Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4090/2023 19.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində onun mərhum X1nun ana haqqında məlumat qrafasında “Zinyət Ədil qızı”ndan, “Zenfira Eldar qızı”na dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş, onun atası X4 16 mart 2011-ci ildə, anası X5 isə xx.xx.2010-cu ildə vəfat etmişlər.Onun qeyri-rəsmi nikahdan 25 mart 1970-ci ildə Gədəbəy rayonunda Etibar adlı oğlu anadan olmuşdur. Körpəlikdən onu valideyinləri saxlamışdır. 10 aprel 1970-ci il tarixdə, Gədəbəy rayon Kiçik Qaramurad kənd sovetliyi tərəfindən X1na Seriya AZ ******* saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamə verilərkən bu barədə doğum haqqında akt qeydləri kitabında qeydəalma zamanı səhvə yol verilib. Belə ki, oğlunun ana adı Zenfıra əvəzinə səhvən onun anasnın adı Zinyət kimi yazılmışdır. Yəni daha doğrusu Zinyət ana adı dəyişdirilib Zenfıra barədə doğum haqqında şəhadətnamə verilsə də, müvafiq düzəlişlər akt qeydləri kitabında aparılmayaraq bu barədə nə həqiqi məlumat, nə də ki, müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə, arxivə verilməmişdir. Ona görə də, Gədəbəy rayon Qeydiyyat şöbəsinin arxivindəki sənədlərdə onun oğlunun ana adı Zinyət kimi qalmışdır. X1 17 fevral 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda Kəlbəcər rayonunda gedən döyüşlərdə itkin düşmüş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2/2-777 saylı qətnaməsi ilə ölmüş elan olunmaqla şəhidlik zirvəsinə ucalmışdır. O, hal-hazırda şəhid anasıdır, lakin oğlunun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Hal-hazırda qəhrəman ordumuz tərəfindən Kəlbəcər rayonu erməni işğalçılarından azad olunduqdan sonra orada kütləvi məzarlıq aşkar olunmuş və DNK analizləri üçün ondan da nümunələr götürülmüşdür. Heç olmasa oğlunun cəsədindən qalan hissələrin aparıb el adətilə dəfn edə biləcək. Lakin doğum haqqında akt qeydləri kitabında qeydəalma zamanı səhvə yol verildiyi üçün müəyyən problemlər yaranmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2/2-777 saylı qətnaməsi ilə, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-(060)-426/2009 saylı qətnaməsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vermiş olduğu şəhid anası vəsiqəsi, Azərbaycan Respublikası Hərbi Komissarlığı Sumqayıt şəhər Hərbi Komissarlığının xx.xx.2001-ci il tarixli, 4/600 saylı arayışı, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının Sumqayıt şəhər 6 saylı Notariat kantorunun 22 iyul 2008-ci il tarixdə 10 aprel 1970-ci il tarixli, Gədəbəy rayon Kiçik Qaramurad kənd sovetliyi tərəfindən X1na verilmiş Seriya AZ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti, Kəlbəcər rayonunda aşkar olunmuş kütləvi məzarlıqdan DNK analizləri üçün ondan nümunələr götürülməsi barədə Donor və razılıq formaları ilə, X1nun şəhid abidəsinin fotoşəkillər ilə, Sumqayıt şəhər Təhsil şöbəsi 5 N-li tam orta məktəbin X1nun orada 1983- 1985-ci illərdə təhsil almasını təsdiq edən arayışı ilə, ölüm haqqında şəhadətnamələrlə, SHXÇDX Sumqayıt şəhər İdarəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş, N-354 saylı arayış ilə oğlunun ana adının Zenfıra olması təsdiq olunmuşdur.Bundan başqa, oğlunun doğum haqqında şəhadətnaməsində, vəsiqəsində və sairə şəxsi rəsmi sənədləridə ana adının Zenfira olması tam təsdiq olunmuşdur. Lakin buna baxmayaraq, Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktına düzəliş edərək doğum haqqında yeni arxiv arayışı verməyərək, bu barədə yalnız məhkəməyə müraciət olunması bildirilmişdir.Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində iddiaçının mərhum X1nun ana haqqında məlumat qrafasında “Zinyət Ədil qızı”ndan, “Zenfira Eldar qızı”na dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8/xx/xx/2023 nömrəli imtina məktubu, Ölüm haqqında şəhadətnamənin surəti, Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydinin surəti, Sumqayıt Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışı və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci il tarixli, 30 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının mərhum oğlu mərhum X1nun ana haqqında məlumat qrafasında anasının adı “Zinyət” anasının ata adı “Ədil” kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan Sumqayıt Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, iddiaçının mərhum X1nun anası İddiaçıdır, lakin xx.xx.1970ci il tarixli, 30 nömrəli doğum haqqında akt qeydində mərhumun anasının adı X5 kimi göstərilmişdir. Bundan başqa Suqmayıt Şəhər Məhkəməsinin 05 fevral 2009-cu il tarixli, 2- (060)-426/2009 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən məlum olur ki, İddiaçı mərhum X2 anasıdır. İddiaçı oğlunun adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində iddiaçının mərhum oğluna aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Kiçik Qaramurad kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 30 nömrəli doğum haqqında akt qeydində iddiaçının mərhum X1nun ana haqqında məlumat qrafasında “Zinyət Ədil qızı”ndan, “Zenfira Eldar qızı”na dəyişiklik olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-4090/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4090/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver