Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4099/2023 21.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh verilmiş 0.0275 hektar torpaq sahəsinə dair seriya RX №1325721 olan xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2014-cü il tarixli 4Ə-20 № ilə reyestrdə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən atası X5 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə, iddiaçıya bağışlanmışdır. Evin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,06 hektar olsa da faktiki istifadə olunan torpaq sahəsi 0,0875 hektardır. Sənəddə göstəriləndən artıq 0,0275 hektar torpaq sahəsi fərdi yaşayış evi torpaq sahəsi ilə iddiaçıya bağışlananda atasının istifadəsində olmuşdur. Atasının mülkiyyətində olmuş torpaq sahəsindən əlavə olaraq onun istifadəsində olmuş 0,0275 ha torpaq sahəsi Qusar rayonu Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh satılmışdır. Bu hal ona məlum olanda Qusar bələdiyyəsinə qarşı ( üçüncü şəxs Cavabdeh) 30 mart 2018-ci il tarixli 03 saylı qərarının ləğv edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair 2-1(85)-1850/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərar qəbul edilmişdi. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının və Qusar bələdiyyəsinin qərarının ləğv edilməsinə dair 2-1 (1051-227.2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qərar qəbul edilmişdir. Üçüncü şəxs (Cavabdeh) tərəfindən göstərilən qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 66/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 227/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş, təkrar baxılması üçün həmin Məhkəməyə qaytarılmışdır. İşə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən yenidən baxılmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsinə, iddiamın təmin edilərək Qusar rayonu Qusar bələdiyyəsinin Cavabdeh 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarının ləğv edilməsinə dair 2-l(105)-4/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə, yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu halda yol verilir. Satılmış torpaq sahəsinin yola çıxışı yoxdur. Atam R. Paşayevin mülkiyyətində olmuş evin yerləşdiyi torpaq sahəsinin yalnız Qusar şəhərinin F. Musayev küçəsinə çıxışı varıdr. Qusar bələdiyyəsi tərəfindən cavabdehə satılmış torpaq sahəsi ilə atam R. Paşayev tərəfindən yaşayış evi ilə birlikdə mənə bağışlanmış torpaq sahələri, mübahisəli totpaq sahəsi cavabdehə satılana kimi, naturada müəyyən deyildi, torpaq sahələri bitişik olmaqla bir hasarın içində yerləşir. Buna baxmayaraq Qusar bələdiyyəsi tərəfindən torpaq sahəsi yaşayış evinin tikintisi üçün cavabdehə satılmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona Seriya RX № ******* olan, xx.xx.2018 qeydiyyat tarixli Çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(105)-4/2023 nömrəli iş üzrə 27.01. 2023-cü il tarixli qərarı ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: xüsusi mülkiyyət hüququ əsasında Paşayev Rafıkə məxsus olmuş torpaq sahəsi ilə mübahisələndirilmiş torpaq sahəsi bir-birinə bitişik vahid ərazidir; apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla keçmiş 0,06 ha torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan torpaq sahəsidir. Tətqiq edilmiş sübutlar həmin qeyriqanuni istifadə edilən torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasının mümkünsüzlüyü qənaətinə gəlməyə kifayət edir; iddiaçının "‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını mübahisələndirmək hüququ vardır, çünki onun (yəni mənim) həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Qeyd edilən hallara uyğun olaraq məhkəmə tərəfindən cavabdehə 0,0275 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayonu Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ləğv edilmişdir və həmin qərar əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış da ləğv olunmalıdır. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə, yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Qeyd edilənlərdən nəticəyə gəlmək olur ki, cavabdehə satılmış torpaq sahəsinin cavabdehin adma dövlət qeydiyyatına alınaraq, torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(105)-4/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərarında göstərildiyi kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarımın pozulmasına səbəb olmuşdur. İddia ərizəsində qeyd edilən hallar ona əlavə edilmiş sənədlər və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(105)-4/2023 nömrəli iş üzrə 27.01. 2023-cü il tarixli qərarı ilə təsdiq olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 hüquqi yardım edilmiş, ona hüquq müdafiə imkanları izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı Cavabdeh verilmiş 0.0275 hektar torpaq sahəsinə dair seriya RX №1325721 olan xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini istəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh kimi fiziki şəxsi göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçının tələbi üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır. Bu baxımdan iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıra bilərdi. Bunun üçün iddiaçı ilkin olaraq subyektiv hüququ olduğu halda üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4099/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4099/2023
21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver