Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-410/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında DSMFnin Qusar rayon şöbəsinə qarşı “cavabdehin ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək, onun mərhum anası X3 xx xxxx 1958-ci ildən xx xxxxxxxx 1988-ci ilə kimi Qusar rayon Xuray kəndi üzrə məktəbdə uşaq baxçasında uşaqlara baxanın köməkçisi və xx xxxxxxxx 1988ci ildən - xx xxxxxx 1988-ci ilə kimi Qusar rayon sabiq “M.Vəliyev" adına sovxozunda işlədiyi müddətlər sığorta stajına daxil edilməklə ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının mərhumə anası X7 1931-ci ildə Qusar rayonun Xuray kəndində anadan olmuşdur. O, mərhum atası X5 ilə ailə həyatı qurduqdan sonra onların 5 uşağı olmuş və həmin 5 uşağı özü doğub 8 yaşa kimi tərbiyyə etdiyinə görə anası mərhumə Ziba Pəhləvan qızının “Vətəndaşlarn, pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, yaşa görə əmək pensiyası hüququ olmuş və həmin pensiyasını almışdır. Lakin qardaşı Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi zamanı şəhid olduğu üçün, o, Qusar rayon Əmək və X14 Mərkəzindən aldığı pensiyasını dayandırılaraq, şəhid anası kimi Daxili İşlər Nazirliyinin xətti ilə ailə başçısım itirməyə görə əmək pensiyasını almışdır. Səfərəİiyeva Ziba Pəhləvan qız xx xxxxx 2005-ci ildə doğulmuş Qusar rayonun Xuray kəndində anadan olmuş X6 xx xxxxxx 2008-ci ildən övladlığa götürülmüş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx xxxxx 2005- ci il təvəllüdlü uşağa ailə başşısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat tərəfindən mərhumə anası X4 pensiya işinin olmadığı üçün onun əmək pensiyaçı olub olmadığını müəyyən etmək mümkün olmadığına görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sonradan o Z.P.Səfərəliyevanın xx xxxx 1958-ci ildən xx xxxxxxxx 1988-ci də kimi Qusar rayon Xuray kəndi üzrə məktəbdə uşaq baxçasmda uşaqlara baxanın köməkçisi xx.xx.1988- ci ildən xx.xx.1988-ci ilə kimi Qusar rayon sabiq M.Vəliyev adına sovxozun 1 saylı təsərrüfat briqadasındakı əkin sahələrinə gözətçi işində işləməsi barədə arxiv arayışlarını təqdim etmişdir. Lakin, orada ona mərhumənin işləməsi barədə əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövr iş stajına daxil edilməsi mümkün olmadığını bildirərək ona ailə başçısı, itirməyə görə əmək pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, həmin dövrlərə aid sosial sığorta stajnı məhkəmə qaydasında müəyyən olunmalı və yuxarıda qeyd etdiyi dövrlər ümumi sığorta stajına daxil edilməli və ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Belə ki, onun həmin dövrlərə dair əmək fəaliyyəti barədə müvafiq arxiv sənədləri əmək kitabçasına bərabər tutulur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X13 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan yuxarı instansiya məhkəmələrinə apellyasiya və kasassiya şikayətləri verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)- 2852/2018 saylı qərarı ləğv edilərək inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)-2852/2018 saylı qərarının ləğv edilməsi üçün əsas birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi olmuşdur. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi Şahgəlİdiyeva Nigar Yədulla qızı iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının mərhum anası ailə başçısını itirdiyinə görə pensiya alırdı və onun vəfatından sonra həmin pensiyanı onun övladı tərəfindən alınması qanuna ziddir. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, xx.xx.2018-ci il tarixli, 221 nömrəli arxiv arayışı, DSMF-nin Qusar rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 37/442 nömrəli imtina məktubu, DSMF-nin X17 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1972-ci ildə Qusar rayonu Xuray kəndində doğulmuş və onun hazırda 48 yaşı vardır. Onun pensiyaçı anası X1 yaşa görə əmək pensiyasından imtina edərək, hərbiçi olaraq şəhid olmuş oğlunun aylıq əmək haqqından ailə başçısını itidiyinə pensiyanı qəbul etmişdir və sağlığı dövründə həmin pensiyanı almışdır. xx.xx.2017-ci il tarixdə Ziba Səfərəliyeva vəfat etmiş və onun vəfat etdiyi zaman kişilərin pensiya yaşı 63 il 6 ay olmuşdur ki, İddiaçı nə subyektiv baxımından nədə ki qanunun tələbləri baxımından ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik deyil. Bundan başqa məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, iddiaçının əlillik dərəcəsi yoxdur. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq əlil olmadığını bildirmişdir. Eyni zaman ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün Əmək Pensiyaları haqqında Qanunun 14.1-ci madəsində nəzərdə tutulmuş digər əsasların mövcudluğu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Əmək Pensiyaları haqqında Qanunun 14.1-ci madəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə iddiaçının anasının sağlığı dövründə onun himayəsində olması və anasının vəfatından sonra tək yaşaması barədə gətirdiyi arqumentə münasibətdə qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsində göstərilmiş övladlar üçün nəzərdə tutulmuş yaş həddində və həmin Qanunun 14.1.2-ci maddəsində qeyd olunan şəxslərin əhatə dairəsinə daxil deyil. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, qeyd olunan Qanunun (maddə 32.3) tələbləri baxımından ailə başçısını itirdiyinə görə pensiya almış şəxsin vəfatından sonra həmin pensiyanı transmisiya qaydasında almaq hüququ onun övladlarına şamil edilmir. Beləliklə şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassız, cavabdehin isə pensiya təyin edilməsindən imtina dəlilləri əsaslı olduğundan iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında DSMFnin Qusar rayon şöbəsinə qarşı “cavabdehin ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək, onun mərhum anası X3 xx xxxx 1958-ci ildən xx xxxxxxxx 1988-ci ilə kimi Qusar rayon Xuray kəndi üzrə məktəbdə uşaq baxçasında uşaqlara baxanın köməkçisi və xx xxxxxxxx 1988ci ildən -xx xxxxxx 1988-ci ilə kimi Qusar rayon sabiq “M.Vəliyev" adına sovxozunda işlədiyi müddətlər sığorta stajına daxil edilməklə ona ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-410/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-410/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver