Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-409/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X5rşı “xx xxxxxx 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və resyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 2018- ci il tarixli, 433 saylı İcarə Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək icarəyə götürmüşdür. Bundan sonra xx xxxxxxx 2018- ci il tarixli, 51 nömrəli Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin İstismarına icazə sənədi əsasında tikinti işlərini həyata keçirmişdir. Bundan sonra ünvan 1ndə yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 2 saylı X10 xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 2 saylı X11ni tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, **********49 saylı imtina məktubu verilmişdir. Həmin məktubda iki əsas qeyd edilmişdir. 1) Sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlikli elektrik xətdinin mühafizəsində yerləşir. 2) Tikintinin altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satış mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilənlər həqiqəti əks etdirmir, belə bir hallar mövcud deyildir. Tikinti işləri ayrılmış torpaq sahəsində və elektrik xətlərinin mühafizə zolağından kənarda tikilmişdir. Hesab edirik ki, verilmiş bu imtina məktubu hər hansı bir ciddi araşdırma aparılmadan, imtina üçün hər hasm bir ciddi əsas tapmadan verilmiş bir sənəddir. Belə ki, yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kilovoltluq xətlərdə 20 metr, 220 kilovoltluq xətlərdə 25 metr, 330 kilovolt və 500 kilovolt xətlərdə 30 metr məsafədə tikinti aparmaq qanunla qadağandır. Təkcə bu parametrlərdən göründüyü kimi imtina məktubu formaldır. Çünki ordan keçən hansı gərginlikdə xəttin olması, obyektin ondan neçə metr kənarda tikilməsi göstərilməmiş, həmçinin qeyd edilən 0.0035 kv.m sahənin hansı əraziyə düşməsi qeyd edilməmişdir. Eyni zamanda 302.0 kv.m metr ərazinində hansı əraziyə düşməsi qeyd edilməmişdir. Hansı ki, bütün tikinti işləri qanunvericiyin tələbləri əsasında, tikinti normalarına uyğun və sənədlərdə nəzərdə tutulmuş torpaq sahəsi hüdudları çərçivəsində tikilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Şəhəri Sülh küçəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciət ilə əlaqədar olaraq vətəndaşın nümayəndəsi X4 bildirilmişdir, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə qeydiyyata alınması nəzərdə tutulan tikililərədən tikintialtı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onalara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 bildirilmiş və bu barədə ona xx xxxxxxx 2020-ci il **********9 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinə aid plan və ölçünün surəti, Torpaq sahəsinə aid xx.xx.2018-ci il tarixli, 433 nömrəli İcarə müqaviləsinin surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2018-ci il tarixli, 51 nömrəli icazəsi, “xxxx” ASC-nin Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubu, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 nömrəli ekspert rəyi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X8 imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 2020-ci ildə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-nin 2 saylı X10 müraciət etmişdir. Qeyd olunan müraciətə: 1) inşa edilmiş qeyri-yaşayış binasına dair tərtib edilmiş eskiz lahiyəsi 2) istismara hazırlıq aktı 3) tikinti obyektinin istismara icazə sənədi 4) müvafiq qeyri-yaşayış binasına dair icarə müqaviləsi əlavə edilmişdir. DƏDRX-nin 2 saylı X11 qeyd olunan sənədləri araşdırdıqdan sonra sənəd üzrə torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşməsi və qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi müəyyən etmişdir. Buna görədə inzibati orqan müraciətdə göstərilən və inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-nin 2 saylı X8 üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Sülh küçəsində qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-nin 2 saylı X11 X3 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) qeydiyyata alınması nəzərdə tutulan tikililərdən tikinti altı sahələri 302.0 kv.m olan avtoservis və təkərlərin satışı mağazasının ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi 2) Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0.0035 ha hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşməsi Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-nin 2 saylı X11 üzərinə düşür. Azərbaycan Respublikası Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış qeyri-yaşayış binasının eskiz lahiyəsini tərtib etmiş “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitunun və Sumqayıt memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış birgə imzaladıqları tikinti obyektinin layihə və ölçü planında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 51 saylı xx xxxxxxx 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri- yaşayış binasının ümumi sahəsinin 6000 kv.m olması göstərilmişdir. Lakin DƏDRXnin 2 saylı X11 Sumqayıt şəhəri, Sülh küçəsində inşa edilmiş qeyri-yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin 302,0 kv.m hissəsinin kənarda yerləşməsinin bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 230 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, DƏDRX-nin 2 saylı X8 etirazında qeyd olunan tikintialtı sahələri 302.0 kv.m olan avtovervis və təkərlərin satışı mağazası İddiaçı icarəyə verilmiş Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 6000 kv.m torpaq sahəsində inşa edilmişdir. Belə olan halda cavabdehin gətirdiyi birinci arqument əsassız hesab olunmalıdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi həmin obyektin şəhərsalma normalarına uyğunluğunu yoxlamaq məqsədilə, “xxxx” ASC-nin Şimal RETSİ-nə sorğu vermiş və həmin sorğuya cavab olaraq “xxxx” ASC-nin Şimal RETSİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3/08-1110 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya icarəyə verilmiş Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən torpaq sahəsində kabel və hava xətti keçmir, obyek mühafizə zonasına düşmür. Belə olan halda cavabdehin gətirdiyi ikinci arqument də əsassız hesab olunur. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X5rşı xx xxxxxx 2018-ci il tarixli, 433 saylı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 6000.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və resyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-409/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-409/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver