Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-409/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X3 Mövlətxan oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh1nə qarşı “cavabdehin xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh1 xx xxxx 2018-cu il tarixli , 047/1 saylı Sərəncamına əsasən Qobustan rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2015-ci il tarixli 099 nömrəli tikintiyə icazə verən sərəncamının ləğv edilməsi, Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə X5 tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi Cavabdeh1 başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri-baş memar Məzahir Əliyevə tapşırılması qərara alınmışdır. İddiaçı hal-hazırda Cavabdeh1 sonuncu sərəncamından narazı olmaqla, xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunmasını məhkəmədən xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısı xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv etmiş, 047/1 saylı sərəncamında Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. 047/1 saylı sərəncam xx xxxx 2019-cu il tarixdə verilmiş olsa da, iddiaçı həmin sərəncamdan Qobustan rayon İH-nin ona qarşı Qobustan rayon məhkəməsində qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair mülki işə baxılarkən xəbər tutmuş və həmin sərəncamın surətini məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilin noyabr ayının 11 və ya 12-də İHB-nın aparatının ümumi şöbəsindən ala bilmişdir. İddiaçı bildirmişdir ki,baş memarın məlumatının surətinin ona verilməsindən imtina olunmuşdur. Cavabdeh1 başçısı xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı Qobustan rayon məhkəməsində iddiaçının zərərinə olan 2(026)-157/2019- saylı qanunsuz, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına əsas olduğu, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüquqlarımı pozduğu üçün, 047/1 saylı sərəncam tamamilə qanunsuz, əsassız olduğundan iddiaçı məhkəmə qaydasında həmin sərəncamın ləğv olunmasını, pozulmuş hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sərəncamda göstərilir ki, iddiaçı tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur və yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi rayonun baş memarı Məzahir Əliyevə tapşırılsın. Məhz bu sərəncamdan sonra rayon İH iddiaçıya qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır, ona görə ki; Yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyə əsasında müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı lahiyə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur.Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi,“Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tululmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tulumuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. İddiaçının atasının vəfat etdiyi xx xxxxxx 2018-ci ilin səhəri günü İH başçısı iddiaçını çağırmış və tikilini müavini Təranə adlı xanımla şərikli davam etdirib şərikli işlətməyi təklif və tələb etmişdir. İddiaçı gələcək təzyiqləri nəzərə alıb razılıq vermişdir. Təranənin əri ilə tikiliyə baxmağa getmiş, iddiaçı tikiliyə çəkilən xərcin məbləğini yarısını ondan istəmişdir. Həmin adam axşam zəng edəcəyini demişdir. Zəng etməmiş və bundan sonra başçı və baş memar tikilinin çəkilən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşüb-düşməməsi aydınlaşana kimi tikintini davam etdirməyə iddiaçıya imkan verməmişdirlər. Atasının ölümündən sonra tikinti apardığı ərazinin gah meşə fonduna aid olduğu, gah Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağına düşdüyü bəhanəsi ilə iddiaçıya tikinti davam etdirməyə imkan verməmişdirlər, həm də başçının tikintini müavini ilə şərikli tikib işlətməyi təklifindən sonra iddiaçı başa düşmüşdür ki, avtovağzal bəhanədir, torpağı özləri üçün əlindən almaq istəyirlər və bu reyde basqınına “qanuni” don geyindirmək üçün 047/1 saylı sərəncam və Qobustan rayon məhkəməsində çıxartdıqları 2(026)-157/2019 saylı qətnamə ortaya çıxmışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki; 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliydə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsini daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Əslində Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsində tikintiyə başlamaq müddətini nəzərdə tutulan tələbləri pozmamışdır. 2.”Yerli İcra hakimiyyətləri haqqında əsasnamənin 4.11.13 və digər bəndlərində İHB-nin əvvəl verdiyi sərəncamı ləğv etmək səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə iclasında iddiaçı X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında bildirir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti apardığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin, vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmişdir. Vətəndaşa dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşdan ərazini əvvəlki vəziyyətə gətirilməsi tövsiyyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsi boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan rayon məhkəməsinə müraciət olunmuşdur. Qobustan rayon məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş xx xxxxxxx 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün xx xxxx 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə şifahi məhkəmə baxışında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. Məhkəmə prosesi gedişində tərəflərə mübahisənin məhkəmədənkənar həlli təklif olunmuş, iddiaçı onun sahibkarlıq fəaliyyətinə imkan verən razılaşmaya hazır olduğunu bildirmişdir. Lakin mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2015-ci il tarixli, 099 saylı Sərəncamına əsasən X4 məxsus torpaq sahəsində 192 kv.m ölçüdə Cavabdeh1 Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında müasir üslubda sahibkarlıq obyektinin tikilməsinə icazə verərək, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt qəbul etmişdir. Lakin Cavabdeh1 başçısının xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə əsaslanılaraq, Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv edilmiş, 047/1 saylı sərəncamda Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv edərkən, özünün qanunsuz qərarının ləğv edilməsi əsası ilə yox, iddiaçının qanunsuz hərəkətlərinin nəticəsi əsası ilə xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı qəbul etmişdir. Bu isə qanuni inzibati aktın ləğv olunması əsasları ilə mümkün ola bilər. İnzibai icraat haqqında Azərbaycan Respublikasının qanununun 68-ci maddəsi qanununi inzibati aktın ləğvi əsaslarını müəyyən edir. Qanuni əlverişli inzibati aktın ləğvi əsalarını isə qanunun 68.2-ci maddəsi müəyyən edir. Hazırkı işdə xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncam qanuni əlverişli inzibati akt kimi dəyərləndirildiyindən inzibati orqan yalnız İnzibai icraat haqqında Azərbaycan Respublikasının qanununun 68.2-ci maddəsinin tələblərinin yol verdiyi halda öz sərəncamını ləğv edə bilərdi. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Görünsüyü kimi qanunvericilik, yuxarıda qeyd olunan dörd haldan birinin mövcud olduğu halda qanuni əlverişli inzibati akt ləğv edilməsinin mümkün olduğunu müəyyən edir. Lakin hazırkı işdə mübahisələndirilən sərəncamla bu əsaların olması inzibati orqan tərəfindən sübut olunmur. Həm xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncamda, həmdə mübahisiləndirilən sərəncamda inzibati icraatın tələblərinə tam əməl olunmamış, nəticədə iddiaçı sahibkarlıq fəalyyətinə başlayaraq müəyyən işlər görmüş, maddi olaraq xərclər çəkmişdir. Məhkəmə iclasındada iddiaçı sahibkarlıq fəaliyyətinin davam etdirilməsi üçün sərəncam verildiyi gündən tikintinin davam etdirilməsinə, indiki vəziyyətdə inzibati orqanla razılaşmaya hazır olduğunu bildirmiş, həmin ərazidə avtovağzal tikiləcəyinin bəhanə olduğunu, tikiləcəyi halda onun cəkdiyi xərclərin ödənilməli olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan iddiaçının tikintiyə başladığı ərazidə Qobustan şəhərinin Baş planına uyğun olaraq avtovağzal tikintisi nəzərdə tutulduğunu bildirsədə bununla bağlı subutlar məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqan xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərancamında iddiaçıya məxsus torpaq sahəsində tikintiyə icazə versədə, torpaq sahəsi ilə bağlı məlumatlar tam öz əksini tapmamışdır. İnzibati orqan iddiaya etirazında qeyd edir ki, vətəndaşın təqdim etdiyi sənədlər tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Lakin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə tikintisinə icazə verilən torpaq sahəsi ilə bağlı sənədlər tamamlanmamışdır, inzibati orqan bu halda tikintiyə icazə vermişdir. Məhkəmə hesab edir ki, bu halda inzibati orqan məsuliyyət daşıdığına, vətəndaşın etimad hüququ görunduğuna görə, istənilən halda tikintinin tamamlanması baş tutmadığı halda iddiaçının zərərləri kompensasiya olunmalıdır. İnzibati orqanın mübahisələndirilən sərəncamının qəbulu əsaslarından birini iddiaçının tikdiyi yarımçıq tikilinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikilməsi təşkil edir. İnzibati icraat haqqında qanunun 68.5-ci maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Məhkəmə hesab edir ki, inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda belə, iddiaçının etimad hüququ qorunduğuna görə, ona müvafiq kompensasiya ödənilməklə, əlverişli inzibati akt ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinə dair hüquq verən sənədləri dövlət qeydiyyatına aldırmadan tikintiyə icazə verilməsi ilə bağlı müraciət edərək, müəyyən risk almışdır. Beləki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı mübahisə ilə əlaqəli olan Qobustan bələdiyyəsinində iddiaçı olduğu qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur və yaranmış mübahisənin tam həlli torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan əsaılıdır. Lakin qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın qərarlarına maraqlı şəxsin etimadı qorunduğuna görə, mübahisələndirilən sərəncamın cavabdehin istinad etdiyi, iddiaçının qanunsuz hərəkətləri əsası ilə ləğv edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin olunmalı, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamı ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-409/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-409/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver