-230008 nömrəli X2 görünür ki, cavabdeh orqan həmin məhsulların "xxxx" MMC tərəfindən idxalı zamanı məhsula baxış keçirərək onun idxalına icazə vermişdir. (surəti əlavə olunur) Hesab edir ki, cavabdeh orqan məsələni ədalətlilik prezumpsiyası ilə deyil, şablon prinsipi ilə araşdırmış və nəticədə qeyri obyektiv bir qərar çıxarmışdır. AR İnzibati Xətalar Məcəlləsinin 24.2-ci maddəsinə əsasən Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Göründüyü kimi ən son variant olaraq iddiaçıya ilk tənbeh olduğu üçün xəbərdarlıq da verilə bilərdi ki, bunu da cavabdeh orqan tətbiq etməyərək haqlarını pozmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş emişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən və iş matertiallarından görsənir ki, iddiaçı onun barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı İnzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.3-cü bəndindədə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, cavabdeh inzibati orqanın inzibati tənbeh vermə haqqında qərarının mübahisələndirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar